Yeni xətlənmə rahatlıq yox, risk yaradır? VİDEO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Necə olmalıdır?" rubrikasında bu dəfə Qış parkının yuxarı hissəsi və Abdulla Şaiq küçəsində hərəkətin təşkilinə diqqət yetirilib.
Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, yeni xətlənmədən sonra Füzuli küçəsindən Mirzəağa Əliyev küçəsi istiqamətində avtobuslar üçün ayrılan zolaqdan az sayda avtobus istifadə edir. Buna səbəb zolağın dönmə bucağına uyğun olmaması, geridönmənin çətinliyi və kəsişmədə toqquşma riskinin yaranması ola bilər.
Füzuli küçəsindən sağa dönən avtomobillərin yaratdığı sıxlıq da avtobusların hərəkətinə mane olur.
Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə dönüşdə isə avtomobillər iki zolaqla dönür, kəsişmədə bir zolağa qoşulurlar. Bu isə qəza riskini artırır.
Qeyd edilib ki, avtobus zolağının kəsişmədən əvvəl bitirilməsi hərəkətin daha təhlükəsiz təşkilinə imkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 02 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















