Icma.az
close
up
RU
Статья не опубликована
Yeni Klinikada elmi seminar keçirilib

Yeni Klinikada elmi seminar keçirilib

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Klinikada işemik insultların müalicəsinə multidisiplinar yanaşmalar müzakirə olunub.

İnsultun diaqnostika və müalicə sahəsində ən son yeniliklərin müzakirəsi və klinik praktikada tətbiq imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərindəki GFO klinikasının Radiologiya şöbəsinin müdiri, professor Nuran Abdullayev çıxış ediblər.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxışında insult xəstəliyinin müasir dövrdə cəmiyyət üçün ciddi sağlamlıq problemi olduğunu vurğulayaraq, STROK mərkəzinin fəaliyyəti və əhəmiyyətindən söz açıb. O, eyni zamanda əhalinin maarifləndirilməsinin və vaxtında tibbi müdaxilənin vacibliyinə də diqqət çəkib.
Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov işemik insult və digər nevroloji xəstəliklərin müalicəsi üçün multidisiplinar komandanın vacibliyini qeyd edərək Azərbaycanda bu istiqamətdə işlərin həyata keçirildiyini vurğulayıb. Artıq Ümumdünya İnsult Təşkilatı (WSO) və Avropa İnsult Təşkilatı (ESO) ilə tərəfdaşlığın əldə olunduğunu qeyd edən P. Əkbərov TƏBİB tabeliyində fəaliyyət göstərən 4 xəstəxanada insulta hazır olan xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq işlərin həyata keçirildiyini bildirib. O, müasir texnologiya ilə təchiz olunmuş STROK mərkəzlərinin əsas hədəfinin bu xəstəliklərdən əziyyət çəkən pasiyentlərin daha effektiv, eyni zamanda sürətli reabilitasiyasını təmin etmək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Çoxsaylı tədqiqatlardan məlumdur ki, kəskin insult keçirən pasiyentlərin xüsusi insult mərkəzi və ya tibb müəssisəsinin ixtisaslaşmış STROK mərkəzlərində müalicəsi daha yaxşı klinik nəticələr verir. İnsult şöbəsi və ya STROK mərkəzinin strukturu, komponentləri, insultun menecmenti üzrə xəstəxanadaxili protokollar ölkədən-ölkəyə çox az fərqlənir və sübutlu təbabət prinsiplərinə əsaslanır. İnsultun diaqnostikası, müalicəsi ilə bağlı xüsusi klinik protokollar və alqoritmlərin istifadəsi və keyfiyyət indikatorlarına əsasən davamlı qiymətləndirmə prosedurlarının tətbiqi, keyfiyyətinin artırılmasına və klinik nəticələrin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Bunu nəzərə alaraq, TƏBİB müvafiq sahədə birgə əməkdaşlıqda, ölkədə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə tabeliyində olan bir sıra tibb müəssisələrinin (mərkəz və şöbələrinin) insult üzrə beynəlxalq sertifikasiyanın həyata keçirilməsi istiqamətində əsaslı addımlar atdı. Belə ki, beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması işləri peşəkar beynəlxalq mütəxəssislərin də prosesə cəlb olunması ilə müşayiət olundu. İlkin mərhələdə Yeni Klinikada ixtisaslaşmış STROK mərkəz yaradıldı. Qeyd edim ki, bu proseslər Ümumdünya İnsult Təşkilatının əsas meyarlarına uyğun olaraq müəyyənləşdirilir”.

İnsult mərkəzlərinin ölkə səhiyyəsində inqilabi dəyişikliyə səbəb olduğunu qeyd edən Nuran Abdullayev isə Avropa təcrübəsinə əsaslanan müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib. Tanınmış mütəxəssis baş tutan seminarın tibb sahəsində peşəkar inkişaf və beynəlxalq təcrübələrin paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

İnteraktiv şəkildə klinik təcrübələr və aktual yanaşmaların təqdim olunduğu seminarda Yeni Klinikanın həkim nevroloqu Xəyalə Ağamirzəyevaya “Kəskin işemik insultlar zamanı müalicə taktikası”, nevroloq Günel Qardaşova “Trombektomiya zamanı və sonrakı dövrdə fəsadların idarə edilməsi: Nəticələrin yaxşılaşdırılması strategiyaları”, professor Nuran Abdullayev “Kəskin insultda mexaniki trombektomiyanın inqilabi gücü: Zamanlama və tətbiq göstəricilərinin ustalıqla icrası”, fizioterapevt-reabilitoloq PhD. P. Əkbərov isə “İnsultdan sonrakı reabilitasiya: Strategiyalar və nəticələr” və s. mövzularında çıxış ediblər.

P.Əkbərov bildirib ki, insulta qarşı mübarizə təkcə xəstəliyin müalicəsi ilə kifayətlənməməli, həm də onun nəticələrinin aradan qaldırılması və profilaktik tədbirlərin gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Erkən diaqnostikadan başlayaraq uzunmüddətli reabilitasiya xidmətlərinə qədər olan bütün mərhələləri əhatə edən strategiya planını təqdim edən P.Əkbərov insult keçirən şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək və onların həyat keyfiyyətini yüksəltmək üçün multidisiplinar komandanın birgə fəaliyyətinin önəmini qeyd edib və insult sonrası reabilitasiyanın müalicə metodlarından bəhs edib.

Elmi-praktik seminar çərçivəsində iştirakçılar tərəfindən böyük maraqla qarşılanan sual-cavab sessiyasından sonra Angioqrafiya laboratoriyasında master-klas təşkil olunub. Master-klas zamanı Nuran Abdullayev tərəfindən beyin damarlarında icra olunan ən müasir əməliyyat texnikaları barədə ətraflı məlumat verilib və praktik nümayişlər həyata keçirilib.

Tədbir çərçivəsində xüsusilə beyin insultu zamanı tətbiq olunan qabaqcıl müdaxilə üsullarına diqqət yetirilib. İştirakçılar beynin damar anevrizmalarının müalicəsində istifadə olunan, ən müasir mühəndis texnologiyaları ilə hazırlanmış və hazırda Azərbaycanda istifadə olunmayan stentlərlə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Yeni Klinikada təşkil olunan seminar çərçivəsində ilk dəfə yeni texnologiyaların tətbiqinə dair məlumatlar geniş auditoriyaya təqdim olunub və iştirakçılara beyin damarlarının müalicəsində innovativ yanaşmalar nümayiş etdirilib.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 10 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri