Icma.az
close
up
RU
Yeni rəhbər planları açıqladı: Hədəf Premyer Liqa deyil

Yeni rəhbər planları açıqladı: Hədəf Premyer Liqa deyil

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

“Mingəçevir” klubunun İdarə Heyətinin sədri və ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov jurnalistlərə müsahibə verib.

Publika.az xəbər verir ki, o, tərəfdaşlıq müqaviləsi imzaladıqları Azərbaycanın Birinci Liqa təmsilçisi ilə bağlı planları açıqlayıb.

– Seçimi “Mingəçevir” klubunun üzərindən etməyinizin xüsusi səbəbləri varmı?
– Bildiyiniz kimi, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, həmçinin inzibati bölgələrdə idmanın müxtəlif növlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına böyük əhəmiyyət verir. Mingəçevir də futbol ənənələri olan şəhərlərimizdən biridir. Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Şəhərdəki insanların futbola münasibətini və futbol ənənələrini nəzərə alaraq seçimimizi “Mingəçevir” üzərindən etdik.

– Başqa variantlar da olub, yoxsa ilk gündən ancaq “Mingəçevir” variantının üzərində dayanmısınız?
– Əlbəttə, başqa variantlar da var idi. Amma Futbolun İnkişaf Fondu ilə müvafiq məsləhətləşmələrdən sonra seçimimiz məhz I Liqada çıxış edən “Mingəçevir” klubu oldu. Əsas məqsədimiz komandanın mövcud potensialını daha da gücləndirmək, qısa zaman kəsiyində hələlik daxili çempionatda rəqabət qabiliyyətli futbol oynayan, müasir tələblərə cavab verən bir komanda formalaşdırmaqdır.

– İnfrastrukturla bağlı hansı dəyişikliklər planlaşdırılıb?
– Bəli, infrastrukturla bağlı dəyişikliklər planlaşdırılıb. Mütləq qaydada köklü dəyişikliklər həyata keçirilməli, komandanın maddi-texniki bazası gücləndirilməlidir. Çünki müasir futbol bunu tələb edir. Hazırda sənədləşdirmə və layihələndirmə mərhələsindəyik. Maddi bazası güclü olmayan klub inkişaf edə bilməz. Bu baxımdan ilkin olaraq zəruri infrastruktur dəyişiklikləri aparılmalı və klubun mövcud bazası təkmilləşdirilməlidir. Qeyd olunan istiqamətdə lazımi addımlar atılır və yaxın zamanlarda idman ictimaiyyəti bunun nəticəsi ilə tanış olacaq.

– “Mingəçevir” klubunun qısa və uzunmüddətli hədəfləri nə olacaq?
– Qeyd etdiyim kimi, klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, I Liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddir. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, Azərbaycan Premyer Liqasında çıxış etmək bizim üçün ən böyük uğur olardı.

– “Mingəçevir” Azərbaycan I Liqasında hazırda sonuncu sıradadır. Uğursuzluqdan qurtulmaq üçün hansı addımları atacaqsınız?
– Bəli, komanda hazırda I Liqada sonuncu sıradadır. Amma oradan qurtulmağımız üçün xal fərqi böyük deyil. Önümüzdəki oyunların sayını, yəni mövsümün başa çatmasına 16 tur qaldığını nəzərə alsaq, I Liqada yerimizi qalacağımıza inamımız böyükdür. Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq. Yenilənmiş texniki heyətimiz var, yeni oyunçuların cəlb olunması prosesinə başlanılıb. Komandada əhval-ruhiyyə çox yüksəkdir. Önümüzdəki oyunlarda çox fərqli “Mingəçevir” görəcəksiniz.

– Bu il olmasa da, növbəti mövsüm maksimum hədəf Premyer Liqaya vəsiqə qazanmaq olacaq?
– Növbəti mövsümdə hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq deyil. Amma “Mingəçevir”in növbəti mövsümdə çox iddialı olacağını deyə bilərəm.

– Mətbuatda baş məşqçi postuna “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədovun təyin ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?
– Bəli, doğru məlumatdır, baş məşqçimiz Füzuli Məmmədovdur. Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Füzuli müəllimə inamımız böyükdür. Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq. İnşallah, uzun müddət bizimlə bir yerdə olar.

– Gələcəkdə komandanın daha tanınmış yerli və ya əcnəbi mütəxəssisə tapşırılması nəzərdə tutulubmu?
– Əvvəlcə qeyd etməliyəm ki, Füzuli müəllim kifayət qədər tanınmış mütəxəssisdir. Əcnəbi mütəxəssisə gəlincə, sualınıza indiki halda belə cavab verə bilərəm ki, komandanın texniki heyətində nə zamansa əcnəbi məşqçilərin olması mümkündür. Amma həmin əcnəbi məşqçi Füzuli Məmmədovun və ya hər hansı başqa azərbaycanlı məşqçinin köməkçisi qismində texniki heyətdə yer ala bilər.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://publika.az
archiveBu xəbər 15 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri