Icma.az
close
up
RU
Yeni il şənliyi bizə neçəyə başa gələcək? 500 manata MENYU

Yeni il şənliyi bizə neçəyə başa gələcək? 500 manata MENYU

Icma.az, Lent az saytına istinadən bildirir.

Yeni ilə sayılı günlər qalıb və hər kəs bu bayramı fərqli şəkildə qeyd etməyə hazırlaşır. Elə paytaxtda fəaliyyət göstərən restoranların əksəriyyəti də özəl "Yeni il gecəsi" şənlikləri tərtib ediblər. Artıq bir çox restoranlarda yer tapmaq müşkülə çevrilib. Bəs qiymətlər necədir? Yeni il şənliyi bizə neçəyə başa gələcək? 

Lent.az Yeni il gecəsində fələkdən bir gün oğurlayıb restoranlarda yeyib-içib, əylənməyin, yoxsa evdə oturub televizorda şou-proqramları izləməyin sizə daha uyğun olduğuna qərar verməyiniz üçün kiçik bir araşdırma edib.

Yasamalda yerləşən gözoxşayan məkanlardan birində Yeni il gecəsi əyləşəcəyiniz masaya görə ödəyəcəyiniz qiymət 120-150 AZN arasında dəyişir. 

Menyu və şou-proqramının daxil olduğu bu məbləğ qarşılığında canlı ifaları ilə müğənni Nəsimi Məmmədov zövqünüzü oxşayacaq. 

Şıxovda yerləşən dənizkənarı restoranlardan birində də qiymətlər oxşarlıq təşkil edir. Sadəcə burada daha kiçik bir zalda əyləşərək 70 manata da 2025-ci ili qarşılaya bilərsiniz. 
Qiymətə isə bayram menyusu, DJ, Rich Band, müğənnilər, Şaxta Baba və Qar Qızın olduğu əyləncə daxildir. 

Nizami rayonu ərazisində olan məkanlarda isə qiymətlər müxtəlifdir. 

Maraqlandığımız restoranlardan birində 1 nəfərlik menyu qiyməti 85 AZN təşkil edir. Ödənişə menyu və şou-proqram daxildir. Yeni il axşamı bu restoranda Elvin Abdullayev, Məcnun musicband, Darbuka şou, həmçinin Şaxta Baba və Qar qız personajlarının çıxışına şahidlik edə bilərsiniz.

Qeyd edək ki, burada 5 yaşa qədər ödənişsiz, 5-10 yaş arası uşaqlar üçün isə 35 AZN depozit nəzərdə tutulub. 

Digər bir məkanda isə Yeni il gecəsi üçün hazırlanan şou proqramda iştirak etmək bir nəfər üçün 120 manatdır. Həmçinin, gecənizi müxtəlif musiqili qonaqlar daha da maraqlı edəcək.

Bu ərazidə yerləşən başqa bir restoranda Yeni il şousunda iştirak isə 300 manatdır. Qiymət bir nəfər üçün nəzərdə tutulub. Ödənişə bayrama özəl menyu daxildir.

Binəqədi rayonunda yerləşən restoranlarda da qiymət “dodaq uçuqladır”. 

Bu ərazinin ən tanınmış hesab edilən məkanında qiymətlər 300 manatdan başlayır. Yeni il gecəsində iştirak etmək istəyənlər bilet əldə etməlidir. Biletlərin qiyməti 300, 400 və 500 manatadır. Qiymətə şouda iştirak və bayrama özəl menyu daxildir.

Şəhərin mərkəzindən bir qədər uzaq məsafədə olsa da, Zığ şossesində də bahalı məkanlar var. Burada qiymətlər seçdiyiniz masaya görə müəyyən olunur. Bir nəfər üçün qiymət 180, 220,160 manat arasında dəyişir. 12 yaşa qədər uşaqlar üçün isə 50 manat tələb edilir.

Bayıl  yerləşən restoranlarda isə qiymətlər nisbətən münasibdir. Araşdırdığımız məkanlardan birindən bildirilib ki, qiymət seçdiyiniz masaya görə 80 manatla 100 manat arasında dəyişir.

Sadaladığımız qiymətlər çoxunun “əlini yandıra” bilər, amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, sahibkarlar qanunvericiliyə əməl etməklə göstərdikləri xidmətlərin qiymətini sərbəst müəyyənləşdirmək hüququna malikdirlər.

Əsas olan köhnə illə harada vidalaşacağınız yox, Yeni ili necə qarşılayacağınızdır. 2025-ci ildə hər kəsə yeni xoşbəxtliklər, sonsuz ümidlər və bol şans arzulayırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri