Icma.az
close
up
RU
Rublun məzənnəsində kəskin dəyişiklik gözlənilir: Bu tarixdən...

Rublun məzənnəsində kəskin dəyişiklik gözlənilir: Bu tarixdən...

Icma.az, Metbuat saytına istinadən bildirir.

2025-ci ilin yazının sonuna yaxın rubl son iki ilin maksimum göstəricilərinə çatıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə "Life" nəşrinə açıqlamasında “BCS Investisiya Dünyası” fond bazarı üzrə eksperti Mixail Zeltser bildirib.

Onun sözlərinə görə, artıq bu yay rublu dəstəkləyən amillər zəifləyəcək və bu, valyuta bazarının dinamikasına təsir edə bilər. Ekspert hesab edir ki, növbəti aylar ərzində dolların məzənnəsi 85–90 rubl diapazonuna qayıdacaq. İyun ayında dollar bu koridorun aşağı sərhədinə yaxın olacaq, yay sonuna isə təxminən 90 rubla qədər yüksələcək.

Öz növbəsində “Alfa-Forex” şirkətinin müştəri dəstəyi və satış departamentinin rəhbəri Aleksandr Şneiderman hesab edir ki, iyunun əvvəlində dollar-rubl məzənnəsi nisbətən stabil qalacaq və 79–82 rubl ətrafında dəyişəcək:

“Buna bir neçə amil səbəb olur. Mayın sonunda vergi dövrü rublu dəstəklədi, baxmayaraq ki, bu təsir müvəqqəti idi, neftin qiymətləri qeyri-sabitliyə baxmayaraq hələ də Rusiya iqtisadiyyatına müsbət təsir göstərir və bu da milli valyutanı dəstəkləyi. Sərt valyuta məhdudiyyətləri isə kapital axınının qarşısını almağa kömək edir”.

"BitRiver"in maliyyə analitiki Vladislav Antonov texniki analizə əsaslanaraq dollar üçün əsas səviyyələri qeyd edib. O qeyd edib ki, əgər dəstək səviyyəsi olan 79,24 rubl qırılarsa, məzənnə 76 rubla qədər enə bilər. Əks halda, məzənnə 80,40 rubldan yuxarı qalxaraq 81,55 rubla qədər arta bilər:

“Ümumiyyətlə, yay aylarının əvvəlində valyuta bazarı mövsümi amillərin, tənzimləyici tədbirlərin və qlobal trendlərin təsiri altında formalaşacaq. Bununla belə, rublun orta müddətli möhkəmlənmə meyli qalır. Əvvəllər müşahidə olunub ki, iyunun 20-lərindən sonra rubl adətən zəifləməyə başlayır”, - deyə Antonov qeyd edib.

Məlumata görə, yay aylarında dolların məzənnəsi 100 rubldan yuxarı ola bilər, çünki hazırda rublun güclü olması valyuta anomaliyası kimi qiymətləndirilir. Nəzəri cəhətdən, Mərkəzi Bankın 6 iyun tarixində keçiriləcək iclasına qədər məzənnə 78 rubldan aşağı, məsələn, 75 rubla qədər enə bilər. Lakin bu eniş az ehtimal olunur və yalnız spekulyativ hərəkətlər nəticəsində baş verə bilər.

Əgər iyun ayının əvvəlində tənzimləyici qurum əsas faiz dərəcəsini azaltmaq qərarına gəlsə, bu, milli valyutanın devalvasiyasına səbəb ola bilər. Gözlənilir ki, dərəcə hazırkı 21%-dən 20%-ə endirilə bilər. İqtisadçılar yayda bu dərəcənin 19%-ə, 2025-ci ilin sonuna qədər isə 16%-ə, 2026-cı ilin yayında isə 12%-ə qədər enəcəyini proqnozlaşdırırlar.

İqtisadçıların proqnozuna görə, pul siyasəti üzrə məsul qurumlar yəqin ki, rublu 100 rubla qədər devalvasiya etməli olacaqlar, əks halda dövlət büdcəsini balanslaşdırmaq çətin olacaq. Milli valyutanın məzənnəsinin enməsinə neftin nisbətən aşağı qiyməti də təkan verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri