Icma.az
close
up
RU
Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: çağdaş siyasi yanaşma

Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: çağdaş siyasi yanaşma

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

II silsilə:

Regional geosiyasi reallığı formalaşdıran ölkə: Azərbaycan

IV məqalə

Dörd nailiyyət

Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq olan, orta güc statusuna sahib, iqtisadi müstəqilliyini tam təmin etmiş ölkə və özyetərli dövlət səviyyəsində öz identikliyini aktuallaşdırması asan məsələ deyildir. Bu dörd çox mühüm parametr həm də əhəmiyyətli nailiyyətdir. Çünki onların sintezi sanballı və güclü dövlət obrazını ortaya qoyur. Bu kontekstdə də Bakının onlara hansı mexanizmlər vasitəsi ilə çatdığı məsələsi çox maraqlıdır. Öncə, vurğuladığımız dörd parametrin qarşılıqlı münasibətləri fonunda Azərbaycanın formalaşan obrazına baxaq.

Prezident İlham Əliyevin Qurultayda ifadə etdiyi həmin faktorlar müstəqillik və dövlətçiliyin hazırkı mərhələdəki məzmunu fonunda dərk edilə bilər. Burada dövlət kimi statusun “orta güc” nümunəsi ilə ifadə edilməsi başlıca məqamdır. Ona görə ki, həmin statusu faktiki olaraq vurğulanan dörd parametrin dövlətçilik və beynəlxalq hüquq kontekstində sinergetik effektidir. Azərbaycan fəaliyyətində konkret obraza sahib olmuşdur – orta gücün yeni nümunəsi! Burada “yeni” sözü təsadüfi işlənmir.

Birincisi, Azərbaycan qısa bir zaman içərisində ərazi bütövlüyü və suverenliyini tam bərpa edəndən sonra sıçrayışla dövlət identikliyini yeni səviyyəyə yüksəltməyi bacarmışdır. 

İkincisi, nəticədə ölkə daha geniş miqyasda nüfuz sahibi olmaq imkanı əldə etmişdir. 

Bu iki yenilik faktiki olaraq analitik və ekspertlərin Azərbaycanı orta güc kimi qiymətləndirməsinə imkan vermişdir. Onun başlıca müəyyənedici meyarlarını Prezident İlham Əliyev ölkənin böyük potensiala malik və onu maksimum reallaşdırmaq qüdrətinə sahib olduğunun dünya gücləri tərəfindən qəbul edilməsi kimi xarakterizə etmişdir. 

Bu cür qiymətləndirmənin tam əsası vardır. Məsələn, Azərbaycan dünyada yeganə dövlətdir ki, iki supergüclə - ABŞ və Çinlə strateji tərəfdaşdır. Yəni hər iki super güc Azərbaycanın həm potensialını, həm də onu reallaşdırmaq qüdrətini tam qəbul etmişlər. Müasir müstəqil dövlət quruculuğu kontekstində tarixi bir uğurdur. 

Bu anlamda Azərbaycan özyetərli dövlət kimi tanınır və o əsasda dünya miqyasında böyük hörmətə malikdir. Bütün bu nailiyyətlərdə ölkəmizin iqtisadi müstəqilliyini tam təmin etməsi faktının ciddi rol oynadığını etiraf etmək gərəkdir. Bununla yanaşı, Qurultaydakı nitq kontekstində Azərbaycan üçün xarakterik olan başqa bir vacib faktoru vurğulamaq gərəkdir. 

İnfrastruktur şəbəkəsi və nüfuz dairəsinin genişlənməsi

Bu iki aspekt Prezidentin Qurultaydakı nitqində konseptual səviyyədə məharətlə vəhdətdə təqdim edilmişdir. Prezident onu üç istiqamət üzrə konkret faktlarla izah etmişdir. 

Birinci istiqamət infrastruktur şəbəkəsinin yaradılmasının sosial-iqtisadi sferası ilə bağlıdır. 

İkinci istiqamət nəqliyyat-loqstika şəbəkəsinin geniş bir geosiyasi məkanda yaradılmasıdır. 

Üçüncü isə regionlararası və qlobal miqyaslarda siyasi-geosiyasi-diplomatik aspektlərdə fəaliyyətin vahid məqsədə yönləndirilməsi ilə əlaqəlidir. 

Bu cəhətlərin münasibətlərinin yekun effekti sinergetik xarakterlidir. Yəni onlar vahid sistem-şəbəkə halında Azərbaycanın dövlət kimi inkişafı, təhlükəsizliyi və nüfuzetmək dairəsini eyni məntiqi müstəviyə gətirirlər. Nəzəri-konseptual yanaşmanın mücərrədliyindən xilas olmaq üçün dövlət başçısının nitqində ifadə edilən konkret faktlar üzrə məsələni izah etməyə çalışaq.  

Azərbaycana olan müraciətlər

Prezident İlham Əliyev nitqində vurğulamışdır: “Burada onu da deyə bilərəm ki, Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, biz istehsal etdiyimiz neft məhsullarını o ölkələrə ixrac edək”.

Bunlar, rutin müraciət deyildir – köklərində Azərbaycanın mükəmməl istehsal, tranzit və paylaşmanın loqistik xidmətini təşkil etmək imkanları dayanır. Özü də vurğulanan parametrlər yalnız Azərbaycanla məhdudlaşmır – daha geniş regionlararası miqyasda real mövcud olan vəziyyətdən qaynaqlanır. Yəni çoxlu sayda dövlət görür ki, Bakı geniş bir geosiyasi məkanda işlək və təhlükəsizlik infrastruktur şəbəkəsi yaratmışdır və onun xidmətindən çəkinmədən istifadə etmək olar.  

Onun bir mühüm aspekti ilə bağlı ölkə rəhbəri nitqində belə demişdir: “Biz...bütün işləri vaxtında görmüşük. Bizim bu gün potensialımız, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil. Ona görə...bizim məhsullarımıza, qazımıza tələbat daha da artacaq”.

Dövlət başçısının bu dərin fikirləri bir müqayisə fonunda tam aydınlaşa bilər. Biz, dünyada mövcud olan oxşar təcrübələri nəzərdə tuturuq. 

Quad-ın infrastruktur diplomatiyası

Nəzəriyyədə infrastruktur diplomatiyası belə izah edilir: “İnfrastruktur diplomatiyası, bir dövlətin geosiyasi təsirini gücləndirmək, tərəfdaşlarla əlaqələr qurmaq və regionları inteqrasiya etmək üçün fiziki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun (yollar, boru kəmərləri, limanlar, elektrik xətləri, internet magistralları) tikintisindən və ya modernləşdirilməsindən istifadə etdiyi xarici siyasət vasitəsidir”.

Bu yanaşma kontekstində infrastruktur diplomatiyasının əsas xüsusiyyətləri və məqsədlərini aşağıdakı kimi müəyyən edirlər:

-         “İqtisadi qarşılıqlı asılılıq;

-         Məqsədə çatmanın praktiki reallaşması;

-         Regional əməkdaşlıq;

-         Enerji təhlükəsizliyi”. 

Bu qısa nəzəri təsnifin fonunda iki nümunəyə baxaq. Birinci nümunə əsası 2007-ci ildə qoyulmuş Dördtərəfli Təhlükəsizlik Dialoqudur (Quadrilateral Security Dialogue, Quad).

Onu ABŞ, Yaponiya, Hindistan və Avstraliya yaratmışlar. Bu platformanın kökləri 2004-cü il Hind Okeanı sunamisindən sonra humanitar yardım və təhlükəsizlik əməkdaşlığına gedib çıxır. Lakin formal şəkildə Quad 2007-ci ildə quruldu. 

Ancaq sonralar fəaliyyəti zəiflədi və faktiki olaraq kölgədə qaldı. Quad 2017-ci ildə yenidən canlandırıldı və 2021-ci ildə liderlər səviyyəsində daha geniş infrastruktura, peyvənd diplomatiyası və digər sahələri əhatə edən gündəmlə möhkəmləndirildi. Mütəxəssislər bu dəyişikliyin səbəbini infrastruktur diplomatiyasını geniş əhatə edən digər bir nümunənin meydana gəlməsi ilə əlaqələndirirlər. Onu 2013-cü ildə Çinin “Bir Qurşaq, Bir Yol” layihəsini bəyan etməsi ilə bağlayırlar. ABŞ və tərəfdaşları Pekinin bu addımın daha çox geostrateji kontekstdə nəzərdən keçirirlər. 

Bu iki nümunənin qlobal miqyasda infrastruktur yarışı başlamışdır, lakin heç biri tam uğurlu deyillər. Xüsusilə, Quad üzvləri nəzərdə tutduqları qlobal miqyasda infrastruktur şəbəkəsini yaratmaq və bu bağlılıqda təhlükəsizlik arxitekturası formalaşdırmaq məqsədlərinə çata bilməmişlər. Onlar müxtəlif regionlara sərmayə qoyurlar, ancaq onları vahid şəbəkədə funksional olaraq birləşdirməyi bacarmırlar. Nəticədə Quad hazırda ciddi şəkildə dünya siyasətinin gündəmində mövcud deyildir. 

Çin isə müəyyən qədər nailiyyətlər əldə etmişdir. Burada başlıca məqam Çinin müxtəlif əyalətlərinin qonşu ölkələrlə infrastruktur sahəsində əlaqələrinin güclənməsi əsas uğur faktı sayılır. Bundan başqa, vurğulanan layihə çərçivəsində Çin getdikcə daha geniş geosiyasi məkanda infrastukrur sistemi yaratmağa cəhdlər edir. Lakin hələ də onları bir məqsəd ətrafında fokuslaşdırmağın dayanıqlı formasını görə bilmirik. 

Buna baxmayaraq, “Bir Qurşaq, Bir Yol” kontekstində yeni bir nümunə formalaşmışdır. Onun yaradıcısı Azərbaycandır! Ancaq Azərbaycanın yaratdığı infrastruktur şəbəkəsi birbaşa Çin layihəsinə daxil deyildir, müstəqildir və daha geniş əlaqələri yaratmağı nəzərdə tutur. Buna görə də infrastruktur diplomatiyasının Azərbaycan nümunəsi haqqında ayrıca danışmaq lazımdır. 

Azərbaycan nümunəsi

İnfrastruktur diplomatiyası ilə bağlı yuxarıda vurğulanan hər bir xüsusiyyət üzrə Azərbaycanın apardığı infrastruktur diplomatiyasının fərqli parametrləri mövcuddur. 

Birincisi, iqtisadi qarşılıqlı asılılıq kontekstində nəqliyyat və logistika dəhlizləri geniş bir geosiyasi məkanda mövcud olan iştirakçı ölkələri beynəlxalq ticarətdə bir-birinə bağlamışdır. Prezident bu məqamı regional, regionlararası və qlobal miqyaslarda bağlantılar sistemini tam işlək şəkildə təmin etmək qabiliyyəti kimi xarakterizə etmişdir.

İkincisi, məqsədə çatmanın praktiki reallaşması parametri üzrə Azərbaycanın təşəbbüs etdiyi infrastruktur layihələri onların konkret və dəqiq məqsədli maddi obrazını yaradır. Bunlar dövlətin xarici siyasətinin məqsədlərini ifadə edən obraz-təcəssümlərin maddi formasıdır. Həmin məqam çox dərin siyasi və geosiyasi anlama malikdir.  

Üçüncüsü, regional əməkdaşlıq parametri üzrə Azərbaycanın təşəbbüsləri sayəsində Cənubi Qafqazda ölkələr arasında əlaqələrin yaradılması, onların konkret məzmunda qurulması və perspektivli inkişafı qarşıya çıxa biləcək məsələlərin sülh yolu ilə həllinə və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Dördüncüsü, çox aktual olan enerji təhlükəsizliyinin milli təhlükəsizliyin komponenti kimi təmin edilməsinin mükəmməl şəkildə konseptual və praktiki müstəvilərdə təqdimatı artıq dünya tərəfindən qəbul edilir. Burada böyük infrastruktur təşəbbüsləri (neft boru kəmərləri, qaz boru kəmərləri, mayeləşdirilmiş təbii qaz terminalları) istehsalçıları və istehlakçıları uzunmüddətli öhdəliklərlə bağlayır və Azərbaycanın qlobal səhnədəki çəkisini artırır.

Bütün bu fəaliyyətin nəticələrindən biri kimi Prezident İlham Əliyevin Qurultaydakı nitqində vurğuladığı aşağıdakı fikirlər çox əhəmiyyətlidir. Dövlət başçısı demişdir: “Yəni bu, uzunmüddətli strategiyadır, ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq”. 

Təbii ki, bu dinamika böyük bir artımdan xəbər verir.  Bir dönəm maksimum 3-4 milyon tona çatmağı arzulayan ölkə, infrastruktur yaradaraq, təmaslar quraraq, lazımi inzibati tədbirləri görərək dəhlizləri (Orta Dəhlizi, Qərb-Şərq Dəhlizi və Şimal-Cənub Dəhlizi) dünya miqyasında olduqca cəlbedici hala gətirməyə nail olmuşdur. 

Bunlarla yanaşı, dövlət başçısı qarşıya daha böyük hədəflər qoyduğunu da nitqində ifadə etmişdir. Prezident İlham Əliyev fikirlərinə davam edərək bəyan etmişdir: “Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq”. 

Bütün bunlar Prezidentin xüsusi vurğuladığı uzunmüddətli strategiya işığında müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları müddəalarının semantik sahəsində Azərbaycanın təkbaşına Qalib dövlət olaraq Türk ailəsinin aparıcı gücünə transformasiyasının nəzəri-konseptual xüsusiyyətlərinin təhlilini zəruri edir. Həmin aspektə ayrıca silsilə təhlillər həsr edilməlidir. 

Füzuli Qurbanov
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri