Icma.az
close
up
RU
Yeni təmayül tədris modeli, təhsilimizdə narahatlıq doğuran repetitorluq problemini az da olsa yumşaldacaq

Yeni təmayül tədris modeli, təhsilimizdə narahatlıq doğuran repetitorluq problemini az da olsa yumşaldacaq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Yeni tədris ilində bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilir ki, yeni təmayül tədris modelinin məqsədi X–XI sinif şagirdlərinə istədikləri istiqamətdə dərin öyrənmə imkanı yaratmaq, müəllimlərə təmayül siniflərində uyğun tədris şəraiti təmin etməkdir. Layihə ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli, Sabirabad Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki və Lənkəran şəhərlərində seçilmiş ümumi təhsil müəssisələrində tətbiq edilir. Yeni tədris modelinə uyğun olaraq təmayül siniflərdə sertifikatlaşdırma imtahanında minimum 51 bal, müəllimlərin işə qəbulu imtahanı üzrə minimum 81 bal (sertifikatlaşdırmaya cəlb olunmamış müəllimlərə münasibətdə) toplamış və 3 ildən artıq pedaqoji təcrübəyə malik olan müəllimlər tədris prosesinə cəlb olunurlar.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu modelin tətbiqi həm vaxt itkisinin qarşısını alınır, həm də əlavə hazırlıq ehtiyacı müəyyən qədər azalır: “Yeni təmayül tədris modelinin tətbiqi, əslində, təhsilimizin çoxdan ehtiyac duyduğu bir yanaşmadır. Çünki illərdir orta məktəbin X–XI sinif şagirdləri eyni fənləri eyni dərinlikdə öyrənməyə məcbur olurdu. Nəticədə bir çox şagird ya maraq göstərmədiyi fənlərə vaxt sərf edirdi, ya da seçmək istədiyi ixtisasa hazırlığı məktəbdən deyil, repetitor yanında aparmalı olurdu. Bu model isə şagirdlərə maraqlarına uyğun istiqamətdə dərin öyrənmə imkanı verir. Beləliklə, həm vaxt itkisinin qarşısı alınır, həm də əlavə hazırlıq ehtiyacı müəyyən qədər azalır. Bu da uzun illərdir təhsilimizdə narahatlıq doğuran repetitorluq problemini az da olsa yumşaldacaq”.

Əmrah Həsənli

Əmrah Həsənli vurğulayıb ki, pedaqoji təcrübəyə malik müəllimlərin cəlb olunması tədrisin keyfiyyətini artıracaq: “Pilot layihə olması çox vacibdir. Dövlət bu yolla yeniliyin tətbiqində çətinlikləri əvvəlcədən müşahidə edir, nəticələrə əsasən modeli təkmilləşdirir və gələcəkdə bütün məktəblərdə daha sağlam şəkildə tətbiq edir. Təhsil sahəsində hər hansı islahatın mərhələli aparılması uğur üçün əsas şərtdir. Ona görə də bu yanaşma həm çevik, həm də rasional qərar kimi dəyərləndirilə bilər.

Burada müəllim faktoru da xüsusi önəmlidir. Təmayül siniflərinə yalnız bilik və bacarığı imtahan nəticələri ilə təsdiqlənmiş, həm də pedaqoji təcrübəyə malik müəllimlərin cəlb olunması tədrisin keyfiyyətini artıracaq. Bu, müəllimlər üçün də məsuliyyəti və motivasiyanı yüksəldir. Nəticədə şagirdlər daha səmərəli təhsil alır, məktəbin nüfuzu isə artır”.

Təhsil eksperti qeyd edib ki, bu addım təhsilin inkişafına ciddi töhfə verəcək: “Bu gün təhsilimizin qarşısında duran əsas vəzifə XXI əsrin çağırışlarına uyğun gənc nəsil formalaşdırmaqdır. Təmayül sinifləri şagirdə seçim azadlığı və müəllimə peşəkar mühit, məktəbə isə nəticəyönümlü fəaliyyət imkanı yaradır. İstər dövlət siyasəti baxımından, istərsə də pedaqoji nəzəri-praktik yanaşma baxımından bu addım təhsilin inkişafına ciddi töhfə verəcək. Ən əsası isə, bu modelin geniş tətbiqi gələcəkdə repetitorluğa ehtiyacı minimuma endirəcək, məktəbin əsas rolunu daha da gücləndirəcək”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri