Yeni hakimiyyət Azərbaycanla əməkdaşlığı davam etdirəcək
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Serbiyada oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində tələbələrin yaratdığı “Tələbə Siyahısı” (“Studentska lista”-red) hərəkatı qalib gəlib. Bununla da ölkədə uzun illər hakimiyyətdə olan Aleksandar Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvə məğlubiyyətə uğrayıb. Serbiyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra ölkənin yeni siyasi rəhbərliyinin Azərbaycanla münasibətlərdə hansı xətti davam etdirəcəyi diqqət çəkir.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun sədri Məlahət İbrahimqızı seçkiləri yerində müşahidə etdiklərini bildirib.
"Serbiyada keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə Milli Məclis sədrinin müavini, deputat Musa Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ölkədə səfərdə olub. Nümayəndə heyətinin tərkibində və deputat həmkarım Nizami Səfərov da yer alırdı. Nümayəndə heyəti olaraq, müşahidə apardığımız seçki məntəqələrində səsvermə prosesi Serbiya qanunvericiliyinə və qəbul edilmiş beynəlxalq standartlara uyğun həyata keçirilib. Bu məntəqələrdə demokratik ab-hava, qarşılıqlı hörmət və sabitlik mühiti, insanların səsvermədə məmnuniyyətlə iştirak etməsi diqqətimizi çəkirdi. Bunu insanların əhval-ruhiyyəsindən də hiss etmək mümkün idi. Səsvermə vaxtında və uğurla başa çatdı”.
O, Azərbaycanla Serbiya arasında uzun illərdir strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.
Deputatın sözlərinə görə, iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sıx əməkdaşlıq və dostluq əlaqələri mövcuddur.
“Dost Serbiyada seçkilərin yüksək səviyyədə və uğurla başa çatması, əlbəttə, bizi sevindirir. Arzu edirik ki, seçkinin nəticələri dost Serbiya xalqı üçün xeyirli və uğurlu olsun. Münasibətlərimiz bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcək. Hazırda müxtəlif sahələrdə dərin əlaqələrə malikik. Əməkdaşlıqlarımız davam edəcək”, - deyə M.İbrahimqızı əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 26 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















