Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Süni intellekt Avstraliya hökumətinə sızdı

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Yeni geosiyasi reallıq

Yeni geosiyasi reallıq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ictimaiyyəti növbəti dəfə ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirə şahidlik etdi.

Bəli, artıq bu cür ifadələrə alışmışıq və bəzən alışdığımız üçün də beynəlxalq əhəmiyyətli tədbirlərin əsl dəyərini görə bilmirik. İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Artıq bir neçə gündür ki, tədbir tarixə çevrilib, ancaq qlobal informasiya məkanında bu Zirvə görüşü hələ də öz aktuallığının qorunmasına müvəffəq olub. Görünən odur ki, tədbir kimlərisə çox narahat edib.

“Oyundan kənar” qalmaq qorxusu bəzilərini təşvişə salıb. Məhz buna görə də internet məkanında müxtəlif məzmunlu mülahizələrlə rastlaşmaq mümkündür. Əlbəttə ki, mülahizələrin böyük bir hissəsi sifariş xarakterlidir. Diqqətçəkən məqam odur ki, tədbir haqqında ölkənin xaricində danışanların sayı daha çoxdur, nəinki ölkənin daxilində.

Bu fikirlər -a açıqlamasında politoloq Asif Adil söyləyib.

O bildirib ki, informasiya siyasəti kontekstində belə miqyasda tədbirlərin işıqlandırılması prosesinə, sadəcə, birgünlük hadisə kimi yanaşmanın tətbiqi doğru hesab oluna bilməz. Bu cür tədbirlərin regionda formalaşan yeni siyasi reallığın bilavasitə davamı kimi təqdim edilməsi prinsipial olaraq zəruridir. 44 günlük müharibədə qazandığımız tarixi Qələbədən dərhal sonra Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan xalqı regionda yeni siyasi reallıq yaratdı və dünya ictimaiyyəti bununla hesablaşmalıdır. Zaman keçdikcə və mərhələli şəkildə icra olunan müxtəlif layihələrə şahidlik etdikcə biz dövlətimizin başçısının bəhs etdiyi yeni reallığın konturlarını tədricən daha aydın görməyə başlayırıq.

Bir azərbaycanlı olaraq Prezident İlham Əliyevin sözügedən tədbirin rəsmi açılış mərasimində səsləndirdiyi: “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” – sözlərini eşidən zaman qürur hissləri yaşamamaq mümkünsüzdür. “Qədim Azərbaycan torpağı olan Qarabağ, Xankəndi” – bu ifadə bir ömrə bərabərdir və bu gün bu sözlər bizə yaşatdırdığı qürur hisslərini biz mütləq olaraq gələcək nəsillərə də çatdırmalıyıq. “Qarabağ Azərbaycandır” ifadəsinin çox böyük qiyməti var, onun hesabını Azərbaycan xalqı həm döyüş meydanında, həm siyasi müstəvidə mübarizə apararaq verib.

“İşğaldan azad olunmuş ərazilərdə bu gün Böyük Qayıdış proqramlarının icrası nəticəsində görülmüş işlərin miqyasını və yaranan möhtəşəm mənzərələri görən zaman biz erməni vandalizminin fəsadlarını, 30 il davam edən “köçkünlük” dövrünü unutmamalıyıq. Ötən müddət ərzində ölkəmizə qarşı sərgilənən ədalətsizlik və tətbiq olunan “ikili standartlar” siyasətini də heç zaman yaddan çıxara bilmərik. Bütün bunlarla uzun illər ərzində əzmkarlıq və səbirlə mübarizə aparan Azərbaycan xalqı öz Qələbəsi nəticəsində yeni reallığı yaratdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin “Qələbənin nəticəsində biz dünya miqyasında çox böyük layları tərpətdik” ifadəsi dünya mətbuatında uzun müddət müzakirə olundu. Onu da ehtimal edə bilərik ki, dövlətimizin başçısının bəhs etdiyi “laylar” artıq hərəkətə keçib. Bu mənada vaxtaşırı müxtəlif informasiya təxribatları ilə rastlaşmağımız heç də təsadüfi deyil.

İşğal nəticəsində xarabalığa çevrilmiş ərazilər qısa müddət ərzində bərpa olunandan sonra Qarabağ artıq möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dövlət başçılarının müxtəlif toplantıları təşkil olunur və oradan dünya üçün mühüm bəyanatlar verilir. Şahidlik etdiyimiz bu möhtəşəm mənzərələr möcüzənin nəticəsi deyil. Onlar məhz peşəkar siyasətin, dönməz iradənin, gərgin mübarizənin və əzmkarlığın bəhrəsidir. Bu cür nəticələri etiraf etməyənlərin azərbaycanlı olmalarına şübhə ilə yanaşmamaq mümkün deyil. Ucuz və populist demaqogiyalar isə yalnız xainlik kimi dəyərləndirilə bilər”,- deyə politoloq vurğulayıb.

O, əminliklə qeyd edib ki, tarixi Qələbəmiz ölkəmizdə yaşanan birliyin və həmrəyliyin “möhürüdür”. Çünki bu birlik və həmrəylik artıq dönməzdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq prosesində ölkənin siyasi partiyaları fəal şəkildə iştirak edir. Birliyə, əməkdaşlığa və həmrəyliyə qarşı çıxış edən radikal təfəkkür sahibləri isə xəstə ambisiyalarda boğularaq siyasi münasibətlərin küncünə sıxılıb və öz “əcnəbinskiy” kuratorlarından növbəti tapşırıqları gözləyirlər.

Odur ki, iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü kimi tədbirlər, əslində, bütün qərəzli yanaşma və təxribatlara verilmiş növbəti cavabdır. İlk növbədə, biz özümüz və daha sonra bütün dünya ictimaiyyəti yeni güc mərkəzinin yaranması prosesinə şahidlik edir. Azərbaycan öz Qələbəsi və təşəbbüsləri ilə beynəlxalq münasibətlər sistemində uzun illər ərzində daşdanmış stereotipləri aradan qaldırır və yeni qlobal layihələrə qapı açır. Sözügedən tədbir zamanı bir neçə ölkə rəhbərinin birgə çəkdirdiyi səmimi fotoların, sadəcə, ünvanlı mesaj kimi qəbul edilməsi olduqca dar və məhdud yanaşmadır. Sözügedən mənzərələr müasir beynəlxalq münasibətlər sisteminin format olmasının ilk işarələridir. Bu cür açıq mesajlar ondan xəbər verir ki, beynəlxalq münasibətlər sisteminin yenidən formatlanmasının səbəb və metodları müharibə və münaqişələr yox, məhz milli maraqlar naminə dövlətlərarası bərabərhüquqlu əməkdaşlıq olmalıdır.

​​​​​​"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see206

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see199

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see176

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri