Icma.az
close
up
RU
Yeni Papanın dünyaya 5 şifrəli mesajı: Məsihin mirası belə təqdim edildi FOTO

Yeni Papanın dünyaya 5 şifrəli mesajı: Məsihin mirası belə təqdim edildi FOTO

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Roma Papası XIV Leo yeni gerbini və şüarını açıqlayıb.

Vatikanın bəyanatına görə, bu gerb Papanın Avqustin köklərini və pontifikat dövründə təşviq etmək istədiyi dəyərləri, xüsusilə kilsə daxilində birliyi və ünsiyyəti aydın şəkildə əks etdirir. XIV Leo, eyni zamanda, Avqustin ənənəsini əks etdirən şüar da seçib: “O bir olanda biz də birik”.

İlk amerikalı Papanın gerbinin görüntüsü və orada yer alan simvollar maraq doğurub.

Globalinfo.az Roma Papası XIV Leonun gerbi ilə bağlı maraqlı məlumatları təqdim edir:

Papa XIV Leonun seçilməsi qədər onun rəsmi gerbi də diqqət çəkir. Bir çoxları bu gerbi sadəcə rəsmi bir simvol olaraq görmür, həm kilsə daxilindəki ənənələri, həm də müasir dövrdə katolikliyin yol xəritəsini əks etdirən dərin bir ideoloji və ruhani bəyanat kimi xarakterizə edir.

Çarpaz açar – (qızıl və gümüş) – İlk diqqət çəkən detal “çarpaz açar”lardır. Biri qızıl, digəri gümüş olan iki açar yer və göy səltənətini təmsil edir. Bu detal həmçinin İsa Məsihin ən yaxın həvarilərindən biri və ilk papa Müqəddəs Pyoturun (lat. Sanctus Petrus, yəhudi adıyla Şimon bar-Yona, yunanlarda Petros) mirası hesab olunur.

Matta İncili, 16:19-da İsa Pyotura deyir: “Mən sənə göy səltənətinin açarlarını verəcəyəm; yer üzündə nə bağlasan, göydə də bağlı olacaq; yer üzündə nə açsan, göydə də açılmış olacaq”.

Papa tiarəsi –  Papa tiarəsi (lat. tiara papalis) Katolik Kilsəsinin məşhur simvollarındandır. Tiara Papanın gücünün əlamətidir. Katolik ənənəsinə görə, Papa tiarəsi yalnız fiziki başlıq deyil, həm də Papa hakimiyyətinin dini, mənəvi və sosial sahələrdəki üç əsas funksiyasını vəzifəsini simvollaşdırır. Bu üç sfera “ata”, “müəllim” və “kahin” olaraq müəyyən edilir.

“Ata” funksiyası Papanın kilsənin ruhani rəhbəri olaraq, xristian aləminə rəhbərliyini simvolizə edir. “Müəllim” rolu Papanın kilsə təlimini yaymaq və düzgün dini təhsil vermək səlahiyyətini göstərir. “Kahin” funksiyası isə Papanın dini mərasimləri idarə etmə və xalqla tanrı arasında vasitəçilik səlahiyyətini ifadə edir.

Qalkan (lat. shield) – simvolik elementdir və çox zaman bir dövlətin, təşkilatın və ya fərdin kimliyini, dəyərlərini təmsil etmək üçün istifadə olunur. Katolik Kilsəsində və xüsusi olaraq Papa gerbində qalkan yalnız müdafiə və təhlükəsizliyi simvolizə etməklə yanaşı, həm də ruhi və mənəvi dəyərlərin vizual ifadəsi olaraq mühüm rol oynayır. İki hissəli dizaynda olması da məhz buna işarədir.

Ağ zanbaq mavi fonda – Gerbin yuxarı hissəsindəki ağ zanbaq Müqəddəs Məryəmin simvoludur. Bakirəlik, paklıq və göylə əlaqənin göstəricisidir. Mavi fon Məryəmin səmavi varlıq kimi anlaşılmasının rəmzidir.

Kitab, Ürək və Ox – Gerbin aşağı hissəsindəki kitab üzərində yerləşən qırmızı ürək və onu deşən ox Avqustin təliminə əsaslanır. Bu simvolik üçlük Müqəddəs Avqustinin məşhur ifadəsini xatırladır: “Sözünlə ürəyimi deşdin, ya Rəbb”.

“In illo uno unum” (O bir olanda biz də birik) şüarı – Bu ifadə Avqustinin Zəbur 127-yə şərhindən götürülüb. Şüar dərin teoloji və fəlsəfi qatlara malikdir: burada “O”  deyərkən açıq şəkildə İsa Məsih nəzərdə tutulur. “Birik” isə kilsənin və bəşəriyyətin ruhani vəhdətidir.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see239

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see182

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see160

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see123

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see118

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri