Icma.az
close
up
RU
Yeni müharibəyə hazırlıq...

Yeni müharibəyə hazırlıq...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Ermənistan niyə silahlandırılır?

Cənubi Qafqazın əsaslı inkişafı, sabitliyin formalaşması və münasibətlərin normallaşması üçün sülh zəruri şərtdir. Bu mənada məğlub, iqtisadi geriləmənin cəngində boğulan, siyasi böhran yaşayan Ermənistan sülhün formalaşmasında daha maraqlı olmalıdır. 2022-ci ildən ölkəmizin təşəbbüsü  ilə başlanan sülh prosesində Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar İrəvanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şəraitin formalaşdırılması deməkdir. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı və rəsmi şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı və bu kimi müddəalar Ermənistanın gələcəyi üçün vacib perspektiv yaradacaq.

İrəvan isə bütün destabil addımları bir kənara qoyaraq sülh üçün fəal iş aparmalı olduğu halda, yenidən silahlanma üçün can atır. Bu isə ölkənin Azərbaycana qarşı fəal müharibəyə hazırlaşdığını deməyə əsas verir. Başqa sözlə, bu gün fərqli maraqların Ermənistanı silahlandırması yeni eskalasiyalar üçün hazırlıq deməkdir.

Silahlar Ermənistana göndərilir...

Məsələn, bir müddət öncə Fransanın Ermənistana veriləcək 26 ədəd “Bastion” zirehli transportyorundan bəzilərinin istehsalının başa çatdırıldığı ilə bağlı xəbər yayılmışdı. Həmçinin, Paris artıq İrəvana 12 ədəd “Sezar” artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.

Sülhün bağlanmaması üçün bütün gücünü ortaya qoyan Paris göründüyü kimi, İrəvanı açıq şəkildə silahlandırır. Bu proses 2024-cü ildə daha aktiv şəkildə aparılıb. Ötən il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanıb. Ən son modifikasiyada alınacaq bu artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərində qiymətləndirilir. Beləliklə, 36 artilleriya sistemi və həmin sistemlər üçün mütləq 155 mm-lik mərmilər əldə edən İrəvan azı 200 milyon avro vəsait xərcləyib.

Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana satdığı və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara “Bastion” zirehli transportyorlarını əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləmək olar. Bu isə Cənubi Qafqazda sülhü təhdid edir. Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusundakı XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, onların silahlanması göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar: “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir”.

Aİ missiyasının əsl “missiyası”...

Bəli, yenə də Fransanın ortada maneə kimi çıxış etməsi təəccübləndirici deyil. Azərbaycanla bağlanacaq sülh müqaviləsinin hələ də razılaşdırılmamış bəndlərinə nəzər saldıqda, başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirməməklə bağlı məsələyə Ermənistanın razılaşmaması bu məsələdə açar rolunu oynayır - Fransa Aİ missiyası adı altında bölgədə varlığını davam etdirməkdə israrlıdır. Prezident İlham Əliyev çıxışında bildirib ki, əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər: “Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var”.

2023-cü ilin əvvəlindən etibarən “mülki monitorinq missiyası” adı altında Ermənistana yerləşdirilən bu qrupun missiyası bəllidir. - Avropa İttifaqı, xüsusilə Fransa məhz bu yolla Ermənistana yerləşmək, oradan isə bölgəyə nüfuz etməyə çalışır. Amma bu, mümkün olmur. Belə ki, Azərbaycanın qətiyyətli davranışı “mülki monitorinq” adı altında gizlənən qrupun əsl simasını üzə çıxarır. Heç bir effektivliyi olmayan “binokl diplomatiyası” isə sadəcə lokal maraqların təcəssümüdür - hətta Ermənistana belə faydası olmayan missiya bəzən daxili stabilliyi pozmaq, bəzən şərti sərhəddə gərginlik yaratmaq, bəzən isə qeyri-adekvat “mesajlar” üçün istifadə olunur.

Müharibə üçün pul ayıran “sülh fondu”...

Azərbaycana qarşı həyata keçirilən, lakin bütövlükdə Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaradan “silahlandırma” kampaniyasının miqyası isə get-gedə  genişləndirilir. Hətta artıq bir müddətdir ki, Aİ-nin fərqli strukturları Ermənistanın militaristləşdirilməsi prosesinə “fəal dəstək” verməyə başlayıb. Məsələn, Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımlar göstərilməsi üçün maliyyə yardımı ayırır - bu yardım isə ildən - ilə artırılır. Beləliklə, maliyyə heç də Fondun adına uyğun olaraq “sülhə” deyil, qarşıdurmaların miqyasının daha da genişlənməsinə xidmət göstərir. Dövlət başçısı açılış nitqində bu məsələyə toxunaraq qeyd edib ki, Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür: “Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir”.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri