Icma.az
close
up
RU
Yeni nəslin əsas problemləri: Bir daha böyük kəşflər görməyəcəyik?

Yeni nəslin əsas problemləri: Bir daha böyük kəşflər görməyəcəyik?

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər nəslin özündən sonra gələn nəsli tənqid etməsi ənənəsi yüzillərdir var. Amma elmin və texnologiyanın inkişafı ilə ilk dəfədir ki, tənqid əsaslı şəkildə təqdim edilib.

Bu yazımda "Z nəsli" dediyimiz generasiyanın (1997-2012-ci illər arasında dünyaya gələnlər) problemlərinə həm aparılan araşdırmalar, həm də şəxsi təcrübədən yanaşacağam.

Əvvəl elmi araşdırmalar barədə danışaq.

Amerikalı alim Cared Horvat ABŞ Senat komitəsinə təqdim etdiyi araşdırmasında Senatı gələcək təhlükə ilə bağlı xəbərdar edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, həmin sənəddə o, zamanla baş verən dəyişiklikləri müqayisə edir və bəzi ölkələrdə standartlaşdırılmış akademik nəticələrin və zehni bacarıqların artım tempinin dayandığını və hətta gerilədiyini bildirir. Bu isə tarixən müşahidə olunan "Flinn effekti"ndən fərqli ilk belə bir tendensiyadır.

Sənəd PISA, TIMSS, PIRLS kimi beynəlxalq qiymətləndirmə proqramlarının nəticələrinə istinad edir. Orada bir çox ölkədə yeniyetmələr arasında savadlılıq, riyazi bacarıq və problem həlletmə göstəricilərində zəifləmə və geriləmə müşahidə olunduğu qeyd edilir.

Neyroalimin fikrincə, 1997-2012-ci illər arasında doğulan nəsil məktəbdə əvvəlki nəsildən daha zəif nəticə göstərən ilk nəsildir və təəccüblü orasıdır ki, onlar bununla fəxr edirlər.

Norveçdə "Ragnar Frisch Centre for Economic Research" tərəfindən sözügedən mövzuda genișmiqyaslı tədqiqat aparılıb.

Araşdırmanın nəticələrinə görə, 1981-1996-ci illərdə doğulan "Y nəsli", 1997-2012-ci illəri əhatə edən "Z nəsli"ndən daha yüksək IQ göstəricilərinə malikdir. Bu hal tarixdə qeydə alinan ilk zəka geriləməsi kimi diqqət çəkir.

Elmi ədəbiyyatda "Tərsinə Flinn Effekti" adlandırılan bu fenomen "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan va 730 min IQ testinin təhlilinə əsaslanan geniş araşdırma ilə də təsdiqlənib.

Nəticələr göstərir ki, "Y nəsli"ndən sonra gələn hər yeni nəsildə orta hesabla yeddi bal azalma müşahidə olunur. Mütəxəssislər xüsusilə vurğulayırlar ki, bu geriləmənin genetik ve ya bioloji səbəbləri yoxdur. Səbəblər tamamilə ətraf mühit amilləri ilə bağlıdır: təhsilin keyfiyyətindəki dəyişikliklər, kitab oxuma vərdişinin azalması və ekranmərkəzli rəqəmsal həyat tərzi gənc nəslin analitik zəka inkişafina mənfi təsir göstərən faktorlardır.

Bəs gənc dostlarımın əsas problemləri nələrdir? Niyə bütün dünya onlara qarşıdır?

10 ildən çox "Z nəsli"ndən olan şəxslərlə işləmiş biri kimi deyə bilərəm ki, onların əsas problemləri xəyal gücüdür. Xəyal gücünün azalmasına səbəb isə rəqəmsal mühitdən 24 saat birbaşa asılı olmaqdır.

Mənim təxminən 7-8 yaşlarımda türk kanallarını göstərən peyk antenaları məşhur idi. Çox evdə var idi və həmyaşıdlarım hər gün türk kinolarından, "Kara Murat"dan, "Şaban"dan danışırdılar. Bizim evə həmin resurs çox gec gəlmişdi. Mən türk kanalları ilə yaşadığım dövrlə əvvəlki dövrün müqayisəsini bu gün soyuq məntiqlə təhlil edə bilirəm.

Bəli, dünyadan daha çox xəbərim olurdu. Ancaq düşünməyə vaxtım olmurdu. Nə zaman boş olsam ekranda film, futbol, əyləncə proqramları və s. olurdu. Özümlə tək qala bilmirdim və 24 saat əylənməyə meyilli idim. Bu, mənim dərslərimə, təhlil bacarığıma hətta əsəb sistemimə belə təsir etmişdi. Ancaq gündə məhdud saatlarda televiziya izlədiyim dövrlərdə özümlə tək qalanda çox düşünürdüm. Futbol daha sehrli idi. Hətta nərd daşlarından futbol oyunu xəyal edib oynayırdım. Siyasəti bilirdim. Sosial-siyasi mövzuları, xəbərləri atamla müzakirə edirdim. Ekran müddətim artdıqca artıq çevrəmdən qopan insan olmuşdum. Yaradıcılığım itmiş, dərslər maraqsız olmağa başlamışdı.

Mən hələ televiziya kanallarının təsirindən danışıram. Bu gün əlimizdəki telefonlar bizə bir saniyə belə boş vaxt tanımır. Uzanıb dincəlmək istəsək telefonda nə iləsə məşğul olaraq bunu edirik. İllərlə tanıdığım ağıllı-başlı insanlar gün ərzində sadəcə "reels" videoları izləməklə məşğul olur. "Reels" effekti isə insanı xoşbəxt tutmağa köklənmiş bir mexanizmdir. Məncə, təxminən şirniyyatın təsiri ilə sosial şəbəkələrin təsiri insan həyatına bənzərdir. İnsanlar xoşbəxt olmaq istəmir, xoşbəxt qalmaq istəyirlər.

İki anlayış arasında ciddi fərq var. İkincidə hədəf olmur. Hədəfsiz, vizyonsuz insan isə xoşbəxtliyi narkotik kimi qəbul edəcək. Saydığım bütün zərərli resurslara məruz qalan ən bariz nəsil isə "Z nəsli"dir. Telefonsuz həyatı təsəvvür etməyən, oradakı insanları özünə nümunə seçən, hədəfsiz, gərgin və əsəbi balaca adamlar. Hərçənd artıq balaca da sayılmırlar, yaşları 25-i keçənlər belə var.

İndi səbirsizliyin bəlkə də tarixdə bu qədər adi hal olduğu ilk dövrdür. Düşünün, bu insanlar valideyn olacaq və bəziləri hətta olublar. Bu gün daha balaca uşaqların həyat tərzini gördükdə "Z nəsli" daha şükürlü görünür. "Instagram"da gördüyü hər kursa uşağı göndərən valideynlər var. Yeddi yaşında uşağa baxırsan, məktəb, rəsm, rəqs, məktəb fənlərinin ayrı hazırlığı, gimnastika, hələ üstəlik şahmat kursu. Bəs bu uşaq gün ərzində oxuduğunu, gördüklərini nə zaman həzm edəcək? Nə zaman düşünəcək? Nə zaman xəyal quracaq? Hədəfləri nə olacaq?

Həqiqətən düşünməyə artıq ehtiyac yoxdurmu? Nyuton düşünməsə, o dövrdə yerə düşən almadan cazibə qanununu ortaya çıxarardımı? Kolumbun xəyal gücü olmasa, heç vaxt görmədiyi Hindistana dəniz yolu üçün heç vaxt getmədiyi Amerikanı kəşf edərdi mi? Fateh Sultan Mehmetin analitik zəkası və xəyal gücü olmasa, İstanbul fəth edilərdi? Tarixi hər zaman xəyal quranlar yazıb. Amma artıq insanlar yaradıcılıq yox, sanki robotluq istəyir. Hər zaman süni intellekt işlərimizi ələ keçirəcək deyirlər. Süni intellektin ələ keçirə bilməyəcəyi tək şey bəlkə də xəyal gücüdür. Albert Eynşteynin də dediyi kimi, "Məntiq sizi A nöqtəsindən B nöqtəsinə apara bilər. Xəyal gücü isə hər yerə!"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Mart 2026 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri