Icma.az
close
up
RU
“Yeni model əməkhaqlarında artıma səbəb olacaq” Müsahibə

“Yeni model əməkhaqlarında artıma səbəb olacaq” Müsahibə

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhsil sistemində yeni mərhələ başlayır. Elm və Təhsil Nazirliyin təqdim etdiyi “daimi və rəqabətli iş modeli”nin hədəfi müəllimlərin iş şəraitini və maaş sistemini dəyişmək, onların rifahını və təhsilin keyfiyyətini daha da yüksəltməkdir. Bu modelə görə, müəllimlərin əməkhaqları dərs saatına deyil, iş saatına əsasən müəyyənləşdiriləcək.

Bəs bu dəyişikliklər müəllimlərin rifahına, motivasiyasına və ümumilikdə təhsil sisteminin səmərəliliyinə necə təsir göstərəcək?

"Müəllimlər şagirdlərə, məktəbə və dərsə daha çox vaxt və diqqət ayıracaqlar"

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hazırda müəllimlərin əməkhaqları saathesabı ilə müəyyən edilir, yəni onların maaşı dərs saatlarına görə hesablanır: “İndi isə yeni bir sistem üzərində işlənilir və bu sistemin digər iş yerlərində tətbiq olunduğu kimi, artıq məktəblərimizdə də tətbiq olunması nəzərdə tutulur. Burada əsas hədəf və məqsəd müəllimlərin əməkhaqlarının hesablanmasına töhfə vermək və onların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır. Fikrimcə, bu sistem tətbiq edildikdən sonra müəllimlərin şagirdlərə, məktəbə və dərsə daha çox vaxt və diqqət ayıracaqlar. Müəllimlər yalnız müəyyən dərs saatlarına əsasən dərslərdə fəaliyyət göstərirdilər. Qalan vaxt isə sərbəst idilər.

Məktəbin işi sadəcə bu dərs saatlarını keçirməklə məhdudlaşırdı. Yeni sistemdə isə həm müəllimlərin, həm də şagirdlərin fəaliyyəti daha geniş şəkildə qiymətləndiriləcək. Bu onların məktəbdə necə iştirak etdiyini, dərsə və təlim prosesinə yanaşmasını da əhatə edəcək.

Düşünürəm ki, bu dəyişikliklər prosesi daha səmərəli edəcək. Müəllimlərin maaşları da yeni meyarlar əsasında hesablanacaq və bu, onların əməkhaqlarında artıma səbəb olacaq”.

O qeyd edib ki, eyni zamanda, yeni sistemin tətbiqi nəticəsində müəllimlərin şagirdlərə daha çox vaxt və diqqət ayırdığına, onların tərbiyəsi ilə daha yaxından məşğul olduğuna da şahid olacağıq: “Ümid edirəm ki, bu addımlar nəticə verəcək və biz elə bir mexanizm formalaşdıra biləcəyik ki, həm müəllimləri motivasiyalı etsin, həm də onların məktəbə və tədris prosesinə daha çox vaxt ayırmasını təmin etsin. Əgər bu yeni yanaşma gözlədiyimiz nəticəni verməzsə, o zaman bu, müəllimlərin ümumi fəaliyyətinə istədiyimiz formada təsir göstərməyə bilər. Hətta müəyyən mənada müəllimlərin məktəbdən uzaqlaşmasına da səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq.

Məsələn, bu gün müəllimlərimizin xeyli hissəsi repetitorluqla məşğuldur. Onların bir qismi hesab edər ki, məktəbdə işləməkdənsə, ev şəraitində fərdi dərslər keçərək 10-20 şagirddən daha çox gəlir əldə edə bilərlər. Buna görə də bu istiqamətdə yeni addımlar atırıqsa, bu məqamı da mütləq nəzərə almalıyıq. Belə ki, atılan hər bir addım ümumi təhsil sisteminə, onun nüfuzuna və keyfiyyətinə müsbət təsir göstərməlidir”.

“Yeni sistem müəllimlərin motivasiyasını artırmalı, onların fəaliyyətini düzgün qiymətləndirməlidir”

Onun sözlərinə görə, yeni sistemin detallarının tam açıqlanması vacibdir: hansı meyarlarla maaş hesablanacaq, dərsdən əlavə hansı vəzifələr nəzərə alınacaq və əlavə öhdəliklər necə qiymətləndiriləcək: “Məsələn, eyni dərs saatına malik iki müəllimdən biri yalnız dərs keçirsə, digəri isə saatlar ərzində məktəbdə əlavə vəzifələr yerinə yetirirsə, onların əməkhaqlarında fərq olmalıdır. Yaxud hansısa müəllimin 10 saat dərsi və bunlardan əlavə onun başqa öhdəlikləri də var. Onun əsasında da maaşını alır. Amma 10 saat dərs deyən başqa bir öhdəliyi olmayan digər müəllimlə eyni maaş olarsa, bu müəllimlərdə müəyyən narazılıqlar yaradacaq. Bu məsələləri ciddi və şəffaf şəkildə düşünməli, müəllimlərin motivasiyasını və təhsil sistemimizin keyfiyyətini qoruyacaq mexanizmlər yaratmalıyıq. Əslində, bizim əsas məqsədimiz elə bir mexanizm və elə bir sistem formalaşdırmaq olmalıdır ki, bu, ən azı əvvəlki sistem qədər ədalətli olsun.

Bildiyimiz kimi, əvvəlki sistemdə müəllimlərin maaşı hər dərs saatına görə hesablanırdı. İndi bu sistemi dəyişiriksə, həmin prinsipi yəni ədalət prinsipini mütləq qorumaq lazımdır. Yeni sistem müəllimlərin motivasiyasını artırmalı, onların fəaliyyətini düzgün qiymətləndirməli və əməkhaqqını real iş yükünə uyğun müəyyənləşdirməlidir. Əks halda, bu dəyişikliklər gözlənilən nəticəni verməz. Ədalətli, şəffaf və motivasiyaedici mexanizm formalaşdırmaq həm müəllimlərimizin peşəkar inkişafı, həm də ümumilikdə təhsilimizin keyfiyyəti üçün əsas şərtdir. Buna görə də yeni sistemin qurulmasında əsas məqsədimiz elə olmalıdır ki, müəllimlər məktəbdə işləməklə həm maddi, həm də mənəvi baxımdan daha çox qazanc əldə etsin və məmnunluq hiss etsinlər”.

“Bu model həm rəqabətli bir sistemi formalaşdıracaq, həm də müəllimlər arasında mövcud problemləri aradan qaldıracaq”

Təhsil mütəxəssisi Ramin Nurəliyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, təklif edilən yeni model rəqabətlidir: “Əvvəlki illərdə müəyyən qədər qeyri-obyektivlik müşahidə olunurdu. Məktəb rəhbərliyi dərs saatlarını öz istəklərinə uyğun bölürdü və nəticədə bəzi müəllimlər dərs yükü az olduğuna görə əməkhaqqı baxımından geridə qalırdılar. İndi isə iş saatına uyğun əməkhaqqının hesablanması həm rəqabətli bir sistemi formalaşdıracaq, həm də müəllimlər arasında mövcud problemləri aradan qaldıracaq. Əvvəllər bir müəllimin dərsi 25 saat, digərinin 15 saat olduğu hallarda məktəbdaxili narazılıqlar, incikliklər yaranırdı. Yeni sistem bu fərqləri aradan qaldıracaq. Əsas məsələlərdən biri isə əməkhaqqının minimum səviyyədə hansı şəkildə müəyyənləşəcəyidir. Əməkhaqqının artımı, təbii ki, müsbət təsir göstərəcək”.

O qeyd edib ki, burada əsas məsələ müəllimin iş saatına uyğun olaraq təhsil müəssisəsində qalmasıdır: “Bu, bəzi müəllimlər üçün xoşagəlməz görünə bilər, amma ümumilikdə Azərbaycan təhsili üçün çox faydalı bir addımdır. Çünki indiyədək müəllim dərsini deyib gedirdi və düşünürdü ki, 10 saat dərsim varsa, məktəbdə əlavə qalmağa ehtiyac yoxdur. Əslində isə bu yanaşma doğru deyil. Beynəlxalq təcrübəyə baxsaq, bir çox ölkələrdə müəllimin fəaliyyəti təkcə dərs saatına əsaslanmır. Müəllimin iş vaxtı digər əmək sahələrində olduğu kimi müəyyən edilir və əməkhaqqı həmin iş vaxtına uyğun hesablanır. Əgər müəllimin əlavə dərs yükü və ya saatı varsa, bu, maaşa müəyyən əlavələrlə əks olunur. Hesab edirəm ki, bizdə də bu cür tənzimlənməlidir. Əks halda, müəllimlər az dərs götürmək istəyə bilərlər. Bunun qarşısını almaq üçün, məsələn, müəyyən minimum iş saatı müəyyən edilə bilər. Tutaq ki, müəllimin iş vaxtı saat 8-dən 5-ə qədərdir və bu, standart 800 manat maaşla ölçülür. Əgər müəllim 20 saatdan artıq dərs deyirsə, hər əlavə dərs saatı üçün müəyyən məbləğ əlavə oluna bilər. Bu halda həm motivasiya artar, həm də “az dərs götürmək” meyili aradan qalxar.

Belə bir tənzimləmə həm məktəb rəhbərliyinin dərs bölgüsündə ədalətsizliyinin qarşısını alar, həm də sistemdə şəffaflığı təmin edər. Çünki indiyədək bəzən eyni fənn üzrə bir müəllimə çox, digərinə isə az dərs verilirdi və bu, narazılıq yaradırdı.
Beynəlxalq təcrübədə, o cümlədən Türkiyədə də bu sistem tətbiq olunur. Müəllim müəyyən iş saatı ərzində məktəbdə olmalı, dərs saatı bitdikdən sonra da əlavə fəaliyyətlərlə - şagirdlərlə fərdi iş, layihələr, tədris hazırlığı məşğul olur. Bu həm şagirdlərin dərsdən geri qalmasının qarşısını alır, həm də məktəbdə yaranan problemlərin həllini asanlaşdırır”.

“Bu modelin könüllü olması məqsədəuyğun deyil, sistem ümumilikdə tətbiq edilməlidir”

Təhsil mütəxəssisi bu təşəbbüsü çox müsbət qiymətləndirir: “Bu, təhsilin inkişafı üçün mühüm addımdır və əslində, çoxdan həyata keçirilməli idi. Türkiyədə bu sistemi görmüşəm və çox bəyənmişəm. Bu model təhsildə həm intizamı, həm də ədaləti təmin edir. Əlbəttə, burada da müəyyən incəliklər var. Məsələn, bir müəllimin 25, digərinin 12 saat dərsi varsa, bu fərqi aradan qaldırmaq üçün 20 saat baza kimi götürülə bilər. Hər əlavə saat üçün əməkhaqqa əlavələr edilərsə, sistem daha ədalətli və səmərəli olar. Bu həm müəllimlərin motivasiyasını artırar, həm də narazılıqları minimuma endirər.

Məncə, bu modelin könüllü olması məqsədəuyğun deyil. Bu sistem ümumilikdə tətbiq edilməlidir. Əgər söhbət iş saatı modelindən gedirsə, mən onun tam şəkildə, bütün müəllimlər üçün tətbiqinin tərəfdarıyam. Çünki könüllülük prinsipi qalarsa, bu, müəyyən problemlərə yol aça bilər”.

Mütəxəssis hesab edir ki, artıq “stavka” və “dərs saatı” ilə bağlı köhnə anlayışlar tarixə qovuşmalıdır: “Məsələn, “18 saat pisdir”, “12 saat yaxşıdır” kimi söhbətlərə son qoyulmalıdır. Müasir, qloballaşan dünyanın tələblərinə uyğun hərəkət etməliyik. Əgər təhsilimizi inkişaf etdirmək istəyiriksə, beynəlxalq təcrübədən nümunələr götürməli və onları yarımçıq deyil, tam şəkildə tətbiq etməliyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri