“Qarabağ” 2025 ci ilin yekunlarına əsasən dünya reytinqində mövqelərini zəiflədib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın futbol klubu “Qarabağ” dünya reytinqində bir pillə geriləyib.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən klubların dünya reytinqini açıqlayıb.
Yenilənmiş siyahıya əsasən, Ağdam təmsilçisi bir pillə aşağı düşərək 182,5 xalla 69-cu mövqedə qərarlaşıb. Qurban Qurbanovun yetirmələrinin reytinqdəki qonşuları Sloveniyanın “Çelye” klubu (182) və Danimarkanın “Kopenhagen” komandasıdır (183,25).
Xatırladaq ki, ağdamlılar cari mövsümdə Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Bakıda danimarkalı rəqibini 2:0 hesabı ilə məğlub ediblər.
Reytinqdə yer alan digər Azərbaycan klublarına gəlincə, simvolik “qış çempionu” titulunu qazanan “Sabah” 18 pillə irəliləyərək 93,5 xalla 224-cü yerə yüksəlib. “Zirə” (66,75) 360-cı pillədən 389-cu yerə enib, “Araz-Naxçıvan” (60,25) 486-cı mövqedən 456-cı yerə qalxıb, “Neftçi” (51,25) 553-cü, “Turan Tovuz” (51) isə 627-ci pillədə qərarlaşıb.
Dünya klub reytinqinin lideri 613 xalla PSJ-dir. İlk onluqda həmçinin “Real”(Madrid) (İspaniya, 471), “Çelsi” (İngiltərə, 447), “İnter” (İtaliya, 447), “Bavariya” (Almaniya, 440), “Flamenqo” (Braziliya, 424), “Barselona” (İspaniya, 419), “Arsenal” (İngiltərə, 407), “Palmeyras” (Braziliya, 384) və “Borussiya Dortmund” (Almaniya, 384) yer alıb.
Teymur Tuşiyev
İdman.Biz
Baxış sayı:93
Bu xəbər 16 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















