Yeni Partiya növbəti seçkidə iqtidar olacaq Özgür Özel
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə müxalifətinin lideri Özgür Özel növbəti dəfə iddialı açıqlamalar verib. Manisa şəhərində partiyasının sıravi üzvləri ilə görüşən Özel Türkiyənin iqtidar dəyişikliyindən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, siyasətçi bir müddət əvvəl təsis olunmuş Yeni Partiyanın 723 min üzvünün olduğunu açıqlayıb. O, bu günə kimi 80 böyük şəhərdə və 870 rayonda yerli təşkilatların formalaşdığını vurğulayıb.
Özgür Özel sədri olduğu Yeni Partiyanı "Türkiyənin xilaskarı" adlandırıb. O, tərəfdarları qarşısında çıxışında növbəti seçkidə iqtidar olacaqlarını iddia edib: "Yeni Partiya xalqın bağrından qopub. Xalq növbəti seçkidə bu partiyanı iqtidar edəcək. Sizə söz verirəm, bunun üçün əlimdən gələni əsirgəməyəcəm. Əgər növbəti seçkilərdə hakimiyyətə gəlməsək, sədr postundan istefa verəcəyəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 28 Sentyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















