Icma.az
close
up
RU
Yeni müharibə riski: Türkiyə F16 ları qaldırdı 4 ölkə arasında gərgin trafik

Yeni müharibə riski: Türkiyə F16 ları qaldırdı 4 ölkə arasında gərgin trafik

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan, İsrail, Suriya və Türkiyə arasında maraqlı və diqqətçəkən proseslərin şahidi oluruq. Hadisələrin dərin təhlilinə keçməzdən əvvəl son günlər baş verən əsas hadisələrə qısa nəzər yetirək:

Birincisi, bir neçə gün öncə Suriyada yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi fonunda gərginlik başladı. Hiddətlənmiş müsəlmanlarla druzlar arasında qarşıdurma yaşandı. Bu gərginliyi səngitmək məqsədilə müdaxilə edən Suriya Silahlı Qüvvələri ilə druzlar arasında toqquşmalar baş verdi;

İkincisi, İsrail Silahlı Qüvvələri druzların müdafiəsi məqsədilə Dəməşqə hava hücumu təşkil etdi;

Üçüncüsü, İsrail Hərbi Hava Qüvvələri druzların müdafiəsi adı ilə təkcə Dəməşqə deyil, həmçinin Türkiyənin dəstəklədiyi hərbi qrupların – “Sultan Murad” və “Süleyman Şah” briqadalarının bazalarına da zərbələr endirdi. Türkiyə F-16-ları ilə İsrail təyyarələrinə havada “xəbərdarlıq mesajı” verildiyi barədə məlumatlar yayılıb;.

Dördüncüsü, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfəri təxirə salındı;

Beşincisi, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya rəsmi səfər etdi.

Bu beş hadisənin təhlili bölgədə nə baş verdiyini anlamağımıza yardım edə bilər.

Birinci hadisə – druz liderinin İslam peyğəmbərini təhqir etməsi – Suriya daxilində dini və ictimai zəmində ciddi narazılığa səbəb oldu. Nəticədə yalnız müsəlmanlarla druzlar arasında deyil, həm də druzlarla Suriya Silahlı Qüvvələri arasında qarşıdurma baş verdi.

Əvvəldən bəlli idi ki, druzlar Suriyada sabitliyi pozacaq gücə çevrilə bilər. Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaranın yeni kabinet tərkibini elan edərkən druz nümayəndəsi Əmjad Badrı kənd təsərrüfatı naziri təyin etməsi müvəqqəti sakitlik yaratsa da, uzunmüddətli perspektivdə druzları cəsarətləndirə biləcək təhlükəli addım idi. Çünki İsrail “druz kartı”ndan aktiv istifadə edir.

İsrailin həm Dəməşqə, həm də Türkiyənin dəstəklədiyi hərbi qrupların mövqelərinə hava zərbələri endirməsi bunun sübutudur. İsrail nə Suriyanın yenidən güclənməsini, nə də Türkiyənin oradakı varlığını qəbul edir. Təl-Əviv druzlar vasitəsilə Suriya mərkəzi hakimiyyəti ilə qarşıdurma yaratmaq və öz təhlükəsizlik tampon zonasını – yəni bir növ “boz zona”nı – formalaşdırmaq niyyətindədir. Uzunmüddətli məqsəd isə druzlara yüksək muxtariyyət, hətta gələcəkdə müstəqil dövlət qurmaq perspektividir.

Türkiyə İsrailin planlarından xəbərdardır. İsrail təyyarələrinə F-16-larla hava məkanında verilmiş “xəbərdarlıq mesajı” bunun təsdiqidir. Ankara Təl-Əvivin bu strategiyasına qarşı sərt cavab verməyə hazır olduğunu göstərir.

Belə bir məqamda İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə salınması diqqət çəkir. İsrail mediası bunu “Türkiyənin hava məkanını bağlaması” ilə izah edir. Lakin əsl səbəb Suriyada İsraillə Türkiyə arasında hərbi toqquşma riskinin artmasıdır. İsraildə bəzi qüvvələr səfərin Bakı üçün əhəmiyyətini bilərək “hava məkanı” məsələsini qabardır və bununla da Bakı ilə Ankara arasında süni soyuqluq yaratmağa çalışır.

Xatırladaq ki, Prezident İshaq Hersoq da daha əvvəl COP-29 tədbirinə, məhz Türkiyə hava məkanından keçid icazəsi ala bilmədiyi üçün qatıla bilməmişdi və bu hadisə Bakı ilə Ankara arasında soyuqluq yaratmışdı.

Bütün bu proseslərin fonunda Samir Şərifovun Suriyaya rəsmi səfəri xüsusi diqqətə layiqdir. Rəsmi olaraq bu, maliyyə nazirinin səfəri kimi təqdim olunsa da, səfərin sırf iqtisadi xarakter daşıdığını deyə bilmərik. Şərifovun daha geniş səlahiyyətlərlə bu səfəri həyata keçirməsi mümkündür.

Bu səfərin mümkün məqsədləri kimi üç əsas məqamı qeyd etmək olar:

Suriya ətrafında baş verən prosesləri – xüsusilə İsrail-Türkiyə gərginliyi və ehtimal qarşıdurma risklərini yerində araşdırmaq; Enerji resurslarının hasilatı və Avropa bazarına nəqli də daxil olmaqla iki ölkə arasında əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması; Suriya–İsrail gərginliyinin diplomatik həlli istiqamətində Bakıda mümkün görüşlərin təşkili.

Fikrimcə, Suriya və İsrail birbaşa danışıqlar masasına oturmayınca bu gərginlik səngiməyəcək. Bakı bu prosesdə vasitəçi ölkə rolunu oynaya bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri