Icma.az
close
up
RU
Yeni məktəb, yeni mühit: Şagirdlər niyə bəzən uyğunlaşmaqda çətinlik çəkir? PSİXOLOQ FOTO

Yeni məktəb, yeni mühit: Şagirdlər niyə bəzən uyğunlaşmaqda çətinlik çəkir? PSİXOLOQ FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni məktəb, yeni mühit: Şagirdlər niyə bəzən uyğunlaşmaqda çətinlik çəkir? - PSİXOLOQ
Hər tədris ilində onlarla uşaq məktəb və ya sinif dəyişir. Kimi valideynin iş yeri, kimi ailəvi səbəblər, kimi isə sadəcə yeni başlanğıc arzusu ilə fərqli mühitə düşür. Lakin hər yeni məktəb, hər yeni kollektiv öz çətinliklərini də özü ilə gətirir. Bəzi şagirdlər bu dəyişikliklə asanlıqla barışır, qısa zamanda dostlar tapır, dərslərdə fəal olur. Amma bəziləri üçün bu proses həm emosional, həm də sosial baxımdan ciddi sınağa çevrilir.
Yeni mühitdə özünü yad hiss edən, müəllim və sinif yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar tədricən dərslərə marağını da itirə bilər. Məhz bu səbəbdən psixoloqlar və pedaqoqlar uşağın adaptasiya dövründə xüsusi diqqət və anlayışa ehtiyac duyduğunu vurğulayır.
Bəs məktəbini və ya sinfini dəyişən bir şagirdin yeni kollektivə uyğunlaşması üçün valideynlər, müəllimlər və məktəb rəhbərliyi nə edə bilər?


Məsələ ilə bağlı psixoloq Aydan Məmmədova Avtosfer.az-a açılamasında bildirib ki, məktəbini və ya sinfini dəyişən şagirdlər üçün ən böyük çətinliklərdən biri yalnız yeni dərs proqramı deyil, itirilmiş sosial çevrənin, dostların, tanış halların və paylaşılmış xatirələrin yoxluğudur:
“Keçmişdəki münasibətləri, yoldaşlarını və rahatlıq məkanını darıxmaq, yeni mühitə açılmağa əngəl yarada, bəzi uşaqları geri çəkilməyə və dərslərə marağın azalmasına səbəb ola bilər. Bu vaxt ən böyük məsuliyyət valideynlərə, müəllimlərə və məktəb rəhbərliyinə düşür. Valideynlər öncədən uşağa yeni mühit haqqında məlumat verməli, onunla açıq danışmalı, narahatlıqlarını dinləməli və özünü ifadə etməsinə şərait yaratmalıdırlar. Uşağın keçmiş münasibətlərinə hörmət göstərmək, eyni zamanda onu yeni əlaqələr qurmağa təşviq etmək də vacibdir. Kiçik addımlarla sosiallaşma üçün imkanlar yaratmaq, məsələn, dərsdən sonrakı məşğələlər və ya sinifdənkənar fəaliyyətlər bu prosesi asanlaşdıra bilər.
Müəllimlər yeni gələn şagirdə adi bir ad-soyad kimi yox, fərqli bir şəxsiyyət kimi yanaşmalıdır. Onun maraqlarını, güclü tərəflərini və ehtiyaclarını öyrənmək, qrup işləri və oyunlar vasitəsilə sinifə daha rahat daxil olmasına kömək etmək vacibdir. Lakin diqqəti balanslı saxlamaq da önəmlidir, çox diqqət göstərmək digər şagirdlərdə qısqanclıq, az göstərmək isə yeni gələndə qəbul edilməmək hissi yarada bilər”.
Psixoloq həmçinin qeyd edib ki, məktəb rəhbərliyi və psixoloqlar da bu mərhələdə mühüm rol oynayır;
“Onlar yeni gələn şagirdlərin adaptasiya prosesini izləməli, ehtiyac olduqda fərdi dəstək planı hazırlamalı və sinif daxilində dostluq, tanışlıq, ortaq fəaliyyətlər kimi tədbirlər təşkil etməlidirlər. Əgər uşaq uzun müddət uyğunlaşmaqda çətinlik çəkirsə, onunla fərdi şəkildə işləmək və valideynlərlə əməkdaşlıq etmək zəruridir. Unutmaq olmaz ki, hər uşaq fərqlidir. Bəziləri sürətlə alışır, bəziləri isə daha çox zamana və anlayışa ehtiyac duyur. Kiçik, amma məqsədyönlü addımlar atıldıqda, yeni məktəb və yeni mühit uşaqlar üçün qorxulu yox, maraqlı bir başlanğıca çevrilə bilər”.


Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri