Icma.az
close
up
RU
Yeni generasiya güclərinin istismara verilməsi dayanıqlı enerji təhlükəsizliyinə mühüm töhfədir

Yeni generasiya güclərinin istismara verilməsi dayanıqlı enerji təhlükəsizliyinə mühüm töhfədir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

8 yanvar 2026-cı il tarixi enerji sektorunun inkişaf salnaməsində mühüm mərhələ kimi yadda qalıb. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılışı uzunmüddətli və məqsədyönlü enerji siyasətinin növbəti real nəticəsi olub. 240 meqavat gücə malik bu stansiyanın istismara verilməsi enerji balansının möhkəmləndirilməsi, daxili tələbatın ödənilməsi və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm önəm kəsb edir.

Stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulub, qısa müddət ərzində aparılan intensiv və peşəkar işlər nəticəsində layihə uğurla başa çatdırılıb. Açılış mərasimində dövlətimizin başçısı bu prosesdə iştirak edən bütün tərəflərin əməyini yüksək dəyərləndirilib. Xüsusilə investor qismində çıxış edən “ACWA Power” şirkətinin rolu diqqətəlayiqdir. Bu layihə şirkətin burada inşa etdiyi ilk bərpaolunan elektrik stansiyası olsa da, gələcək planların miqyası əməkdaşlığın davamlı olacağını deməyə əsas verir. Şirkət bərpaolunan enerji ilə yanaşı, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihələrdə də iştirak edəcəkdir.
Prezident İlham Əliyev sözügedən mərasimdəki çıxışında layihənin icrasında baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyətini də qeyd edib. Qlobal miqyasda böyük təcrübəyə malik bu şirkət yalnız podratçı deyil, eyni zamanda, gələcək mərhələlərdə investor kimi də yeni təşəbbüslərlə çıxış etməyə hazırdır. Bu isə enerji sektorunda beynəlxalq əməkdaşlığın genişlənməsinin bariz göstəricisidir.
Son illər ərzində yeni generasiya güclərinin istismara verilməsi həm mürəkkəb, həm də yüksək məsuliyyət tələb edən proses kimi dəyərləndirilir. Bu kontekstdə yerli energetiklərin peşəkarlığı xüsusi vurğulanır. Bərpaolunan enerji mənbələrinin böyük həcmdə ümumi enerji sisteminə inteqrasiyası ciddi texniki bilik, maliyyə resursları və strateji planlaşdırma tələb edir. Qarşıdakı illərdə həmin sahədə layihələrin miqyasının daha da genişlənəcəyi nəzərə alınaraq, kadr potensialının və institusional imkanların yüksək səviyyədə saxlanılması əsas prioritet kimi müəyyənləşdirilir. Eyni zamanda, xarici investorların fəallığı ilə yanaşı, yerli şirkətlərin də sözügedən sahəyə marağının artması müsbət tendensiya kimi dəyərləndirilir.
Enerji sisteminin müasirləşdirilməsi son illərin əsas istiqamətlərindən biridir. Generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tam şəkildə yenilənib. Son iyirmi il ərzində yaradılmış generasiya gücləri əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artıb və hazırda bu göstərici 10 min meqavat səviyyəsinə çatıb. Bu faktor enerji təminatı baxımından tarixi göstərici hesab olunur. Qarşıdakı dövrdə yeni bərpaolunan mənbələrin əlavə olunması bu rəqəmin daha da yüksələcəyini göstərir və həm daxili tələbatın tam ödənilməsinə, həm də ixrac imkanlarının artmasına şərait yaradacaqdır.
Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişaf etdirilməsi strategiyası mühüm əhəmiyyət kəsb edir. Mingəçevirdə istifadəyə verilmiş güclü ənənəvi elektrik stansiyası, Qaradağda Günəş elektrik stansiyası, Cəbrayılda inşa edilən yeni obyektlər və “Xızı-Abşeron” layihəsi bu yanaşmanın ardıcıl tətbiqinin göstəricisidir. Hazırda müxtəlif bölgələrdə bərpaolunan enerji layihələri həyata keçirilir. Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə planlaşdırılan stansiyalar coğrafi baxımdan mövcud potensialdan səmərəli istifadə olunduğunu göstərir. Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının beynəlxalq qiymətləndirmələrə görə 157 giqavat səviyyəsində olması həmin istiqamətdə uzunmüddətli strateji imkanların mövcudluğunu təsdiqləyir. Bu amil regionda böyük və etibarlı elektrik generasiya gücünə malik mərkəz formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək: “Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur”.
Enerji sektorunun inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. İndiyədək cəlb edilmiş 300 milyard dollardan artıq xarici sərmayə aparılan islahatların və maliyyə sabitliyinin nəticəsidir. Kredit reytinqlərinin yüksəldilməsi, xarici borcun aşağı səviyyədə saxlanılması və valyuta ehtiyatlarının əhəmiyyətli həcmi iqtisadi dayanıqlığın əsas göstəriciləridir. Bu amillər sərmayə qoyuluşunun təhlükəsizliyini və gəlirliliyini təsdiqləyir.
Bərpaolunan enerji potensialının artması enerji saxlanması infrastrukturunun yaradılmasını da zəruri edir. Bu məqsədlə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin qurulmasına başlanılıb. İlkin mərhələdə 250 meqavatlıq layihənin icrası nəzərdə tutulur. Gələcəkdə həmin sistemlərin sayının artırılması üçün xarici investorların da cəlb olunması planlaşdırılır.
2030-cu ilə qədər və sonrakı dövrdə külək və Günəş stansiyalarının ümumi gücünün bir neçə giqavata çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş kiçik su elektrik stansiyaları enerji sisteminə əlavə dayanıqlıq qazandırır. Azad edilmiş ərazilərdə hidroenerji potensialının mərhələli şəkildə reallaşdırılması vahid şəbəkə üzərindən səmərəli enerji axınını təmin edir. Bütövlükdə, “Xızı-Abşeron” KES-in açılışı enerji təhlükəsizliyi, iqtisadi dayanıqlıq və uzunmüddətli strateji baxışın praktik təzahürüdür. Bu layihə qarşıdakı illərdə daha böyük və əhatəli təşəbbüslərin həyata keçiriləcəyinə möhkəm əsas yaradır.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri