Yeni il gecəsi Dubayda qeyri adi şou nümayiş olunacaq
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Dubayda 2027-ci ilin qarşılanması münasibətilə qeyri-adi Yeni il şousu təşkil olunacaq. Dünyaca məşhur “Cirque du Soleil” sirk kollektivinin ifaçıları ilk dəfə şəhərin Yeni il proqramında iştirak edəcəklər.
Banco.az xəbər verir ki, bu barədə Dubayın böyük daşınmaz əmlak şirkəti “Emaar” məlumat yayıb.
Bildirilib ki, xüsusi şou dekabrın 31-də Burj Xəlifə və Dubay Fəvvarəsi ətrafında keçiriləcək. Proqram akrobatik çıxışları, canlı musiqini və möhtəşəm vizual effektləri özündə birləşdirəcək.
Təşkilatçıların məlumatına görə, xüsusi hazırlanmış səhnə şousunda ümumilikdə 100 sənətçi iştirak edəcək. Proqram gecə yarısına qədər davam edəcək və yeni ilin gəlişi ilə birlikdə möhtəşəm atəşfəşanlıq, dron və işıq nümayişləri ilə müşayiət olunacaq.
“Emaar” builki atəşfəşanlıq nümayişində də qabaqcıl texnologiyalardan istifadə etməyi planlaşdırır.
Tədbiri izləmək istəyənlər üçün Burj Park ərazisində xüsusi ödənişli baxış zonaları yaradılacaq. Biletlərin qiyməti və satış tarixi hələ açıqlanmayıb. Bununla yanaşı, şəhər mərkəzində pulsuz izləmə zonalarının da təşkil ediləcəyi bildirilir.
Qeyd edək ki, “Emaar NYE 2027” adlı tədbir 31 dekabr 2026-cı ildə keçiriləcək və Dubayda Yeni il gecəsinin əsas şou proqramlarından biri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 23 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















