Icma.az
close
up
RU
Статья не опубликована
Yeni erməniçilik dalğası

Yeni erməniçilik dalğası

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Media həqiqətən həm milli təəssübkeşliyin və həm də antimilli şərəfsizliyin barometridir. Meydan tv və Toplum Tv-nin strategiyası bəllidir: Azərbaycan dövlətinə qarşı hazırlanmış layihələri icra etmək, insanların sosial narazılıq simptomları üzərindən dövlətə yönəlik etimadsızlıq aurası yaratmaq.

Maraqlıdır ki, onların paylaşdığı məlumatlar üzərindən rəy yazanların xeyli hissəsi tipik bir erməni nifrəti ilə Azərbaycana və Azərbaycan adına görülən faydalı işlərə yanaşırlar. Bu artıq sosial narazılıq kimi anlaşılmamalıdır, bu özündə vətəndaşılığımız daşıyan bir kəsimin yeni erməniçilik dalğası kimi araşdırılmalıdır.

Diqqət yetirin, məşhur futbolçu Ronaldinyo Azərbaycana gəlib, bunun müsbət tərəfləri ilə bağlı tərəfimizdən şərh verilib, bu gəlişin COP-29 zamanı ölkəmizin turizm potensialına fayda gətirəcəyini söyləmişik. Həm Meydan tv, həm də Toplum tv bunu məqsədyönlü şəkildə müzakirəyə çıxarıb və təhqiramiz rəylərin yazılmasına imkan yaradıb. Olsun, onsuz da mən illərdir həm Milli, həm də Anti-Milli Danabaşizmə qarşı açıq mübarizə aparıram və bunlara da həmin epizodlardan biri kimi yanaşıram. Sadəcə bir gerçəyi aydınlaşdırmaq istəyirəm: Bir iş adamı yaxın dostluq etdiyi Ronaldinyonu öz vəsaiti hesabına (dövlət büdcəsindən yox ha!) Bakıya qonaq gətirir və mötəbər tədbir zamanı ölkəmizi reklam edir! İndi ləyaqətli, dövlətini, Vətənini sevən, hətta hansısa məmurdan, idarəetmədən, sosial durumundan, işsizlikdən narazı olan bir azərbacanlı buna niyə etiraz etməlidir ki?

FİFA-nın prezidenti də gəlib, Fateh Terim də gəlir, başqaları da gəlir, hər biri də ölkəmizin tanıtımı üçün vacibdir. İnsanlar şəxsi dostluq əlaqələrindən istifadə edib öz ölkəsinin tanıtımına fayda vermək istəyirlərsə buna ancaq bir irançı-erməniçi sevinməyə bilər. Elə sevinmədiklərinə görə də qatılmadılar bu mötəbər tədbirə! Bunların böyük əksəriyyəti Qarabağ savaşında qələbəmizə də bu cür ağrılı-acılı duyğularla yanaşıblar. Eynilə cənabi Makron kimi, ağayi Makronian kimi, eynilə Kim Kardaşyan kimi! İndi məhz bu mövzuda , Ronaldinyonun, yaxud da Məsud Özilin Azərbaycana gəlişi mövzusunda Meydan tv və Toplum Tv-nin profilinə doluşub məhz ölkənin faydasına olanları belə narazılıqla qarşılayanları necə adlandırmalıyıq?

Fazil MUSTAFA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri