Yeni qanun özəl bağçalarda qiymət artımına səbəb olacaq?
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Yeni qəbul olunmuş qanunun özəl məktəbəqədər təhsil müəssisələrində qiymət artımına səbəb olub-olmayacağını bazar müəyyən edəcək.
Axar.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, özəl müəssisələr xidmət haqqını artırdıqca müsabiqədə qalib olmaq və daha çox uşağı cəlb etmək imkanları azalır.
"Özəl müəssisələr bunu yaxşı bilirlər. Hesab edirəm ki, bu baxımdan ciddi qiymət artımı baş verməyəcək", – deyə Vəfa Yaqublu vurğulayıb.
Direktor müavini qeyd edib ki, qəbul edilən qanun bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrində növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına şərait yaradacaq.
Onun sözlərinə görə, digər tərəfdən bu mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək.
"Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Tam gücü ilə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə yeni tərbiyəçi-müəllimlərə və dayələrə ehtiyac yaranacaq ki, bu da onların məşğulluğunun təmin olunmasına töhfə verəcək", - deyə Vəfa Yaqublu əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















