Icma.az
close
up
RU
Yeni maliyyə nazirindən ilginc istiqrazlar qərarı

Yeni maliyyə nazirindən ilginc istiqrazlar qərarı

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Maliyyə Nazirliyi indiyədək buraxılan 4 istiqrazın delistinq edilərək geri çağırılması barədə qərar qəbul edib. Fed.az xəbər verir ki, Maliyyə Nazirliyi hazırda həmin istiqrazların sahiblərini qiymətli kağızları geri qaytarıb pullarını almağa çağırıb. Xatırladaq ki, söhbət Maliyyə Nazirliyi tərəfindən 2023-cü ildə buraxılmış 4 istiqrazdan gedir.

Məsələnin iqtisadi tərəfinə diqqət edən Fed.az Maliyyə Nazirliyinin bu istiqrazlar üzrə qarşıda faiz (kupon) ödənişləri nəzərdə tutulduğunu qeyd edir. 1 istiqraz üzrə 1 dəfə, 3 istiqraz üzrə isə 2 dəfə faiz ödənişi ediləcək. Nazirliyin həyata keçirməsi gözlənilən faiz ödənişlərinin ümumi məbləği yuxarıda göstərildiyi kimi, 25,6 milyon manat təşkil edir. Məsələnin digər tərəfi də var - hazırda bu istiqrazlar neçəyədir?

İndi bu istiqrazları bazar qiyməti ilə geri almaq mümkün olsa, Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək. Ümumilikdə, ilkin hesablamalar göstərir ki, istiqrazların vaxtından əvvəl geri alınması Maliyyə Nazirliyinə təqribən 32 milyon manat büdcə vəsaitinə qənaət etməyə imkan verəcək. Hələlik Maliyyə Nazirliyi istiqrazların geri alınmasının səbəblərini açıqlamayıb. Amma istənilən halda bu əməliyyatda qənaət faktorunun da olması dəqiqdir.

Bəs istiqraz sahibləri qiymətli kağızlarını vaxtından əvvəl satmağa razı olacaqlarmı? Böyük ehtimalla bu baş tutacaq, çünki dövlət istiqrazlarının alıcılarının əksəriyyəti tanınmış maliyyə qurumları - banklar və sığorta şirkətləridir.

Ekspertlərə görə, yeni maliyyə nazirinin bu addımı onun fiskal siyasətdə daha aktiv borc idarəetmə strategiyası yürüdəcəyinə işarə edir. Əgər bu addım uğurlu olarsa, gələcəkdə oxşar borc mexanizmlərinin optimallaşdırılması istiqamətində daha çox qərarların qəbul edilməsi mümkündür.

Ümumilikdə, bu qərar qısamüddətli dövrdə dövlət borc yükünü azaltmaqla yanaşı, həm də maliyyə bazarında yeni proseslərin başlanğıcını qoyur. Bankların bu vəsaitlərlə nə edəcəyi və Mərkəzi Bankın buna necə reaksiya verəcəyi isə yaxın aylarda daha aydın olacaq. Ümumiyyətlə isə dövlət istiqrazlarının əsas alıcıları banklar və sığorta şirkətləri olduğuna görə, onların portfelində likvid vəsaitlərin artması gözlənilir. Bu da onların kredit siyasətinə təsir edərək bazardakı faiz dərəcələrinə dolayısıyla təsir göstərə bilər. Əgər banklar geri aldıqları vəsaiti yenidən kredit bazarına yönəltsələr, bu, kredit faizlərinin müəyyən dərəcədə azalmasına səbəb ola bilər.

İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu məsələ ilə bağlı hər hansı problemin yaranacağını düşünmürəm. Çünki qanunvericilik də emissiya edən tərəfə emissiya etdiyi qiymətli kağızları vaxtından əvvəl geri çağırma hüququnu tanıyır. Bu, müqavilələrdə də öz əksini tapır. Eyni zamanda Azərbaycandakı mövcud konyukturu nəzərə alsaq, Maliyyə Nazirliyinin xüsusilə qiymətli kağızlar bazarında əsas oyunçulardan biri olması və ümumiyyətlə, idarəetmə modeli faktorlarının təsirləri, benefisiarların bu prosesdə hər hansı formada iştirak edib-etməməsi kimi amilləri də nəzərə alsaq, düşünmürəm ki, bu istiqrazların geri qaytarılması ilə bağlı hər hansı bir problem yaranacaq. Amma eyni zamanda fikrimcə, bu, hansısa formada yeni bir prosesin başlanğıcıdır. Hesablama Palatasının rəylərinə baxanda görürdük ki, palata xüsusilə daxili borclanma ilə bağlı həddindən artıq izafi borclanma xəbərdarlıqlarını gündəmə gətirirdi. Onunla bağlı xüsusi rəyləri var.

Eyni zamanda bunu statistik məlumatlardan da görə bilirik. Belə ki, büdcə profisiti yerinə yetirildiyi halda belə, Maliyyə Nazirliyi istiqrazlar buraxaraq daxili bazardan vəsait cəlb edirdi. Təbii ki, burada müxtəlif faktorların bu proseslərə təsir etdiyini düşünürəm. Amma indiki halda görünən odur ki, Maliyyə Nazirliyi artıq ötən dövr ərzində həm qiymətli kağızları bazara buraxmayıb, həm də eyni zamanda mövcud qiymətli kağızları - təxminən yarım milyard manat dəyərində olan qiymətli kağızları - geri çağırır.

Bu bir tərəfdən büdcənin borc yükünün azaldılması və növbəti dövrlərdə yarana biləcək potensial risklərin qarşısının alınması məqsədilə həyata keçirilsə də, digər tərəfdən, burada məsələlərdən biri həmin vəsaitlərin geri qayıtması fonunda son dövrlərdə kredit bazarında müşahidə olunan faizlərin artım meyillərini də önləyə bilər.

Çünki bu qiymətli kağızların alıcıları böyük ehtimalla əhəmiyyətli səviyyədə banklardır və banklar son dövrlərdə daha yüksək faizlə əmanətlər cəlb etməyə başlayıblar. Bu isə özlüyündə digər tərəfdən daha yüksək faizlə kreditlərin təklifinə gətirib çıxarır. Və bu, artıq kredit faizlərində də özünü göstərir. İstiqrazların geri qaytarılması kredit faizlərinin müəyyən səviyyədə düşməsi, bankların likvidliyinin artması və həmin vəsaitlərin bazara yönləndirilməsi yollarının axtarışı, rəqabətin artması və dolayısıyla faizlərin qismən də olsa azalması konyukturu formalaşdırır. Eyni zamanda 2025-ci il üçün proqnozlaşdırılan yüksək inflyasiya həddi əlavə təzyiq mənbəyi rolunu oynaya bilər. Belə ki, artıq 4,6% inflyasiya proqnozlaşdırılır və bu vəsaitlərin bazarda likvidliyi artırması dolayısıyla inflyasiya təzyiqlərini daha da gücləndirə bilər. Yəni başqa bir tərəfdən, belə bir çağırış da formalaşır. Düşünürəm ki, Mərkəzi Bank müvafiq istiqamətdə artıq öz alətlərindən istifadə etməli olacaq və inflyasiya təzyiqlərini neytrallaşdırmaqla bağlı müəyyən bir strategiya izləməyə məcbur qalacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri