Icma.az
close
up
RU
Yeni rektor Hamlet İsaxanlının qızıdır? Özü açıqladı KONKRET

Yeni rektor Hamlet İsaxanlının qızıdır? Özü açıqladı KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunmuşdu. Birinci rektor Nyu-York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq”.

KONKRET.az bildirir ki, bu sözləri teleqraf-a açıqlamasında Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı rektor təyinatı ilə bağlı danışarkən deyib.

O, yeni rektorun bütün fəaliyyətinin universitetlə bağlı olduğunu vurğulayıb.

“2010-cu ilə qədər universitetdə qurucu rektor kimi fəaliyyət göstərmişəm. Elə həmin ildən qərara gəldim ki, daha çox strateji məsələlərlə məşğul olum və rektor vəzifəsinə yeni şəxslər təyin edilsin. Bu məqsədlə həm özümüz namizədlər axtarır, həm də təkliflərə açıq oluruq. Proses adətən uzun çəkir, çünki hər bir namizədlə görüşlər keçirir, fikirləri dəyərləndiririk. Xaricdən və ölkə daxilindən namizədlərimiz olur.

Nizamnaməyə əsasən, rektor Direktorlar və Qəyyumlar Şurası tərəfindən təsdiqlənir. Bu dəfə Raziyə xanımın üzərində dayandıq.

Onun bütün fəaliyyəti Xəzər Universiteti ilə bağlı olub. Bakalavr, magistr təhsilini fərqlənmə ilə bitirib. Universitetdə müəllim kimi çalışıb. Dəfələrdə xarici ölkələrdə təcrübə keçib. Təhsilini xaricdə davam etdirməsi üçün biz onu Finlandiyaya göndərmişdik. Orada doktorluq dərəcəsini uğurla müdafiə etdi. Qayıtdıqdan sonra Raziyə xanım fakültə dekanı seçildi. Son dərəcə fəal və təşəbbüskar bir insandır, ingilis dilini əla bilir”, – universitetin təsisçisi qeyd edib.

Hamlet İsaxanlı yeni rektorun onun qızı olması barədə yayılan fikirlərə də münasibət bildirib:

“O, mənim qızım deyil, lakin qohumumdur və bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Raziyə xanım əmim oğlunun qızıdır, qeyri-adi dərəcədə qabiliyyətli insandır. İndiyədək bu vəzifədə olanların heç biri mənim qohumum və ya tanışım olmayıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri