Icma.az
close
up
RU
Yeni gömrük qaydası

Yeni gömrük qaydası

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Sentyabrın 3-dən etibarən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycanın milli valyutası ilə bəyan edilir. Bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilib. Belə ki, malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanunla nəzərdə tutulan qaydada müəyyən olunur. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları 3 il ərzində saxlamalı, gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

Bəs görəsən, gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi idxal və ixrac əməliyyatlarına necə təsir göstərəcək? Yeni qaydalar qiymətlər necə təsir edəcək?

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, gömrük dəyərinin manatla bəyan edilməsi tələbi bir sıra praktiki nəticələr doğura bilər. İdxal və ixrac əməliyyatları baxımından bu dəyişiklik şəffaflığı artıra bilər. Çünki gömrük orqanları dəyərləri birbaşa milli valyutada görəcək və konvertasiya prosesindən irəli gələn anlaşılmazlıqlar azalacaq. Eyni zamanda, valyuta məzənnəsindən asılılıq daha aydın şəkildə görünəcək - manatın xarici valyutalara nisbətən dəyişməsi birbaşa bəyan olunan gömrük dəyərinə əks olunacaq.

Ekspert bildirib ki, əgər məzənnə sabit qalırsa, bu dəyişiklik qiymətlərə birbaşa əhəmiyyətli təsir göstərməyəcək. Çünki hesablama yalnız ifadə formasını dəyişir, əsas iqtisadi məzmunu yox. Digər tərəfdən, manat zəiflədiyi hallarda idxalçılar daha yüksək manat ifadəsində gömrük dəyəri bəyan edəcəklər, bu da gömrük rüsumlarının artmasına, nəticədə isə son istehlakçı qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər: "Qeyd edim ki, idxal olunan məhsulların maya dəyəri baxımından bu qayda özlüyündə maya dəyərini dəyişdirməyəcək. Lakin gömrük rüsumları manat üzərindən dəqiq hesablandığı üçün valyuta riski daha görünən hala gələcək. İdxalçılar öz qiymət siyasətlərini bu faktora uyğunlaşdırmağa məcbur olacaqlar, xüsusilə də kontrakt məzənnəsi ilə faktiki ödəniş məzənnəsi arasında fərq yarandığı hallarda. Ümumiyyətlə, bu islahat texniki xarakter daşısa da, valyuta sabitliyinin əhəmiyyətini daha da artırır, çünki məzənnə dəyişkənliyi indi birbaşa gömrük hesablamalarında öz izini qoyacaq".

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bugünə kimi, idxal əməliyyatlarının böyük hissəsi xarici valyuta ilə həyata keçirilirdi və gömrük dəyəri əsasən dollarla müəyyən olunurdu. Bu isə məzənnə dəyişiklikləri zamanı eyni məhsulun dəyərinin qısa müddətdə fərqli olmasına səbəb olurdu: "Əvvəl bəyannamələrdə malların dəyəri dollarla göstərilir və Mərkəzi Bankın məzənnəsi ilə manata çevrilirdi. Müstəqil dövlət olaraq sərhəddən keçən malların milli valyuta ilə ifadə edilməsi vacib idi. Bu dəyişiklik idxalçılara əlavə gömrük rüsumu və ya xərc gətirmir. Qərar sadəcə, təqdimat, hesablama və statistikada rahatlıq yaradır, qarışıqlığın qarşısını alır. İdxal qiymətlərində heç bir dəyişiklik olmayacaq, gömrük yoxlamalarında çətinlik yaranmayacaq. Vətəndaşların narahatlığına heç bir əsas yoxdur".

Gömrük rüsumları və əlavə dəyər vergisi manatla ödənilir. Bu baxımdan daxilolmaların, o cümlədən gömrük dəyərinin milli valyutada müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Digər tərəfdən, burada əsas məsələ yalnız dəyərin hansı valyutada bəyan edilməsi deyil, gömrük dəyərinin düzgün və real müəyyənləşdirilməsidir. Çünki gömrük ödənişlərinin məbləği məhz bu göstəricidən asılıdır. Buna görə yeni yanaşma ilə yanaşı, sahibkarların məlumatlandırılması və gömrük qiymətləndirilməsində şəffaflığın qorunması da vacibdir.

Ümumilikdə, dəyişiklik idxal prosesinin rəqəmsallaşdırılması və standartlaşdırılması istiqamətində müsbət qiymətləndirilə bilər. Sahibkar üçün əsas üstünlük isə gömrük rəsmiləşdirilməsi zamanı hesablamaların daha anlaşılan və proqnozlaşdırıla bilən olmasıdır.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri