Icma.az
close
up
RU
Yeni ildə fişəng atılması doğrudur?

Yeni ildə fişəng atılması doğrudur?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni il gecəsi bir çox ölkədə milyonlarla insan atəşfəşanlıqda iştirak edir. 

Qeyd edək ki, fişənglərdən son illər əsasən toy mərasimlərində və Yeni il axşamı istifadə edilir. 

"Cebheinfo.az" xəbər verir ki, atəşfəşanlığın ən çox olduğu ölkələrdən biri də Almaniyadır. Adətən ilin digər vaxtlarında qadağan edilən atəşfəşanlıqdan fərdi istifadə Yeni il gecəsi və yeni ilin ilk günündə olduqca populyardır. 

Almanlar bu Yeni il gecəsi 40 min tondan çox fişəng atmağa hazırlaşırlar. Yeni il gecəsi mağazalar açılan kimi vətəndaşlar fişəng almaq üçün mağazalara axın ediblər. Aşağı Saksoniyanın Meppen şəhərində Hollandiya sərhədinə yaxın bir mağazanın qarşısında uzun növbələr yaranıb. 

Alış-veriş arabaları ilə gözləyən vətəndaşlar soyuq havaya baxmayaraq, mağaza qapılarının açılmasını gözləyiblər. Bremerhaven liman şəhərində bir çox insan gecə boyu səhər satışa çıxarılan fişəng mağazasının qarşısında gözləyiblər. Hamburqda da sıxlıq müşahidə edilib. 100-dən çox insan fişəng almaq üçün növbəyə düzülüb. 

Almaniya qanunlarına görə, Yeni il gecəsi yalnız üç iş günü ərzində, gecə yarısından başlayaraq fişəng satışına icazə verilir. Onlayn mağazalar da əvvəlcədən sifariş edilmiş fişəngi müştərilərə çatdıra bilər. Lakin atəşfəşanlığa yalnız Yeni il gecəsi və Yeni il günü icazə verilir. 

On minlərlə fişəngin atılması bəzi Almaniya şəhərlərində Yeni il şənliklərini müharibə zonasına bənzər bir vəziyyətə çevirir. Fişəng istifadə edildikdə tez-tez ciddi xəsarətlər, bəzən isə ölüm halları baş verir. Evdə hazırlanmış partlayıcı maddələr və "top bombaları" kimi tanınan güclü qanunsuz fişənglər xüsusilə təhlükəlidir. 

Keçən il Almaniyada Yeni il gecəsi ehtiyatsızlıqdan istifadə edilən atəşfəşanlıq səbəbindən beş nəfər həyatını itirib. Son 10 ildə hər Yeni il gecəsi atəşfəşanlıqla bağlı xəsarətlər səbəbindən orta hesabla 530 nəfər xəstəxanaya yerləşdirilib. 

Hər il tibb mütəxəssisləri, polis məmurları, ətraf mühit və heyvan hüquqları fəalları satışların qadağan edilməsini tələb edirlər. Bütün bu ictimai narahatlıqlara baxmayaraq, Alman Pirotexnika Sənayesi Assosiasiyası (VPI) bu il ötən illə müqayisədə 10-15 faiz daha çox məhsul satışı gözləyir. 

Assosiasiyanın məlumatına görə, sektor 2024-cü ildə 197 milyon avro satış qeydə alıb. Bu rəqəm 2023-cü ildə 180 milyon avro olub. 

Nigar 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri