Icma.az
close
up
RU
Yeni təyin olunmuş direktorlarla görüş keçirilib

Yeni təyin olunmuş direktorlarla görüş keçirilib

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev, Maliyyə-mühasibatlıq sektorunun müdiri İlahə Əliyeva, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov və yeni təyin olunmuş məktəb direktorları iştirak ediblər.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə yeni təyin olunmuş direktorları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Müdir müavini məktəblərdə səmərəli idarəetmənin qurulması, təhsilin keyfiyyətinin yüksəldilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasının vacibliyindən danışıb, müvafiq tövsiyələr verib.
İdarənin strukturuna dair təqdimatla çıxış edən Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova ayrı-ayrı struktur bölmələrin səlahiyyət çərçivəsi haqqında məlumat verib, düzgün təşkil olunmuş kommunikasiyanın təhsildə keyfiyyətin təmin olunması və səmərəli məktəb mühitinin formalaşdırılmasındakı rolundan danışıb.
Görüşdə şagird nailiyyətlərinin artırılması, məktəbdaxili idarəetmədə şəffaflığın təmin olunması, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin direktorların peşəkar inkişafı, idarəetmədə müasir yanaşmaların tətbiqi məsələləri diqqətə çatdırılıb, məktəblərdə təhlükəsiz və sağlam təhsil mühitinin yaradılması, təhsil müəssisələrinin təsərrüfat və təchizat məsələləri ilə bağlı söhbətlər aparılıb.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və fikirləri dinlənilib.
Qeyd edək ki, paytaxtdakı ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlar üçün müxtəlif istiqamətlər üzrə təlim-seminarların təşkili də nəzərdə tutulur.
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Fevral 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri