Yeni xidmət haqqları bu qədər olacaq
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu, “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0.0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0.015 misli miqdarında müəyyən olunur.
Pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün bu qanunun müvafiq maddəsinə uyğun olaraq müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın beş faizi həcmində əlavə ödəniləcək.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı qanuna uyğun olaraq hər iş saatı üçün müəyyən edilmiş məbləğin iki misli miqdarında ödənilir, bu zaman bu qanunun uyğun maddəsinə uyğun olaraq əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalır.
Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Pulsuz hüquqi yardım göstərmiş şəxslər hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqını və digər xərcləri dövlət büdcəsinin vəsaiti hesabına almaq üçün qaydaya uyğun olaraq Vəkillər Kollegiyasına (VK) müraciət edirlər.
VK tərəfindən pulsuz hüquqi yardım göstərən şəxslərə ("pro bono" hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş hesabatlar əsasında pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödənişlər edilir.
Təqdim edilmiş hesabatlar bu qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş formaya uyğun olmadıqda, yaxud həmin hesabatlardan pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı bu qanunla müəyyən edilmiş tələblərin pozulduğu müəyyən edildikdə VK tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödəniş edilmir.
Bu qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Qeyd edək ki, “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















