Icma.az
close
up
RU
“MEDİA mətbuata etimadı artırdı” BDU nun dekanı

“MEDİA mətbuata etimadı artırdı” BDU nun dekanı

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla ölkə mediasının inkişafında yeni mərhələnin əsası qoyuldu və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı.

MEDİA-nın fəaliyyətə başlamasından ötən 5 il ərzində Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap və onlayn media subyektlərinin, informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

MEDİA-nın Müşahidə Şurasının üzvü, Mətbuat Şurasının sədr müavini və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Zifəroğlu Bakupost.az -a açıqlamasında bildirib ki, agentliyinin fəaliyyətə başlamasından ötən 5 il ərzində Azərbaycanda media sahəsində institusional islahatlar, hüquqi çərçivənin təkmilləşdirilməsi və peşəkar jurnalistikanın təşviqi istiqamətində mühüm addımlar atılıb.

O bildirib ki, bu dövr ərzində agentlik dövlət–mətbuat münasibətlərində yeni əməkdaşlıq modelinin formalaşmasına, media sektorunun davamlı inkişafına və informasiya mühitinin sağlamlaşdırılmasına əhəmiyyətli töhfələr verib:

“MEDİA tərəfindən həyata keçirilən əsas istiqamətlərdən biri “Media haqqında” Qanunun tətbiqinin təmin olunmasıdır. Praktiki tətbiq mərhələsində qanun informasiya bazarında nizamsızlığın aradan qaldırılmasına, peşəkarlıq meyarlarının önə çəkilməsinə və ictimai etimadın artmasına müsbət təsir göstərib.

Agentliyin fəaliyyəti nəticəsində Azərbaycanda media mühitinin sağlamlaşması prosesi sürətlənib. Dezinformasiya və qeyri-peşəkar fəaliyyət hallarının qarşısının alınması, etik standartların təşviqi və keyfiyyətli məzmunun prioritetləşdirilməsi medianın cəmiyyət qarşısında məsuliyyətini artırıb. Agentlik eyni zamanda media subyektləri üçün müsabiqələrin keçirilməsi və maliyyə dəstəyinin ayrılması mexanizmlərini formalaşdıraraq sektorda iqtisadi dayanıqlığın gücləndirilməsinə töhfə verib. Layihə əsaslı maliyyələşmə medianın tematik ixtisaslaşmasını, regional medianın inkişafını və sosial əhəmiyyətli mövzuların işıqlandırılmasını stimullaşdırıb.

Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin nümayəndələri üçün yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə mütəmadi təlimlər və seminarlar təşkil olunur. Bu tədbirlər jurnalistlərin peşə bacarıqlarının artırılması, rəqəmsal media alətlərinin mənimsənilməsi, faktların yoxlanılması, münaqişə və həssas mövzuların işıqlandırılması kimi sahələrdə bilik və təcrübənin genişləndirilməsinə yönəlib.

Ümumilikdə, MEDİA İnkişaf Agentliyinin 5 illik fəaliyyəti Azərbaycanda müasir, peşəkar və məsuliyyətli media mühitinin formalaşdırılması istiqamətində sistemli yanaşmanın tətbiq olunduğunu göstərir”.

Lalə,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri