Icma.az
close
up
RU
Yeni texnologiya, köhnə qanunlar: Sürücüsüz avtomobillərə hüquqi maneələr AÇIQLAMA

Yeni texnologiya, köhnə qanunlar: Sürücüsüz avtomobillərə hüquqi maneələr AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Hazırda Azərbaycandakı mövcud qanunvericilik sürücüsüz avtomobilləri qadağan edir, amma texnologiyanın gələcəyi ilə bağlı nikbin proqnozlar verilir. Bu isə qanunla texnologiya arasındakı uyğunsuzluq problemini ortaya çıxarır. Azərbaycan qanunvericiliyi pilotsuz avtomobillərin tətbiqinə nə vaxt və necə uyğunlaşdırılacaq? Bəs, bu reallaşdıqdan sonra işlək vəziyyətdə olan və sükan arxasında sürücü olmayan avtopilot maşın qəza törədərsə, məsuliyyəti kim daşıyacaq?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

O, açıqlamasında qeyd edib ki, dünyanın müxtəlif ölkələrində bu texnologiyanın tətbiqi zamanı hansı hüquqi mexanizmlərin işə salındığı araşdırılmalı və lokal reallıqlara uyğunlaşdırılmalıdır:

"Azərbaycanda sürücüsüz avtomobillərlə bağlı qanunvericilikdə hələlik heç bir konkret müddəa yer almır. Hazırkı qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin yalnız sürücünün iradəsi ilə hərəkət etməsi tələb olunur və sükan arxasında mütləq şəkildə sürücü olmalıdır. Bu halda qayda pozuntusu baş verdikdə məsuliyyət birbaşa sürücünün üzərinə düşür. Yol-nəqliyyat hadisəsi zamanı da eyni prinsip tətbiq edilir.

Lakin pilotsuz avtomobillər fərqli texniki rejimdə fəaliyyət göstərir. Belə avtomobillər həm sürücü ilə, həm də sürücüsüz rejimdə idarə oluna bilir. Bu isə hüquqi tənzimləmə baxımından yeni yanaşma tələb edir.

Bu məsələdə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Dünyanın müxtəlif ölkələrində bu texnologiyanın tətbiqi zamanı hansı hüquqi mexanizmlərin işə salındığı araşdırılmalı və lokal reallıqlara uyğunlaşdırılmalıdır.

Qanunvericilikdə həm yol-nəqliyyat hadisələri, həm də qayda pozuntuları zamanı məsuliyyətin kimin üzərində olacağı açıq şəkildə göstərilməlidir".

Ekspert həmçinin bildirirlər ki, sürücüsüz avtomobillərlə bağlı sığorta məsələsi də ayrıca tənzimlənməlidir:

"Hazırda mövcud olan icbari sığorta əsasən üçüncü şəxslərə dəymiş zərəri əhatə edir. Amma pilotsuz avtomobillər üçün bu kifayət etməyə bilər. Belə texnologiyalar üçün KASKO sığortanın məcburi olması təklif edilə bilər ki, bu da həm avtomobil sahibinin, həm də qarşı tərəfin maraqlarını qorumuş olar.

Bu sahədə beynəlxalq təcrübəni olduğu kimi tətbiq etmək lazım deyil. Azərbaycanın hüquqi və mədəni xüsusiyyətlərinə uyğun şəkildə uyğunlaşdırılmış model hazırlanmalıdır. Hələlik isə ölkədə bu avtomobillərə olan marağın səviyyəsini dəqiq müəyyənləşdirmək çətindir. Çünki bu texnologiya hələ geniş şəkildə ölkə daxilində istifadə olunmur.

Pilotsuz avtomobillərin istehsal olunduğu ölkələrdə uğurla sınaqdan keçməsi və praktikada effektivliyini sübut etməsi halında, gələcəkdə Azərbaycanın yollarında da bu nəqliyyat vasitələrini görmək mümkün ola bilər".(son.xeber)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri