Icma.az
close
up
RU
Yeni düşüncə: xidmət ideologiyası

Yeni düşüncə: xidmət ideologiyası

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin bölgələr üzrə yeni icra başçılarını qəbul etməsi və onlara verdiyi tapşırıqlar, təkcə kadr dəyişikliyi hadisəsi deyil. Bu, müasir Azərbaycan idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcı, dövlət siyasətinin xalqa daha yaxın, daha şəffaf və nəticəyönümlü modelə keçididir. Bu təyinatlar, əslində, cnab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir idarəçilik məktəbinin davamı və təkamülüdür. Dövlət başçısı bir daha göstərdi ki, məmur olmaq xalqdan uzaq dayanmaq deyil, əksinə, xalqın içində olmaq, onun dərdini dinləmək, həll yolları tapmaqdır. “Hər bir icra başçısı xalqın xidmətçisidir. İnsanların rifahı, bölgələrin inkişafı, sosial ədalətin qorunması – bunlar hər bir məmurun əsas vəzifəsidir,” – deyə cənab Prezident İlham Əliyev qeyd edib. Bu cümlə, sadə görünsə də, dövlət idarəçiliyinin mahiyyətini, fəlsəfəsini və istiqamətini tam şəkildə ifadə edir. Yeni dövrün çağırışı həm də idarəçiliyin insan yönümlü mərhələsidir. Azərbaycan dövlətinin son illərdə əldə etdiyi siyasi və iqtisadi uğurlar təkcə mərkəzdə qəbul edilən qərarlarla deyil, bölgələrdəki icra strukturlarının səmərəli fəaliyyəti ilə də birbaşa bağlıdır. Cənab Prezidentin yeni təyinatlara yanaşması bu həqiqəti daha da aydın göstərdi. Yeni icra başçıları artıq tabelik strukturunun funksionerləri deyil, regional siyasətin daşıyıcıları, dövlətin ideya və məsuliyyət missiyasının nümayəndələri olmalıdırlar. Dövlət başçısının mesajı aydındır – idarəçilik artıq forma deyil, məzmun məsələsidir. Əgər bir məmur insanla təmasdan qaçırsa, xalqın səsini eşitmirsə, onun vəzifə kreslosunda oturması mənasızdır.

Bu gün Prezident İlham Əliyev dövlət idarəçiliyində yeni düşüncə – xidmət ideologiyası formalaşdırır. Bu ideologiyada əsas dəyərlər şəffaflıq, hesabatlılıq, ədalət və məsuliyyətdir. “Məmurlar xalqa arxadan baxmamalıdır, onlar xalqla bərabər dayanmalıdırlar,” – deyən cənab Prezidentin bu fikri sadəcə xəbərdarlıq deyil, həm də idarəçiliyin mənəvi kodeksi kimi səslənir. Bu yanaşma idarəçilikdə insan faktorunu prioritetə çevirir, vətəndaşın dövlətə olan inamını gücləndirir. Məhz bu səbəbdən cənab Prezidentin yeni təyinatlara verdiyi tapşırıqların mərkəzində xalqla ünsiyyət, problemlərin operativ həlli və sosial məsuliyyət dayanır. Yeni təyinatlar həm də ölkənin regional inkişaf konsepsiyasına yeni dinamika gətirəcək. Son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye zonalarının yaradılması, sosial proqramlar, Böyük Qayıdışa hazırlıq kimi istiqamətlər icra orqanlarından daha çevik, koordinasiyalı və səmərəli fəaliyyət tələb edir. Yeni icra başçılarının qarşısında duran əsas vəzifə – bölgənin potensialını ölkə siyasətinin bir hissəsinə çevirmək, hər rayonu dövlətin inkişaf xəritəsində fəal mərkəzə transformasiya etməkdir. Bu baxımdan, yeni təyinatlar həm də modern idarəçilik texnologiyalarının, rəqəmsal yanaşmanın və gənc kadr enerjisinin dövlət sisteminə daxil edilməsi deməkdir.

İcra başçısı təkcə yerli hakimiyyətin rəhbəri deyil, həm də dövlətlə vətəndaş arasında etimad körpüsüdür. Cənab Prezidentin “xalqla ünsiyyətdə olmaq, onların problemlərinə biganə qalmamaq” barədə tapşırıqları, bu körpünün möhkəmləndirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirir. Hər bir icra başçısı üçün bundan sonra əsas göstərici – vətəndaş məmnunluğu, real nəticə, görülən işin keyfiyyəti olacaq. Dövlət başçısının dediyi kimi, “sözlə deyil, əməllə xidmət” dövrü başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kadr islahatları ölkənin idarəçilik sistemində daxili intizamı və mənəvi məsuliyyəti gücləndirir. Yeni təyinatlar həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan yenilənmə mərhələsinin başlanğıcıdır.

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri