Icma.az
close
up
RU
Yeni nəsil media mətbuata nə verdi?

Yeni nəsil media mətbuata nə verdi?

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Lalə Mehralı

Qarşıdan Mətbuat Günü gəlir, 150-ci dəfə qeyd edəcəyik peşə günümüzü. Bizə bu günü ərmağan edən baş jurnalistimizə - milli jurnalistikamızın banisinə sevgi, hörmət və minnətdarlıqla. Hər nə qədər müasir və milli jurnalistikamız donunu və genini dəyişdirsə də, təməlində eyni amallar, prinsinsiplər dayanır. Doğrudur, təməl prinsipləri də gərəksiz hesab edən gənc jurnalist nəsli formalaşıb ki, onların öz doğruları, öz prinsipləri var.

Dövrümüzün özəlliyi yeni jurnalistika modelinin formalaşmasına təsir göstərir. Texnoloji yeniliklərin ən üst səviyyəyə qədər çıxması, insanı təəccübləndirən yeniliklərin edilməsi, süni intellektlə tanışlıq jurnalistikada da inqilaba səbəb olacaq. Hazırkı dövr özünəməxsus fəlsəfəsi, estetikası, həyat tərzi, cəmiyyəti, hüquqi, mədəni qaydaları olan bir dövrdür və hər sahə bu dövrə ayaq uydurmaq məcburiyyətindədir.

Əslində, dövrümüzü bu qədər qüdrətli edən, hökmranlıq etməsi üçün dəstək verən, məhz mediadır. Bəzən medianın gücü xəfifə alınır, etinasızlıqla yanaşılır, amma kiçik bir qığılcımı böyük bir məşələ çevirən gücün məhz mediada olduğunu unudur bəzən insanlar. Əlbəttə ki, bura həm televiziyalar, həm radiolar, həm qəzetlər, həm saytlar, həm də bloqlar və sosial şəbəkələr daxildir. Amma gəlin etiraf edək ki, indi sosial şəbəkələr digər kütləvi yayım vasitələrini bir neçə addım geridə qoyub və hər nə qədər ciddi media hesab edilməsə də, media aləminin ümumi platformasına çevrilib. Bu səbəbdən yeni media sistemi ortaya çıxıb- sosial media. Başqa sözlə desək, peşəkar mətbuatın önünü qabalıqla kəsən müasir media forması.

Mətbuat və televiziya böyük qüvvədir, silahı görünməyən, amma silahların ən təhlükəsinə sahib olan qüvvə. Cəmiyyət medianın əlindəki silahı görmədiyi üçün nəyə məruz qaldığını da anlamır adətən. Bir foto, bir köşə yazısı və yaxud kiçik bir sujet əslində fərqli olan bir faktı tərsindən anlada bilir, cəmiyyətin diqqətini səhv istiqamətləndirə bilir, insani duyğulardan, vicdandan, mərhəmətdən yoğrulan düşüncələri istismar edə bilir.

Media hər dövrdə gücə, hökmə malik olub və hökmranlıq etməyin ən təsirli silahı olub. Lakin dövrümüzdə medianın əldə etdiyi güclə keçmişdəki gücünü müqayisə etmək mümkün deyil. Bu yolla nəzərdə tutulduğundan da çox insana xitab edilib, məqsədə çatmaq üçün insani duyğuların sümürülməsi, vicdan, mərhəmət kimi hislərin istismarı da həmişə aktual olub.

Yeni nəsil mediada çox təəssüf ki, vicdan faktoru bir çox hallarda arxa planda qalır, əsas kriteriyalar maddi gəlir və kütləyə çıxış əldə etməkdir. Media bir kommersiya obyektinə, ya da siyasi təsir alətinə çevrilir. Bu məqsədlə də kütləni aldatmaq, onu istədiyin yerə yönləndirmək lazımdır. Burada isə vicdan arxa plana keçir. Nəticədə, gəlir və nüfuz əldə edilə bilər, amma inam və etibar itirilir.

Əgər siz mediada güc və hakimiyyət istəyirsinizsə, bu yolda qarşınıza çıxan anlayışlardan biri də məhz vicdan olacaq. Çünki jurnalistikanın təməl materialı insandır. Hər hansı vəziyyətdə olan bir insan– intihar edən, dünyaya gələn, yaralanan, xəstələnən, sevinən, uğur qazanan, bədbəxt olan hər hansı bir insan yaxşı bir xəbər mövzusu ola bilər.

Yəni, dolayısı ilə qayəsi insan olan bir işin xəmiri də insani hisslərlə yoğrulmalıdır. Məhz bu səbəbdən də jurnalistlərdən ən çox gözlənilən şey də cəmiyyətin vicdanı olmalarıdır. Bu istək, əslində, bizim peşəmizin tərifi, düsturudur. Vicdanımızın olub-olmaması fərddən fərdə dəyişə bilir, amma peşəmizin əsas tələbi dəyişməzdir.

Biz yazmaq üçün gündəlik mövzu tapmalıyıq – gündəmlə səsləşən, maraqla oxunan mövzu. Müşahidə qabiliyyətimiz yaxşı olmalıdır, gördüyümüzü yazıya çevirə bilməyimiz üçün. Yazarkən peşəkarlıq və insanlıq arasında gedib-gəlirik, hansı tərəfimiz tərəzidə ağır gəlsə digər tərəfimizə haqsızlıq olur. Xatırlayın, sürünərək ərzaq düşərgəsinə gedən uşaq fotosu var, körpə, halsız bir uşaq. Onu 1994-cü ildə Kevin Karter çəkib, həmin şəkildə Cənubi Afrikadan olan və aclığın haldan saldığı uşaq sürünə-sürünə qida paylanan düşərgəyə getmək istəyir. Yaxınlıqda isə uşağı yemək istəyən yırtıcı quş var. Doğrudur, onun peşəkarlıq tərəfi tərəzidə ağır gəlir, həmin anları lentə alır, işini bitirdikdən sonra yırtıcını qovur, lakin uşağa toxunmur, çünki ona xəstəliyin yayılmasına qarşı belə bir tapşırıq verilmişdi. Çəkdiyi bu fotoya görə çox tənqid olunan fotoqraf çox keçmir ki, Pulitzer mükafatını alır, lakin mükafatdan 3 ay sonra 33 yaşında itihar edir. İntihar məktubunda aclıqdan ölən uşaqların dəhşətinə dözə bilmədiyini yazmışdı.

Düzdür, Kevin sadəcə işini mükəmməl formada yerinə yetirmək istəmişdi, bunun üçün vicdanını bir neçə dəqiqəlik susdurmuşdu, uşağa kömək etməyi təxirə salıb kamerasını işə salmışdı. O öz işini mükəmməl şəkildə görmək istəyirdi, bütün sahələrdə olduğu kimi. Amma insanlığı ilə işi arasında seçim etmək də onun vicdanına yük oldu.

Əslində, medianın boynuna çox şey yükləyir, çox şey tələb edirlər. Həm haqlıdırlar, həm də haqsız. Medianın vəzifələri əlbəttə çoxdur, lakin unutmaq lazım deyil ki, media həm də bizim özümüzü özümüzə təqdim edir. Media cəmiyyətin gözüdür, dilidir, qulağıdır, amma cəza kəsəni, ittiham edəni, hökm verəni deyil. Media güzgü olmalıdır, düzü düz, əyrini əyri göstərməyi bacarmalıdır. Bunu etmək üçün isə vicdan lazımdır.

Nə cür yazılırsa yazılsın, nə cür adlandırılırsa adlandırılsın, fərqi yoxdur- vicdan sözü hər dildə, hər millətdə, hər cəmiyyətdə eyni mahiyyət daşıyır. Mənasını hamı anlayır- içimizin güzgüsü. Vicdan və insan kəlmələri, əslində, eyni mənanı verir- insansansa vicdanın var və ya vicdanın varsa insansan. İçimizdəki ən böyük hakimin adı vicdandır. Bütün ideoloji, milli, mənəvi, sosial, siyasi vəziyyətlərdə vicdanla qərar qəbul etməyimiz diləyi ilə…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri