Icma.az
close
up
RU
Yeni nizamın həmmüəllifi barışdırıcı missiya, iqtisadi platforma, siyasi sabitləşdirici...

Yeni nizamın həmmüəllifi barışdırıcı missiya, iqtisadi platforma, siyasi sabitləşdirici...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qlobal Cənubun inkişafında yeni mərhələ formalaşdırır

Bakı dördcəhətli dünya qütblərini biri-birinə qovuşdurur...

XXI əsrin geosiyasi mənzərəsində ciddi dəyişikliklər müşahidə olunur: Qərb mərkəzli dünya nizamı tənqidlərə məruz qalır, qlobal ədalətsizliklər daha kəskin görünür və inkişaf etməkdə olan ölkələr - yəni Qlobal Cənub beynəlxalq münasibətlərin passiv obyektindən fəal aktoruna çevrilməkdədir. Bu transformasiya təkcə iqtisadi maraqlarla deyil, həm də siyasi, mədəni və iqlim ədaləti uğrunda mübarizələrlə müşayiət olunur. Qlobal Cənub ölkələri müstəmləkəçiliyin nəticələrinə qarşı çıxaraq daha çox söz haqqı, daha bərabər resurs bölgüsü və ədalətli qlobal idarəetmə tələb edirlər. Məhz belə bir tarixi mərhələdə Azərbaycanın fəallaşan Qlobal Cənub içərisində rolu və mövqeyi xüsusilə diqqət çəkir. Qoşulmama Hərəkatına uğurlu sədrlik, COP29-a ev sahibliyi və beynəlxalq platformalarda ədalətli mövqe nümayiş etdirməsi Azərbaycanın yeni dövrün ədalət və çoxqütblülük çağırışlarına cavab verməyə çalışan bir aktor kimi önəmini artırır.

Qlobal Cənubun inkişafı üçün səfərbərlik paytaxtımızda başlayır ...

Son dövrlərdə siyasi leksikonun ən intensiv terminlərindən birinə çevrilən “Qlobal Cənub” anlayışı coğrafi mövqedən çox, iqtisadi inkişaf səviyyəsi, qlobal güclərlə münasibətlər əsasında müəyyən olunur - burada siyasi sərhədlər şərti anlayış kimi qəbul olunur. Məsələn, konkret olaraq Avrasiya məkanı üçün Qlobal Cənuba daxil edilə biləcək əsas regionları və ölkələri qruplaşdırsaq, burada Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz ölkələri, Cənubi Asiya ölkələri, Cənub-Şərqi Asiya ölkələrini qeyd etmək olar. Təbii olaraq Qlobal Cənubun siyasi-iqtisadi inkişafında ən mühüm rollardan biri Yaxın və Orta Şərqə aid edilir. Düzdür, Rusiya, Çin və Türkiyə Qlobal Cənubun maraqlarını təmsil etsələr də, ayrıca mühüm qlobal güc mərkəzləri sayılırlar - hətta onları “qeyri-Qərb qütbləri” kimi də qeyd etmək olar.

Beləliklə, yeni siyasi-coğrafi aktor kimi önə çıxan Qlobal Cənubun yeni nizamının formalaşması üçün gedən proseslər diqqəti cəlb etməkdədir. Vurğulamaq lazımdır ki, Azərbaycanın Qlobal Cənubun aparıcı aktoru kimi fəallaşması bütün detalları ilə ortadadır. Ölkənin müstəqil xarici siyasəti, neokolonializmlə bağlı mövqeyi, qlobal ədalət çağırışları və regional əməkdaşlıq təşəbbüsləri fonunda  daha aydın görünür. Nəticə etibarı ilə:

- Qlobal Cənub ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq: Azərbaycan, Xüsusilə Afrika İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar vasitəsilə bu əlaqələri daha da dərinləşdirir;

- Kolonializmə qarşı siyasəti dəstəkləməsi: Dövlətimiz neokolonial siyasəti, xüsusilə Fransa kimi keçmiş imperiyaların Afrika və Asiyadakı müdaxilələrini tənqid edir;

- COP29 və iqlim gündəliyi vasitəsilə Qlobal Cənubun səsinin gücləndirilməsində fəal iştirak: Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti Qlobal Cənubun iqlim maliyyəsi, texnoloji dəstək və bərabər iştirak hüququ kimi məsələlərinin qlobal müzakirəyə çıxarılması baxımından unikal fürsət idi;

- Enerji və tranzit sahəsində yeni əməkdaşlıq formatları: Azərbaycan həm də enerji resursları və nəqliyyat-logistika imkanları ilə Qlobal Cənub ölkələri üçün alternativ əməkdaşlıq kanalları yaradır (məsələn, Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars və Orta Dəhliz layihələri).

Bu tezislər Azərbaycanın yeni dövrdə Qlobal Cənub üçün kəsb etdiyi əhəmiyyəti ortaya çıxarır, bu vasitə ilə isə həm də Qlobal Şimalın Qlobal Cənubla əlaqələrinin tənzimlənməsi, güclənməsi, hətta barışdırıcı və sabitləşdirici formatların təşkilatçısı kimi önə çıxmasını təmin edir.

Yeni nizamın aparıcı aktoru...

Bu ilin aprel ayının siyasi gündəliyinə nəzər salsaq, Azərbaycanın açıq şəkildə yeni nizamın formalaşdırdığını, ən əsası isə “qlobal razılaşmaların” səsləndiyi tribuna rolunu üstləndiyini görə bilərik. Simvolik cəhətdən yanaşdıqda Bakını hətta müasir nizamın mərkəzi də adlandırmaq olar. O nöqteyi-nəzərdən ki, Bakı artıq 4 cəhət üzrə həm siyasi, həm də iqtisadi kəsişmələrinin əsas nöqtəsidir. İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətləri üzrə formalaşan münasibətlər sistemi Azərbaycanın iştirakı, hətta bəzi məqamlarda liderliyi ilə həyata keçirilir. Detallara nəzər salaq:

- Avropa İttifaqı yeni dövr üçün Qlobal Cənubla əməkdaşlıq parametrlərini Azərbaycanda müəyyənləşdirir;

- Şərq ilə nəzərdə tutulan genişmiqyaslı iqtisadi təmərküzləşmənin mərkəz nöqtəsi Azərbaycandır (Çin ilə imzalanan hərtərəfli strateji tərəfdaşlıq sənədi bunu təsdiqləyir);

- Mərkəzi Asiya və Türk coğrafiyasında aparıcı rola malikdir - Orta Dəhlizin ən mühüm və strateji stansiyasıdır;

- Yaxın və Orta Şərq Azərbaycan vasitəsilə qlobal bazarda özünə yer etməyə çalışır;

- Hətta ənənəvi kataklizmlərin dayandırılması, həlli yollarının araşdırılması, tapılması Azərbaycanın vasitəçiliyi ilə reallaşır.

Avropanın Şərq ilə münasibətlərində ən mühüm körpü...

Bu spesifikaya ilk olaraq Avropa - Azərbaycan  münasibətləri kontekstində nəzər salaq: Prezident İlham Əliyevin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edərkən səslənən fikirlər və istiqamətlər çox şeydən xəbər verir. Müzakirələr zamanı toxunulan məsələlər baxaq:

- Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edir;

- Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini təsdiqləyir;

- Nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayır.

- Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılır.

Görünən budur ki, Qərb, konkret olaraq Avropa kontingenti Orta Dəhliz və Zəngəzur dəhlizi istiqamətlərində Qlobal Cənub üçün yeni inteqrasiya imkanlarını yüksək sayır və Azərbaycanı bu əlaqələr sisteminin liderlərindən biri kimi qəbul edir. Paralel olaraq Azərbaycanın Qərb üçün alternativ enerji mənbəyi rolunu üstlənməsi hətta Avropa - Azərbaycan münasibətlərinə yeni ton verir. Nəticə isə Azərbaycanın bu proseslərdəki strateji mövqeyini ortaya qoyur.

Qlobal Cənubun təhlükəsizlik qarantı...

Azərbaycanın apardığı siyasi kurs həm coğrafi, həm siyasi baxımdan körpü rolunun əhəmiyyətini ön plana çıxarır. Qlobal Cənubun daha ədalətli dünya quruculuğunda artan təsiri və Azərbaycanın töhfələri olduqca vacib ştrixlərə çevrilib. Xatırlasaq, bu ayın əvvəlində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev ölkəmizin həm də barışdırıcı missiyasından bəhs açmışdı. Konkret misala gəldikdə, dövlət başçısı bildirmişdi ki, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub - proses isə ikinci raunda hazırlaşır. Sitat: “Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir”.

Bəli, Azərbaycan bölgədə sabitliyin formalaşması üçün bütün gücü ilə çalışır - nəzərə alaq ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya 5 günlük səfəri gözlənilir. Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Onun mayın 11-də İsrailə qayıdacağı bildirilir. Türkiyə KİV-i isə Prezident Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri haqda yazıb. Bu informasiyalar özlüyündə Azərbaycanın mühüm bir missiyasını əks etdirir - Bakı yenidən Qlobal Cənubun təhlükəsizlik arxitekturasının formalaşdırılması məsuliyyətini üzərinə götürüb...

Azərbaycanın liderliyi təqdir olunur...

Qlobal Cənubun yeni formatla inkişafı prosesi baxımından İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri də bir sıra mühüm mesajlarla müşayiət olundu:

- Məhdud tərkibdə keçirilən görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olundu. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının (bu formatın da təşəbbüskarı məhz Azərabaycandır) əhəmiyyəti vurğulandı;

- Geniş tərkibdə görüşdə isə İran Prezidenti bildirdi ki, bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq: “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq”.

- Nəhayət, mətbuata bəyanatlar verilən zaman İran Prezidenti bildirdi ki, “bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun”.

Beləliklə, səslənən fikirlər göstərir ki, İran da digər dövlətlər kimi Qlobal Cənubun əməkdaşlıq konsepsiyasını Azərabycanın liderliyi ilə həyata keçirilməsini təsdiqləyir. Rəsmi Tehran ölkəmizin sivilizasiyalararası körpü olması ilə yanaşı, siyasi yaxınlaşmaların da müəllifi olmasını ön planda tutur - yəqin ki, bəzi bölgəsəl problemlərin həlli ilə bağlı Azərbaycanın mühüm proseslər başlatma ehtimalı da önə çıxa bilər. Bu da ümumən regionun təhlükəsizlik immünitetinin güclənməsinə yönəlik tədbirlər ola bilər.

Yeni qlobal tərəfdaşlıq üçün zəmin...

Beləliklə, Azərbaycanın Qlobal Cənubun inkişafına verdiyi töhfələr və bu istiqamətdəki liderlik rolu beynəlxalq miqyasda getdikcə daha çox tanınır və təqdir olunur. Enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə, nəqliyyat-tranzit dəhlizlərinin genişləndirilməsi və ədalətli beynəlxalq münasibətlərin qurulmasında ölkəmizin təşəbbüskarlığı Qlobal Cənub ölkələri üçün mühüm örnəyə çevrilib. Azərbaycan dayanıqlı gələcək naminə səylərini uğurla davam etdirir və bu da müsbət nüans kimi qiymətləndirilir. İnandırıcıdır ki, bu liderlik xətti təkcə regional deyil, həm də qlobal miqyasda yeni tərəfdaşlıq formatlarının yaranmasına yol açacaq və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, prinsipial və ardıcıl siyasət yürüdən dövlət kimi mövqeyi daha da möhkəmlənəcək.

PƏRVİZ SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see141

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see136

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see130

Tottenhem Bavariya nın forvardını birdəfəlik transfer edib

15 İyun 2025 13:50see128

İsrail İran savaşının 2 cü günü

15 İyun 2025 07:58see125

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see124

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see121

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see120

Ölkəsindən çıxa bilmir! İnter in hücumçusu müharibənin ortasında qaldı FOTO

15 İyun 2025 13:45see119

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see119

Fənərbaxça rusiyalı futbolçunu istəyir

15 İyun 2025 22:44see118

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see117

İsrail İrandan raket atışlarını qeydə aldı

15 İyun 2025 17:42see117

Bakıda uşaqlıq həvəsi 35 yaşlı kişinin başına iş açdı

15 İyun 2025 18:27see116

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see116

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see116

Emreli İngiltərə klubundan imtina etdi, bu ölkədə qalmaq istəyir

15 İyun 2025 10:24see115

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see114

Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür Efkan Ala

15 İyun 2025 12:13see114

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri