Yeni ilə işsiz kimi başladı
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ueyn Runi üçün 2024-cü il arzuolunmaz sona çatıb.
“Plimut Arqayl” baş məşqçi ilə yolları ayırıb. İngiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Runi komandaya bu ilin may ayında təyin edilmişdi. “Plimut” onun rəhbərliyi altında 14 oyun keçirib və yalnız bir qələbə qazanıb. Komanda hazırda çempionşipdə 24 iştirakçı arasında sonuncu yeri tutur.
Maraqlıdı ki, futbolçu karyerası ərzində “Mançester Yunayted”də uğurlu çıxışı ilə yadda qalan Runinin məşqçilik karyerası uğursuz keçir. O, indiyədək çalışdırdığı 4 komandadan üçündən istefaya göndərilib. “Derbi Kaunti”dən öz istəyi ilə ayrılan Runi “Di Si Yunayted” (ABŞ) və “Birminhem”dən (İngiltərə) rəhbərliyin qərarı ilə ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















