Icma.az
close
up
RU
Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak etmişdir. Gənclik — gələcəyə ümid, özünə əminlik, tükənməz enerji, iradə və əzmin təcəssümüdür. Dahi şəxsiyyətlər də gəncliyi uşaqlıq və yetkinlik arasında həyat dövrü, gözəllik, güc-qüvvət anlayışı kimi izah etmişlər. Onların sözlərinə görə öz bilik və bacarığı ilə fərqlənən, hər hansı bir peşəyə yiyələnmiş, düzgün tərbiyə olunmuş zəkalı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır”.

Ümumilli lider Heydər Əliyevin gənclər siyasətinin əsas məqsədi yeni nəslin sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Azərbaycanda gənclər gününün xüsusi olaraq qeyd olunması da məhz onun adı ilə bağlıdır. Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir.

Müstəqil Respublikamızın gənclər siyasətinə nəzər salsaq tam əminliklə və qətiyyətlə deyə bilərik ki, Azərbaycan gəncliyi bu gün də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən ardıcıl imzaladığı fərmanlarla, verdiyi tapşırıqlarla kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu siyasətini inamla dəstəkləyirlər.Bunun bariz nümunəsidir ki, Vətən müharibəsində vətənpərvər Azərbaycan gəncləri Ali Baş Komandanın ətrafında sıx birləşmiş, onun əmri ilə işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etmiş, dəmir yumruğun gücünü mənfur düşmənə göstərmiş oldular. Bəli! Vətən müharibəsi iştirakçılarının əksəriyyəti məhz gənclər idi. Müharibə başlayarkən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə könüllü olaraq müraciət edir, bu müraciətlər gənclərdə vətənpərvərlik ruhunun göstəricisi sayılırdı. Polad iradəli gənclərin bu niyyəti Azərbaycan ordusunun döyüşə sevgisini – döyüş əzmini, qələbə ruhunu coşduraraq, zəfərə olan inamı daha da artırdı. Qalib Azərbaycan Ordusunun gəncləri həm döyüş meydanında, həm də digər bütün sahələrdə ölkə prezidentinin yanında olduğunu sübuta yetirmiş oldu.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri