Icma.az
close
up
RU
Yeni tədris ili: 3500 dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Yeni tədris ili: 3500 dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2026/2027-ci tədris ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxışında universitet illərinin tələbələrin həyatında mühüm mərhələ olduğunu vurğulayıb, təhsil müddətində bilik və bacarıqlarını inkişaf etdirməyin, universitetin yaratdığı imkanlardan səmərəli yararlanmağın vacibliyini qeyd edib.

Professor bildirib ki, yeni tədris ili üçün AzMİU-da 28 ixtisas üzrə 2565 plan yeri nəzərdə tutulub. Universitetə 2518 abituriyent qəbul olunub və plan yerləri 98,2 faiz yerinə yetirilib. Bakalavriat səviyyəsi üzrə qəbul olunanların 1476 nəfəri, yəni 58,6 faizi dövlət sifarişi, 1042 nəfəri və ya 41,4 faizi isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanlar arasında universitetin müxtəlif ixtisaslarına qəbul olan 158 subbakalavr da yer alır.

Rektor bakalavriat səviyyəsi üzrə qəbul olunan tələbələrin gender bölgüsünə diqqət çəkib. Bildirib ki, universitetə qəbul olunan 2518 abituriyentin 1381-i (54,8 faizi) oğlan, 1137-si (45,2 faizi) qızdır. Bu da universitetdə gender balansının qorunduğunu və gənclərin ali təhsilə yüksək maraq göstərdiyinin sübutudur.

Gülçöhrə Məmmədova yüksək nəticə göstərərək AzMİU-ya qəbul olunan abituriyentlərin göstəricilərinin də diqqətçəkən olduğunu bildirib. Rektorun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə qəbul olunan 19 abituriyent 500-dən, 3 abituriyent isə 600-dən yüksək bal toplayıb. 600-dən yüksək bal toplayaraq AzMİU-ya qəbul olunan 3 abituriyentdən 2-si inşaat mühəndisliyi, 1-i isə memarlıq ixtisasını seçib.

Rektor çıxışında magistratura səviyyəsi üzrə qəbul göstəricilərinə də toxunub. Bildirib ki, 2026/2027-ci tədris ili üzrə magistraturaya ümumilikdə 1040 nəfər qəbul olunub və plan yerlərinin 81,6 faizi yerinə yetirilib. Magistratura üzrə qəbul olunanlar arasında ən yüksək nəticə 79,5 bal olub. Magistraturaya qəbul olunanların 902 nəfəri Azərbaycan, 84 nəfəri rus, 54 nəfəri isə ingilis bölməsi üzrə təhsil alacaq. Qəbul olunan magistrantların 531 nəfəri ödənişli, 509 nəfəri isə dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.

Digər çıxış edənlər yeni tədris ilinin başlanması ilə bağlı tələbələrə uğurlar arzulayıb, onların qarşıdakı təhsil həyatında yüksək nəticələr qazanacaqlarına əminliklərini ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri