Icma.az
close
up
RU
Türklərdən “e”, ruslardan “a” alıb, “ə”ni güdaza verdik...

Türklərdən “e”, ruslardan “a” alıb, “ə”ni güdaza verdik...

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ə” hərfi Azərbaycan əlifbasının digər hərfləri kimi çox gərəkli səslərdən biridir. Onsuz yazılı ədəbiyyat və danışıq dilimizin varlığı mümkün deyil. İşlətmədiyimiz halda əlifbanın tamlığı itər və biz səhvə yol vermiş olarıq. Və anlaşılmaz bir yazı və danışıq forması meydana çıxmış olar. Lakin təəssüflər olsun ki, müasir dövrdə artıq “ə” hərfini çox sayda insan yazıda istifadə edir. Və fikrimizin əksinə olaraq bir-birilərini də çox yaxşı “anlayırlar”.

Müasir gənclərimizin əksər hissəsi artıq “ə” hərfindən vaz keçib onu “e” ilə əvəz edib. Xüsusilə sosial şəbəkə yazışmalarında gənclər “ə” səsindən istifadə etmir. Məsələn, “necesen” (necəsən), “gel”(gəl), “birlikde” (birlikdə), “ela” (əla), “ele” (elə), “ders”(dərs), “gedek”(gedək) və onlarla “ə” ilə yazılmalı olan söz.

Necə oldu axı biz “ə” səsindən vaz keçdik? Nə üçün? Bizi buna kim vadar etdi? Əslində istənilən məsələdə kimsə insanı nəyə isə vadar edə bilməz. Bu, bizim öz məsuliyyətsizliyimiz, ana dilinə, əlifbamıza olan etinasız münasibətimizdəndir. 70 il sovet dövründə ana dilimizə yüzlərlə rus dilində sözlər əlavə etməmişdikmi? O qədər alışmışıq ki, buna, elə indinin özündə də şifahi nitqimizdə istər-istəməz o sözlərdən istifadə edirik.

Müstəqillik illərində isə Türkiyə ilə gedib-gəlişimiz, onlarla telekanallara tamaşa etməyimiz nəticəsində “ə”miz onların “e”si ilə əvəz olundu. Görəsən bizim ana dilinin, əlifbanın günahı nədir ki, hər dövrdə ona bir zərbə endiririk...

Hazırda “ə” tək “e” ilə deyil, həm də “a” hərfi ilə imtahana çəkilir. “A” hərfini isə rus dilindən mənimsəmişik. Bu gün gənc ata-analar, orta yaş qrupunda olan nənə-babalar artıq “ə” hərfini gözdən çıxarıb bir kənara atıb və onun yerinə “a” hərfini qoyublar. Məsələn, uşaqlara verdiyimiz Əli, Əhməd, Əsəd, Əminə, Əntiqə, Əzizə, Nərmin, Nəzrin, Həsən, Səriyyə, Gülnarə, Elnarə, Samirə, Tahirə, Yeganə, Nəsibə və onlarla belə adların tərkibindəki “ə” “a” ilə əvəz olunur. Düşünürəm ki, bu insanların əlindən gəlsə, elə uşaqların şəxsiyyət vəsiqəsinə də adlarını öz ifadə etdikləri kimi yazdırarlar. Lakin qanunvericilik buna icazə vermir.

Beləliklə, “ə” “e” və “a” səsləri ilə əvəz edildikcə, ana dilinə vurduğumuz zərbələrin əsla fərqinə varmadan həyata davam edirik. Lakin nədənsə bunu düşünən çox az sayda insan var ki, biz beləliklə haraya gedirik? Ana dilini qorumaq həm müasirlik, həm inkişaf, həm bu gün, həm də sabahdır. Bəs buna əməl edirikmi?

Biz öz dilimizi bəyənməyib ona əlavələr etdikcə, bu dilin gələcəyini məhv etdiyimizi nə üçün dərk etmirik? Ali məktəblərdə təhsil alıb müəlim, həkim, mühəndis və digər sahələrin mütəxəssisi olacaq gənclər sabah çalışdıqları iş yerində rəsmi yazışmalarda “ə” hərfindən necə istifadə edəcəklər? Axı onlar artıq illərdir ki, “ə”ni “e” kimi yazmağa alışıblar. Olmazdı ki, əlifbamıza riayət edərdik? Axı bunun qarşısı vaxtında alınsaydı, bu həddə gəlib çıxmazdı. Eləcə də “ə”lərin yerini alan “a”lar. Nə üçün biz Azərbaycanda yaşaya-yaşaya övladımızı Əli yox Ali, Samirə yox, Samira çağırmalıyıq? Nəyi bəyənmirik, nəyi özümüzə yaraşdırmırıq? “Ə” hərfinimi? Yoxsa onun yoxluğu bizi aristokrat edir, xəbərimiz yoxdur...

Öz dilinə, əlifbasına hörmət etməyən, məsuliyyətlə, qayğı ilə yanaşmayan insanın aristokratlığından nə çıxar? Bunu düşünməyə dəyər...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri