Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR: Bu il məktəblər sentyabrın 20 i başlayacaq?
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin “start” götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in “start” götürməsi ilə daha da çıxılmaz hal ala bilər.
Paytaxtda bununla bağlı hansı çətinliklər olacaq? Bu məsələnin həlli istiqamətində hansı addımlar atıla bilər?
Avtosfer.az xəbər verir ki, milli Məclisin deputatı Fazil Mustafa "Referans"a açıqlamasında bu sualları cavablandırıb.
“Bu məsələnin necə tənzimlənəcəyi ilə bağlı məlumat yoxdur. Lakin bu dövrdə çox böyük çətinlik olacaq. Çünki Formula-1 yarışının başlama tarixinin, eyni zamanda məktəb və ali təhsil müəssisələrində dərslərin “start” götürəcəyi günlərin üst-üstə düşməsi hər halda böyük bir sıxlıq və çətinlik yaradacaq. Mənim fikrimcə, bu böyük bir problem olarsa, dərslərin sentyabrın 20-də başlanması barəsində sərəncam da verilə bilər. Bu daha məntiqli olar. Çünki bu qədər qarmaqarışıq bir vəziyyətin yaranması həqiqətən də arzuolunan deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 25 Avqust 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















