Icma.az
close
up
RU
Yeni tədqiqat: Çay və şokolad qan təzyiqinin azaldılmasına yardımçı ola bilər

Yeni tədqiqat: Çay və şokolad qan təzyiqinin azaldılmasına yardımçı ola bilər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Surrey Universitetinin tədqiqatçılarının rəhbərliyi ilə aparılan və “European Journal of Preventive Cardiology” jurnalında dərc olunan yeni sistematik təhlil təbii bitki birləşmələri olan flavan-3-olların qan təzyiqinə və damar sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya qoyub. Bu birləşmələr xüsusilə kakao, çay, alma və üzümdə mövcuddur.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat 145 randomizə edilmiş nəzarətli klinik araşdırmanın nəticələrini bir araya gətirərək təhlil edib və müəyyən olunub ki, flavan-3-olların müntəzəm istehlakı, xüsusilə yüksək və ya yüksəlmiş qan təzyiqi olan şəxslərdə qan təzyiqinin nəzərəçarpacaq dərəcədə azalması ilə əlaqələndirilir. Bəzi hallarda bu azalma səviyyəsi bəzi antihipertenziv dərmanlarla müqayisə edilə biləcək dərəcədə olub. Bununla yanaşı, flavan-3-olların ürək-damar sisteminin vacib bir komponenti olan endotel funksiyasını yaxşılaşdırdığı da aşkarlanıb. Bu effekt qan təzyiqindəki dəyişikliklərdən asılı olmayaraq müşahidə edilib ki, bu da flavan-3-olların qan dövranı sisteminə daha geniş müsbət təsir göstərə biləcəyini göstərir.

Tədqiqatın baş müəllifi, Surrey Universitetinin Ürək-damar Tibbi professoru Kristian Heiss bu nəticələrin əhəmiyyətini belə izah edib: “Tapıntılar qan təzyiqinin idarə olunmasında və ürək sağlamlığının qorunmasında xoş pəhriz dəyişikliklərinin potensialını göstərir. Məsələn, az miqdarda, lakin tez-tez çay, alma, tünd şokolad və ya kakao tozu kimi flavan-3-ollarla zəngin qidaların gündəlik balanslaşdırılmış qidalanma rejiminə daxil edilməsi bu birləşmələrin faydalı səviyyədə qəbulunu təmin edə bilər.

Professor K.Heiss, həmçinin qeyd edib ki, flavan-3-ol ilə zəngin qidaların qəbulu dərman müalicəsini və ya tibbi məsləhətləri əvəz etməsə də xüsusilə hipertoniya riski olan fərdlər üçün sağlam həyat tərzinə dəyərli bir əlavə ola bilər. Bununla belə, bu tapıntıların davamlı elmi araşdırmalarla dəstəklənməsinə ehtiyac olduğu da vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 05:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see389

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see151

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri