Yeni Yasamalda məktəb və uşaq bağçasına gedən yol 6 aydır bağlanıb Valideynlər çətin vəziyyətdə (VİDEO + FOTOLAR)
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yasamal rayonunun Yeni Yasamal-1 ərazisində fərdi şəxs tərəfindən aparılan tikinti işləri səbəbindən 98 saylı uşaq bağçası və 286 saylı orta məktəbə gedən yol artıq 6 aydan çoxdur bağlanması ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.
Məlumata görə, Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçələrində yaşayan sakinlər 98 saylı uşaq bağçasına gedən əsas yolun bağlanması səbəbindən uşaqlarını əlavə olaraq təxminən 1 kilometr məsafə qət edərək aparmağa məcbur qalırlar. Eyni zamanda Əsəd Əhmədov küçəsi, Yeni Yasamal 1 və Yeni Yasamal 2 ünvanlarında yaşayan ailələrin uşaqları 286 saylı orta məktəbə gedərkən ciddi çətinliklərlə üzləşirlər.
Sakinlərin bildirdiyinə görə, tikinti aparan şəxs avtomobil yolunu zəbt edərək onu öz ərazisinə qatıb. Piyada yolu isə 6 aydan artıqdır tamamilə bağlı saxlanılır. Valideynlər hesab edir ki, piyada yolunun uzun müddət bağlı qalmasının əsas məqsədi bu yolun zamanla “yaddan çıxması” və gələcəkdə tam şəkildə tikinti ərazisinə daxil edilməsidir.
Qış mövsümündə – soyuq, külək, yağış və qar şəraitində bu vəziyyət xüsusilə uşaqlar üçün ciddi çətinlik yaranır. Sakinlərin dəfələrlə müraciət etməsinə rəğmən, piyada yolunun heç olmasa müvəqqəti açılması təmin olunmayıb.
Valideynlər qeyd edirlər ki, tikinti sahibi məsələ ilə bağlı edilən müraciətlərə laqeyd yanaşaraq, yolun yalnız tikinti başa çatdıqdan sonra açılacağını bildirir. Bu isə təhsil müəssisələrinə gedən yolların uzun müddət bağlı qalacağı ehtimalını artırır.
Sakinlər aidiyyəti qurumların məsələyə biganə qalmasından narahatdırlar və ictimai istifadə üçün nəzərdə tutulmuş maşın və piyada yollarının zəbt edilməsinin araşdırılmasını tələb edirlər.
Qeyd edək ki, sözügedən ərazi Yasamal rayonunun Yeni Yasamal hissəsində, məktəb və uşaq bağçasına aparan əsas yolun üzərində yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















