Icma.az
close
up
RU
Bakı Mərkəzi Asiya tərəfdaşlığı: Genişlənən siyasi və iqtisadi platforma

Bakı Mərkəzi Asiya tərəfdaşlığı: Genişlənən siyasi və iqtisadi platforma

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illər yeni strateji mərhələyə qədəm qoyub.

Regional təhlükəsizlik, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi bu əlaqələrin əhatə dairəsini daha da genişləndirib.

Prezident İlham Əliyevin Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı isə Azərbaycanın regiondakı rolunun artdığını və tərəfdaşlıq modelinin möhkəmləndiyini göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Fatma Yıldırımın sözlərinə görə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan əməkdaşlıq xətti artıq regionun siyasi və iqtisadi arxitekturasında əsas dayaqlardan birinə çevrilir:

"Tarixi bağlar, mədəni yaxınlıq və Xəzərin yaratdığı təbii əlaqə məkanı bu dövlətləri uzunmüddətli strateji tərəfdaşlığa doğru aparır. Bu gün Xəzər hövzəsi ölkələri yalnız coğrafi yaxınlıqla deyil, həm də ortaq inkişaf maraqları ilə birləşdirən vahid platforma kimi çıxış edir".

Parlament üzvü bildirib ki, Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə münasibətlərinin əsas xarakteri qarşılıqlı güvən, ardıcıl siyasi dialoq və praktiki nəticələrə əsaslanan iqtisadi əməkdaşlıqdır. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasındakı tərəfdaşlıq regional inteqrasiyanın nümunələrindən biri kimi diqqət çəkir. Son illərdə qarşılıqlı əlaqələrin intensivləşməsi, imzalanan sənədlərin sayı və reallaşdırılan layihələr bu münasibətlərin strateji dəyərini xeyli artırıb.

Fatma Yıldırım:  Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin regional güc kimi birgə fəaliyyəti daha sistemlidir

"Ticarət və iqtisadi əlaqələr də sürətlə genişlənir. Orta Dəhliz üzrə birgə fəaliyyət, logistika və nəqliyyat infrastrukturlarının uyğunlaşdırılması, investisiya əməkdaşlığının artması Azərbaycan–Mərkəzi Asiya xəttinin real iqtisadi səmərə yaratdığını göstərir. Məlumatlar göstərir ki, ticarət dövriyyəsinin ciddi artım tempi qarşılıqlı marağın dərinliyini əks etdirir".

Deputat onu da diqqətə çatdırıb ki, humanitar və mədəni sahələrdə də sıx əlaqələr mövcuddur. Şəhərlərarası əməkdaşlıq, müxtəlif ölkələrdə təşkil edilən mədəni tədbirlər və birgə layihələr xalqlar arasında yaxınlığın möhkəmlənməsinə xidmət edir və uzunmüddətli tərəfdaşlığa əlavə dayaq yaradır:

"Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin regional güc kimi birgə fəaliyyətini daha sistemli edir. Enerji, nəqliyyat, təhlükəsizlik və rəqəmsal transformasiya kimi sahələrdə əlaqələrin genişləndirilməsi Türk dünyasında inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir".

Fatma Yıldırımin sözlərinə görə, bütün bu proseslər onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq artıq klassik ikitərəfli münasibətlərdən kənara çıxaraq, bütövlükdə regionun sabitliyi, inkişafı və qarşılıqlı inteqrasiyası üçün strateji modelə çevrilib. Bu tərəfdaşlıq gələcək illərdə həm siyasi, həm də iqtisadi baxımdan regionun əsas inkişaf dayaqlarından biri olacaq.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Noyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri