Icma.az
close
up
RU
Yeni SABAH proqramına özəl universitetlər də qoşulacaq

Yeni SABAH proqramına özəl universitetlər də qoşulacaq

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, artıq sözügedən proqramdan bütün ali təhsil müəssisələri, o cümlədən özəl ali təhsil müəssisələrinin xüsusi istedada malik tələbələri faydalanacaqlar.

"Unikal" xəbər verir ki, yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur. Bu siyahıya artıq neçə illərdir SABAH çərçivəsində kadr hazırlığı aparan ənənəvi universitetlərlə yanaşı, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin və özəl ali təhsil müəssisələrinin də qoşulması gözlənilir.

Digər yenilik isə SABAH proqramının tətbiq edildiyi ixtisas sayının artırılmasıdır. Bildiririk ki, ali təhsil pilləsinin həm bakalavriat, həm də magistratura səviyyələrinin bütün istiqamətləri üzrə bu proqramların açılması və xüsusi istedadlı tələbələrin 2-ci tədris ili ilə yanaşı, 1-ci tədris ilindən də proqramda iştirakının mümkünlüyünün təmin edilməsi nəzərdə tutulub. 

Əlavə olaraq qeyd edək ki, proqram çərçivəsində ixtisasların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulsa da xüsusilə müasir əmək bazarının tələblərinə və dünyada baş verən yeniliklərə uyğun təbiət, texnoloji və mühəndislik istiqamətlərində ölkəmiz üçün prioritet ixtisaslara say baxımından üstünlük veriləcək. 

Növbəti mərhələdə proqrama doktorantların da qoşulması nəzərdə tutulur. Doktorantlar üçün tədrisəsaslı, yeni məzmunlu təhsil proqramlarının tətbiqi planlaşdırılır. 

Qeyd edildiyi kimi, proqram ali təhsil müəssisələri və təhsilverənlər üçün də cəlbedici olacaq. Belə ki, proqrama qoşulan ali təhsil müəssisələrinin təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni laboratoriya və avadanlıqların alınması, tədris-metodiki və elmi bazanın gücləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Proqramda iştirak edən akademik heyət fərdi və peşəkar inkişaf məqsədi ilə müxtəlif təlimlərdən, birgə elmi tədqiqatlardan və beynəlxalq mübadilə proqramlarından yararlana biləcək.

Proqramın icrasına əmək bazarının nümayəndələrinin də cəlb edilməsi nəzərdə tutulub. Belə ki, işəgötürənlərin təşəbbüsü ilə tələbələr müxtəlif təlimlərdə, təcrübə proqramlarında iştirak edə biləcəklər ki, bu da məzunların birbaşa işə cəlb edilməsinə imkan yaradacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 İyul 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri