Icma.az
close
up
RU
Yeni reallıq və yeni SƏHİFƏ

Yeni reallıq və yeni SƏHİFƏ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

XX əsrin ən qanlı və ən faciəli münaqişəsi Ermənistanın Azərbaycana hücümü, onların törətdikləri Xocalı faciəsi, minlərlə soydaşlarımızın şəhid və itkin düşməsi, torpaqlarımızın 30 ildən çox müddət ərzində işğal altında qalması və orda hər şeyi məhv edilməsi idi.

2020-ci il Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu işğalçıları qovdu və bu münaqişəyə meydanda son qoydu. 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə isə ərazimizdə separatçılığa son qoyuldu.

Beləliklə, döyüş meydanında hər şey öz həllini tapdı, Ermənistan təslim oldu, bütün iddialarından əl çəkdiyini bəyan etdi.

Azərbaycan Prezidenti böyük türk adət-ənənələrinə uyğun olaraq Zəfər əldə edən kimi dərhal Ermənistana sülh təklif etdi və bunu üçün 5 prinsip hazırlandı. Və beləliklə də keçən 5 il ərzində bu prinsiplər üzərində Azərbaycanın bu dəfə təkcə Ermənistan ilə deyil, eyni zamanda onun havadarları ilə də diplomatik müharibəsi başladı. Bu müharibəni Azərbaycan Prezidenti öz iti ağlı, cəsarəti, təcrübə və biliyi ilə çox məharətlə apardı və sonda yenə möhtəşəm zəfər qazandı.

Və bu prinsipləri Ermənistan tam qəbul etdi. Bu gün Vaşhinqtonda Azərbaycan və Ermənistan arasında imzalan bəyannamə və ABŞ prezidentin Trampın bəyanatları tamamilə Azərbaycanın sülh və inkişaf gündəliyinə uyğun idi. Ermənistanın Azərbaycanın bütün şərtlərini qəbul etməsi, ATƏT-in Minsk qrupunun buraxılması, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının qəbul edilməsi, Zəngəzur dəhlisinin açılması, dünyanın super gücü olan ABŞ-ın regionda Prezident İlham Əliyevin yaratdığı reallığı qəbul etməsi tarixi anlar oldu.

Bu hadisə həm də Azərbaycanın bütün düşmənlərinin məğlubiyyəti oldu. Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlığın yaradılması, enerji, ticarət və süni intellekt ilə bağlı əlaqələrin dərinləşməsi, 907-ci düzəlişin ləğv edilməsi, müdafiə sahəsində əməkdaşlığa başlanılması ilə bağlı razılaşmalar Azərbaycanı istəməyən qüvvələrin ən pis yuxusu idi. Və o reallaşdı.

Beləliklə, regionumuz üçün yeni bir səhifə açılır. Bu səhifəni açan və onu yazan prezident İlham Əliyevdir. Bu səhifədə inkişaf, sülh, firavanlıq istəyən hər kəsin inkişaf tarixi yazılacaqdır.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri