Azərbaycanda quraşdırılan yeni nəsil NKAnın sayı açıqlandı Yeni Çağ Media
Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb.
Bu barədə Yenicag.az-a Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 09 Dekabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















