Icma.az
close
up
RU
Yeni nəqliyyat modeli

Yeni nəqliyyat modeli

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Metro, avtobus və taksi xidmətlərinin vahid xidmət zənciri qurulacaq

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin bu quruma qoşulması formasında yenidən təşkil edilib. Məqsəd ictimai nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasının və fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi, habelə əhalinin şəhərdaxili hərəkətində mobilliyinin daha keyfiyyətli göstərilməsini təmin etməkdir. Fərmana əsasən, “Bakı Metropoliteni” QSC metro nəqliyyatı ilə yanaşı, avtobus, tramvay, taksi sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini həyata keçirəcək. QSC, eyni zamanda, həmin sahələrdə yeni nəqliyyat infrastrukturu obyektlərinin, terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini həyata keçirməklə, xidmətlərin qarşılıqlı inteqrasiyasını və vahid mərkəzdən idarə olunmasını təmin edəcək.

İnkişaf etmiş şəhərlərin təcrübəsi tətbiq olunur

 “Bakı Metropoliteni”nin “BakuBus” və “Bakı Taksi Xidməti”nin bazasında yenidən təşkili paytaxt Bakının ictimai nəqliyyat sektorunda keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər və struktur islahatları xüsusilə də, nəqliyyat infrastrukturunun modernləşməsi, xidmətin çoxçeşidliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, paytaxt böyük meqapolis kimi daha da inkişaf edərək ictimai nəqliyyatdan istifadənin yeni tələbatlarını meydana çıxarır, bu konteksdə çoxşəbəkəli xidmət infrastrukturunun yaradılması daha da aktuallaşır. Nəqliyyat şəhər xidmətlərinin əsas sahələrindən biri kimi ümumi mobilliyin təminatında mühüm yer tutur. Ona görə də, sərnişinlərə daha əlçatan və koordinasiyalı, rahat nəqliyyat landşaftı qurmaq vacib həyat şərtlərindən biridir.

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov mediaya müsahibəsində də bu məsələlərə toxunaraq qeyd edib ki, nəzərdə tutulan ssenariyə əsasən, sərnişinlər metro, avtobus, tramvay və digər nəqliyyat növlərini ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan vahid nəqliyyat şəbəkəsinin elementi kimi istifadə edəcəklər. Nəqliyyat növlərindən əldə olunan məlumatlar vahid mərkəzdə emal olunub, analiz ediləcək və data əsaslı qərarların verilməsinə xidmət edəcək. London, Paris, Berlin, Honkonq, Sinqapur kimi şəhərlərdə bu təcrübə artıq çoxdandır tətbiq olunur. Bu qərar da həmin istiqamətdə atılmış strateji bir addımdır.

5 istiqamət üzrə tramvay xətti çəkiləcək

Yeni nəqliyyat xidməti konseptinə əsasən, başlıca məqsəd metro, avtobus və taksi xidmətlərinin bir-birini təkrarlamasının qarşısını almaq, bir-birini tamamlamasını təmin etməkdir. Yəni, sərnişin metrodan çıxdıqda avtobus və ya taksi dayanacağına keçid etdikdə vahid bir xidmət zəncirinin davamını hiss etməlidir. Bu plan gələcəkdə vahid ödəniş sisteminin və hərəkət qrafiklərinin tətbiqinin daha da asanlaşdırılmasını nəzərdə tutur. Nəticədə sərnişinlər üçün nəqliyyat növləri arasında keçidləri daha rahat həyata keçirən mexanizm qurulacaq. Həftəlik, saatlıq, aylıq paketlərin tətbiqi  sayəsində yeni ödəniş həllərinə keçid də təmin olunacaq.

Qeyd edək ki, ictimai nəqliyyatda mobilliyin artırılması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan əsas hədəflər sırasında da yer alır. Prioritetlərə əsasən, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri nəzərdə tutulur.

Proqramda tramvay nəqliyyatı infrastrukturunun qurulması da mühüm hədəflərdən biridir. Bu məqsədlə tramvayın konseptual planı hazırlanır, ilkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə tramvay xəttinin çəkilməsi, gələcəkdə 5 fərqli istiqamət üzrə tramvayın olması planlaşdırılır. Eləcə də, əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur.

2042-ci ilə qədər vaqon parkı tam yenilənəcək

Vüsal Aslanovun sözlərinə görə, adıçəkilən Dövlət Proqramında “Bakı Metropoliteni”nə aid tapşırıqlar əsasən 3 qrupda təsnifləşdirilir. Bunlar mövcud infrastrukturun stabil işləməsinin təmin olunması, müasirləşdirilməsi və metro şəbəkəsinin genişləndirilməsidir. Həmin tədbirlər planına uyğun olaraq paytaxtda 10 yeni metro stansiyasının inşası planlaşdırılır. Şərti adı “B4” olan stansiyanın cari ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir, digər 9 stansiya üçün bu il tender elan ediləcək və növbəti ildən tikinti işlərinə start veriləcək. “Yaşıl xətt” üzrə inkişaf əsasən şəhərin şərq hissəsini əhatə edəcək və 2030-cu ilə qədər dörd yeni stansiyanın - “Y-14”, “Y-15”, “Y-16”, “Y-17” - inşası ilə “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətinə qədər olan boşluq doldurulacaq. Bu stansiyalar Ağ Şəhər, 8 Noyabr prospekti və Nargilə dairəsi kimi strateji nöqtələrdə yerləşəcək. “Bənövşəyi xətt” üzrə isə şəhər mərkəzində şaxələndirmə yaratmaq məqsədilə 6 yeni stansiyanın - “B-4”dən “B-8”ə qədər tikilməsi nəzərdə tutulur. “B-5” (Nizami), “B6A” (Sahil) və “B7” (Xətai) stansiyaları mövcud xətlərlə kəsişərək qovşaq və keçid funksiyasını yerinə yetirəcək.

İnkişaf planına əsasən, metronun vaqon parkının yenilənməsi nəzərdə tutulur. 

Hazırda metronun 381 vaqondan ibarət parkı var, onların 180-i müasir kondisioner sistemi ilə təchiz edilmiş arakeçidləri olan yeni nəsil vaqonlardır. Qalan vaqonlar üçüncü nəsildir; istismar müddəti bitməkdədir. Cari ilin sonuna qədər 36 vaqonun istismar müddəti bitəcək və yeniləri ilə əvəz olunacaq. Texniki göstəricilərinə əsasən, digər  qatarlar isə 2042-ci ilə qədər mərhələli şəkildə tam istismarda çıxarılacaq və vaqon parkı tamamilə müasir vaqonlarla təmin olunacaq. Ümumilkdə, Dövlət Proqramı çərçivəsində 299 yeni vaqonun alınması nəzərdə tutulub.

Rəqəmsal strategiya və “QR-kod” ödənişləri

Tədbirlər planına əsasən, qatarları idarə edən işarəvermə sistemi yenilənəcək, metro xətlərinin ayrılması mexanizmi qurulacaq, hər bir xətt ayrıca müstəqil işləyəcək və müstəqil depoları olacaq. Məsələn, xətlər ayrıldıqdan sonra “28 May” stansiyası yalnız “İçərişəhər” istiqamətinə gedən qatarlardan istifadə edən sərnişinlər tərəfindən istifadə olunacaq, “Dərnəgül” istiqamətinə gedən sərnişinlər isə “Cəfər Cabbarlı” stansiyasından istifadə edəcəklər. “Cəfər Cabbarlı” ilə “28 May”ı birləşdirən əlavə sərnişin tunelinin istifadəyə verilməsi isə xətlərin ayrılmasını daha da genişləndirəcək. Həmçinin “geri dönüş” sxemi əsasında intervallar azaldılacaq.

Metropolitenin rəqəmsal strategiyasını hazırlanıb və təsdiq edilib. Strategiya iki əsas istiqaməti əhatə edir. Birincisi, əməliyyat səmərəliliyi: qatarların, eskalatorların və infrastrukturun texniki xidmətinin avtomatlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsidir. İkincisi isə sərnişinlərə yönəlik həllərdir. Bu istiqamət üzrə pilot rejimində süni intellektlə sərnişin sıxlığının idarə edilməsi proqram təminatı üzərində işlənilir.

“Bakı Metropoliteni” QSC-nin sədri yeni mobil tətbiqin imkanlarından da danışıb. Bildirib ki, mobil tətbiq əsasında sərnişinlər “QR-kod” vasitəsilə ödəniş edə biləcəklər. Hansı stansiyadan hansı stansiyaya daha tez çatmaq, günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görmək, qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilmək imkanları olacaq. Ssenariyə əsasən, Bakı şəhərinin ictimai nəqliyyatında vahid mərkəzdən tənzimlənən paketlər üzrə ödəniş sisteminin qurulması da nəzərdə tutulur.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri