Yeni güzəştli mənzillər: 27 milyon ayrıldı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.
Ölkə.Az Trend-ə istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalından əldə edilən məlumata görə, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.
Qeyd edək ki, sözügedən işlər 2,31 ha torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.
MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27,3 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "Amal Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















