Zlatan İbrahimoviçi bir daha bu statusda görməyəcəyik
sport24.az saytına istinadən Icma.az xəbər verir.
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç DÇ-2026-nın finalından sonra canlı yayımda bir daha ekspert kimi çalışmayacağını açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Veteran futbolçu bu yay Rebekka Löv, Tyerri Anri və Aleksis Lalasla birlikdə "Fox Sports"-da ekspert kimi çalışmaqla yadda qaldı.
"Son bir ay yarımdır ki, çox danışıram, ona görə də bu, son sözlərim bunlar olacaq. Amerikaya, görə bilmədiyiniz bütün insanlara təşəkkür etmək istəyirəm. Tyerri kimi bütün adları xatırlamıram. Ümid edirəm ki, mənim qədər xoşunuza gəldi, Amerika. Və bu, həm də studiya ilə vidalaşmamdır. Bu, mənim ekspert kimi ilk və sonuncu efirim idi. Hamınız özünüzə yaxşı baxın", - deyə 44 yaşlı isveçli bildirib.
DÇ-2026-dan əvvəl İbrahimoviç heç vaxt televiziya eksperti kimi çalışmamışdı. Ancaq mundial vaxı təhlilləri və səsləndirdiyi fikirlərlə izləyicilərin qəlbini fəth etməyi bacarıb.
Qeyd edək ki, İbrahimoviç futbolçu karyerası ərzində "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", "PSJ", "Mançester Yunayted" və "LA Galaxy" kimi klublarda oynayıb. O, İsveç milli komandasında 122 oyunda 62 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 İyul 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















