Icma.az
close
up
RU
Yeni mərhələdə Qərbi Azərbaycan məsələsinin diplomatik həlli gündəmdə qalmaqdadır MÜSAHİBƏ

Yeni mərhələdə Qərbi Azərbaycan məsələsinin diplomatik həlli gündəmdə qalmaqdadır MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 noyabr, Elmir Səftərov, AZƏRTAC

Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətləri, diplomatik proseslərin üzləşdiyi çətinliklər, regional sabitliyin təmin olunması, Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdə saxlanması və İcmanın yeni mərhələdəki rolu barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Ermənistan-Azərbaycan münasibətlərində Qərbi Azərbaycan mövzusunun diplomatik həlli hansı çətinliklərlə üzləşə bilər?

-Ermənistan-Azərbaycan münasibətlərində Ermənistanın indiki Baş naziri ölkəsini və xalqını on illərdir içində olduqları fəlakət girdabından çıxarmaq üçün davamlı səylər göstərir. Lakin bunu erməni ictimaiyyətinə çatdırmaq və başa salmaq çox çətindir. Bu, təəccüblü deyil. Uzun illər boyu onlara mifik yalanlarla “dünyanın ən qədim və ən ali irqi” olduqları təbliğ edilib, yəni, aldadılıblar. İndi həmin topluma bu iddiaların uydurma olduğunu başa salmaq mümkün olmur. Qərbi Azərbaycan məsələsinin diplomatik həllində əsas çətinlik də məhz buradan qaynaqlanır. Təəssüf ki, bu, bəzi revanşist qüvvələrə sərf etmir. Çünki barış olsa, Robert Köçəryan və Serj Sarkisyan kimi şəxslər siyasi mövqelərini itirəcəklər. Amma zaman bu məsələnin həllini özü göstərəcək.

-Qərbi Azərbaycan məsələsinin sülh razılaşmalarına daxil edilməsi regional sabitlik üçün nə qədər vacibdir?

-Qərbi Azərbaycan məsələsinin müsbət həlli, yəni, Qərbi Azərbaycan qaçqınlarının doğma evlərinə geri qayıtmaları bölgəyə dayanıqlı və əbədi sülhün gəlməsi deməkdir. Çünki bu iki xalqın birgəyaşayışı həmin sülhün yeganə və ən etibarlı qarantıdır. Gəlin açıq danışaq: mənim geriyə qayıdış hüququm təmin olunmasa, mən erməni ilə barışa bilərəmmi? Axı o torpaqlarda mənim əcdadlarımın məzarları var. O torpaqlarda mənim uşaqlığım, gəncliyim və həyatımın bir parçası qalıb və mən tək deyiləm. Mənim kimi yüz minlərlə insanlar var. Babaları 100 il bundan əvvəl Arazı keçib İğdıra, Qarsa gedənlərin övladları bu gün baba yurdları barədə danışanda gözləri dolur, dodaqları əsir. Ata-baba yurdlarının, əslinin-kökünün adını soyadlarında daşıyırlar: Abbas Gökçə, Cantürk Alagöz, Şamil Ayrım, Murtaza Qaraçanta və daha yüzlərlə, minlərlə digər insan... Belə olan şəraitdə mənim kimi qaçqınların hər gün nələr çəkdiyini təsəvvür edə bilirsinizmi? Əgər Qərbi Azərbaycan məsələsi sülh razılaşmalarına daxil olarsa, hesab edirəm ki, iki xalq arasında anlaşma daha sürətlə baş verəcək.

-Vaşinqton razılaşmasından sonra Qərbi Azərbaycan məsələsi yenə də beynəlxalq gündəmdə qalırmı?

-Vaşinqton razılaşmasının Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdən çıxarılması kimi bir məzmunu yoxdur. Bu razılaşma iki dövlət arasında münasibətlərin tənzimlənməsi məsələsidir və bu, hər kəs tərəfindən alqışlanmalıdır, alqışlanır da. Qərbi Azərbaycan İcması olaraq biz də bunu alqışlayır və yüksək qiymətləndiririk. Üstəlik, bu anlaşmanın bizim dinc yolla qayıdışımızı daha da sürətləndirəcəyini düşünürük. Qərbi Azərbaycan məsələsi isə yüz minlərlə insanın beynəlxalq hüquqa söykənən haqqıdır və heç bir sənəd, heç bir anlaşma onu gündəmdən çıxara bilməz.

-Sülh müqaviləsi imzalanarsa, Qərbi Azərbaycan İcmasının yeni mərhələdə rolu necə dəyişəcək?

-Biz Qərbi Azərbaycana qayıdış uğrunda kortəbii mübarizə aparmırıq. Bu mübarizənin öz Konsepsiyası var və biz də həmin Konsepsiyanın prinsiplərinə tam şəkildə əməl edirik. Konsepsiyada qayıdışımızın bütün detalları əks olunub və heç bir mərhələdə Qərbi Azərbaycan İcmasının rolu dəyişdirilə bilməz. Bizim bir məqsədimiz var: elimizə, evimizə mütləq qayıtmaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri