Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Yeni nəslin tərbiyəsi cəmiyyətin əsas problemlərindən biridir Professor

Yeni nəslin tərbiyəsi cəmiyyətin əsas problemlərindən biridir Professor

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yeni nəslin tərbiyəsi cəmiyyətin əsas problemlərindən biridir. İşıqlı gələcək uğrunda düşünən hər bir cəmiyyət yeni nəslin tərbiyəsini təhsilin yüksək səviyyədə təşkilində görür. Yeni nəslin təhsili üç əsas məqsəd üzərində qurulur: -.Yeni nəsli həyata hazırlamaq, onlara bilik və bacarıqlar vermək və təhsilin növbəti səviyyəsinə hazırlamaq. Birinci məqsəd ilə bağlı məktəblərimizdə maraqlı təcrübə toplanmışdır. Bu məqsəd, ilk növbədə tədris edilən fənlərin, xüsusən sosial-humanitar fənlərin məzmununda öz əksini tapır. Bununla yanaşı, orta məktəblərdə sinifdənxaric və məktəbdənkənar tədbirlər, ali məktəblərdə tələbənin ictimai təşkilatlarda fəaliyyəti və s. mahiyyəti etibarı ilə yeni nəslin həyata hazırlanmasına istiqamətlənib. İkinci məqsəd zamandan asılı olaraq, dəyişkən xarakter daşıyır. Daha dəqiq ifadə etsək, təhsilin məzmunu hər bir dövrün tələbləri çərçivəsində müəyyənləşdirilir və təhsilalanlara bundan asılı olaraq bilik və bacarıqlar verilir.  Üçüncü məqsəd təhsilin varisliyi prinsipinə əsaslanır. Fikir verin, ibtidai siniflərdə verilən bilik və bacarıqlar şagirdləri orta məktəbin ümumi təhsil hissəsinə hazırlayır. Ümumi orta təhsil mərhələsində verilən bilik və bacarıqlar isə şagirdləri tam orta təhsil mərhələsinə hazırlayır".

Bu fikirləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə deyib. Professor bildirib ki, birinci və ikinci mərhələdə şagirdlərin ümumi qabiliyyətlərinin və dünyagörüşünün, sonuncu mərhələdə isə xüsusi qabiliyyətlərin və dünyagörüşünün formalaşması və inkişafı önəm kəsb edir. Buna görə də inkişaf etmiş dünya ölkələrində orta təhsilin üçüncü mərhələsi təmayül siniflərdə təşkil olunur. Təmayül siniflər şagirdin xüsusi qabiliyyətlərinin inkişafında mühüm rol oynayır. Xüsusi qabiliyyətlərin inkişafı və bu müstəvidə verilən bilik və bacarıqlar şagirdi ali təhsil mərhələsinə hazırlayır. Başqa sözlə desək, bu mərhələyə qədəm qoyan şagird öz gələcək karyerasına başlamış olur. Ölkəmizdə də artıq bir müddətdir ki, tam orta təhsil mərhələsində məktəblərin bir hissəsində şagirdlər təhsillərini təmayül siniflərində davam etdirirlər. Yəqin məktəblərin qalan hissəsində də yaxın gələcəkdə təmayül siniflərin yaradılması reallaşacaqdır:

"Təmayül siniflərin təhsil proqramı özünəməxsusluğu ilə fərqlənməlidir. Bu mərhələdə həmin təmayülə uyğun olan fənlərin tədrisi üstünlük kəsb etməlidir. Bununla yanaşı, təmayül siniflərinin təşkili şagirdlərin qabiliyyətləri müstəvisində həyata keçirilməlidir. Amma bu təcrübə məktəblərimizdə hələ özünün tam təkmil formasını tapmamışdır. Şagirdlər təmayül siniflərinə bölüşdürülərkən daha çox şagirdlərin və ya valideynlərin istəklərinə üstünlük verilir.  Təmayül siniflərdə bilik və bacarıqların konkret bir sahəyə uyğun olması şagirdlərin ali təhsil səviyyəsinə hazırlığının əsasını təşkil edir. Buna görə də inkişaf etmiş ölkələrdə ali məktəbə qəbul prosesində şagirdin məktəb qiymətləri əsas götürülür. Lakin bununjla bərabər qabiliyyət imtahanları keçirilir və abituriyentin məktəbdənkənar fəaliyyəti (olimpiadalarda, müsabiqələrdə və s. iştirakı) ilə bağlı nəticələrinə üstünlük verilir. Xaricən sadə görünən bu proses tam orta təhsil mərhələsinin təkmil təşkil edilməsinin nəticəsində mümkündür. Məktəblərimizdə bu istiqamətdə həyata keçirilən yeniliklər hələ özünün təkmil formasını almadığı üçün ali məktəblərə qəbul prosesində biz bu sadə formadan istifadə edə bilmirik. Buna görə də qəbul imtahanlarının DİM tərəfindən keçirilməsi daha məqsədəuyğundur. Lakin abituriyentlərin bilik və bacarıqlarının yoxlanılması ilə bərabər xüsusi testlər vasitəsi ilə qabiliyyətlərini müəyyən etmək və onları bu qabiliyyətlərinə uyğun ixtisas seçməsinə nail olmaq məqsədəuyğun olardı. Hər bir insanın inkişafında qabiliyyətlərin rolu haqqında danışmaq aksiomanı sübut etməyə bərabərdir. Bu gün psixoloqlar təsdiq edirlər ki, qabiliyyətsiz insan yoxdur. Sadəcə olaraq qabiliyyətləri üzə çıxarılmayan insanlar vardır. Hesab edirəm ki, tam orta təhsil səviyyəsində təmayül siniflərin təşkilində şagird qabiliyyətlərinin üzə çıxarılması istiqamətində səmərəli təcrübə əldə edildikdən sonra, orta məktəb qiymətlərinin qəbul prosesində nəzərə alınmasını həyata keçirmək mümkündür".

Sevinc Qarayeva  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri