Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Azərbaycan İsrail münasibətləri: Diplomatik yanaşmalarda yeni mərhələ MÜSAHİBƏ

Azərbaycan İsrail münasibətləri: Diplomatik yanaşmalarda yeni mərhələ MÜSAHİBƏ

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan müdafiə naziri Zakir Həsənov ilə İsrailin yüksək rütbəli nümayəndə heyətinin görüşü iki ölkə münasibətlərinin artıq təkcə taktiki deyil, strateji xarakter aldığını bir daha təsdiqləyir. Bunun fonunda İsrailin nüfuzlu BESA Mərkəzinin Azərbaycanın “İbrahim Sazişləri” prosesinə ehtiyatlı və hesablanmış yanaşmasını yüksək qiymətləndirməsi Bakı üçün regional siyasətdə özünəməxsus mövqenin formalaşdığını göstərir. Hər iki hadisənin paralel şəkildə baş verməsi Azərbaycan–İsrail xəttində həm təhlükəsizlik, həm də diplomatik sahədə yeni dinamikanın irəli gəldiyini ortaya qoyur.

Bakıvaxtı.az politoloq Züriyə Qarayeva ilə bu istiqamətdə müsahibəni təqdim edir.

– Azərbaycan və İsrail müdafiə qurumlarının son görüşü iki ölkə arasındakı münasibətlər barədə nəyi göstərir?

Bu görüş Azərbaycan–İsrail münasibətlərinin təkcə klassik hərbi əməkdaşlıqdan ibarət olmadığını, daha çox strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Bakı ilə Təl-Əviv arasında müdafiə sənayesi, kəşfiyyat texnologiyaları və sərhəd təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlıq mövcuddur. Son görüş isə həmin xəttin daha modern, yüksək texnoloji və qarşılıqlı asılılığı artıran mərhələyə keçdiyinə işarədir.

Hər iki tərəf üçün regional təhlükəsizlik məsələləri – xüsusilə İran, Yaxın Şərq geosiyasətində sürətlə dəyişən balans və Cənubi Qafqazdakı yeni vəziyyət – prioritet olaraq qalır. Bu baxımdan, görüş həm koordinasiya, həm də gələcək risklərin qiymətləndirilməsi baxımından mühüm mərhələdir. Azərbaycanın müdafiə sisteminin yenilənməsi isə İsrail üçün regionda etibarlı tərəfdaşın daha da möhkəmlənməsi anlamına gəlir.

– BESA Mərkəzinin Azərbaycanın “İbrahim Sazişləri” ilə bağlı ehtiyatlı mövqeyini müsbət qiymətləndirməsi nə deməkdir?

 BESA-nın yanaşması göstərir ki, Azərbaycan yeni regional arxitekturaların təsiri ilə deyil, öz milli maraqlarına əsaslanan rasional hesablama ilə hərəkət edir. Bakı üçün belə qlobal formatlara qoşulmaq təkcə diplomatik jest deyil, ciddi geostrateji nəticələri olan addımdır. Buna görə də Azərbaycan prosesin bütün tərəflərini – ABŞ–İsrail–Ərəb dünyası münasibətlərini, İranın reaksiyasını və regional balansı diqqətlə izləyir.

Əksər ekspertlərin “gecikmə” adlandırdığı məsələ əslində Azərbaycanın strateji səbridir. Bakı ən sərfəli və təhlükəsiz zamanlamanı seçməklə həm siyasi çəkisini artırır, həm də beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Bu yanaşma Azərbaycanın çoxvektorlu və müstəqil siyasət doktrinası ilə tam şəkildə üst-üstə düşür.

Züriyə Qarayeva: Müdafiə sahəsində yüksələn dinamika diplomatik koordinasiya ilə paralel şəkildə inkişaf edir

– Müdafiə nazirlərinin görüşü və BESA təhlili birlikdə Azərbaycan–İsrail münasibətlərində hansı ümumi tendensiyanı göstərir?

Hər iki hadisə onu göstərir ki, Azərbaycan–İsrail münasibətləri artıq sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional təhlükəsizlik sisteminin mühüm dayaqlarından birinə çevrilir. Müdafiə sahəsində yüksələn dinamika diplomatik koordinasiya ilə paralel şəkildə inkişaf edir. Bakı həm təhlükəsizlik, həm diplomatik, həm də geosiyasi platformalarda İsraillə əlaqələri sistemli şəkildə gücləndirir.

Azərbaycanın beynəlxalq çəkisi artdıqca İsrail də onu Yaxın Şərq–Qafqaz–Mərkəzi Asiya xəttində strateji aktor kimi görür. Bu kontekstdə hər iki hadisə birlikdə Azərbaycan–İsrail münasibətlərində yeni strateji mərhələnin formalaşdığını açıq şəkildə ortaya qoyur.

– Azərbaycanın bu proseslərdə ehtiyatlı davranmasının əsas geosiyasi səbəbləri nələrdir?

Azərbaycan çox həssas geosiyasi məkanda yerləşdiyi üçün qərarlarını regiondakı güc balansını nəzərə alaraq verir. Bakının atdığı hər bir addım İran, Rusiya və Qərb arasında mövcud tarazlıqla bilavasitə əlaqəlidir. “İbrahim Sazişləri” kimi formatlara emosional və sürətli şəkildə qoşulmaq ölkənin şimal və cənub istiqamətlərində əlavə gərginlik yarada bilər.

Bu səbəbdən Azərbaycan təhlükəsizlik maraqlarını maksimum qorumaq üçün zamanlama faktorunu xüsusi diqqət mərkəzində saxlayır. Paralel olaraq Bakı regional nüfuzunun artması fonunda daha sərfəli mövqedən çıxış etmək imkanını da nəzərə alır. Bu isə çoxvektorlu siyasətin ən yetkin tətbiqi kimi qiymətləndirilə bilər.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see192

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see172

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see150

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see148

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see148

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri