Qlobal siyasətin çətinlikləri ilə dünyanın üz üzə qalması qaçılmaz görünür
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ildə qlobal siyasətin çətinlikləri ilə dünyanın üz-üzə qalması qaçılmaz görünür. Hər halda, geosiyasi qarşıdurmaların həm davamı, həm də müəyyən mərhələdə həlli üçün bu il mühüm il olacaq. ABŞ–Rusiya münasibətləri, eləcə də Qərb–Çin rəqabəti, Yaxın Şərqdə davam edən qeyri-sabitlik, post-münaqişə zonalarında risklərin hələ də qalması, eləcə də İran və hələ açıq görünməyən digər imperialist və derjava güclərin geosiyasi tələb və təklifləri göstərir ki, bu proseslər məqsəd və niyyətlər tam həllini tapana qədər dərinləşərək davam edəcək. Burada qlobal iqtisadi yanaşma da mühüm rol oynayır. Bu günün reallıqları əsasən iqtisadi və ticarət müharibələri ilə yadda qalacaq. Güman edirəm ki, borc böhranları daha çox inkişaf etməkdə olan ölkələrə təsir göstərəcək. Bütün bu sadalananlar bəşəriyyətin qarşısında dayanan çətin və mürəkkəb sınaqlardan xəbər verir. Çünki güc balansında yaranan problemlər, xüsusilə BMT və ATƏT-in təsir imkanlarının ciddi şəkildə zəifləməsi, güc siyasətini ön plana çıxarır. Mövcud risklər və çağırışlar nəzərə alındıqda, ölkəmizin də dünyanın tərkib hissəsi olması səbəbindən müəyyən təsirlərlə üzləşməsi gözləniləndir.
Enerji gəlirlərinin sabit saxlanılması isə bizim üçün prioritet məsələ olaraq qalır və bu, Cənubi Qafqazda geosiyasi maraqların toqquşmasından birbaşa asılıdır. Çünki müxtəlif güc mərkəzləri arasında balanslı siyasətin qorunması getdikcə daha da çətinləşir. Lakin dövlətimiz üçün müsbət cəhətlər və imkanlar mövcuddur. Bu imkanları hakimiyyətin apardığı diplomatik uğurlar hesabına qazanmışıq. Cənab Prezidentin öncədən planlaşdırdığı və proqnozlaşdırdığı strateji siyasi addımlar üstünlüklər əldə etməyimizlə nəticələnib.
Əsasən burada enerji və logistika baxımından strateji rolumuzun artması önə çıxır. Bəzi ölkələr üçün, xüsusilə Avropa ölkələri baxımından, biz enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşlıq missiyamızı saxlamışıq.
O cümlədən Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi, regionda və dünyada qazandığımız nüfuz beynəlxalq münasibətlərdə bizi regionda sabitliyin etibarlı tərəfdaşına çevirib. Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkəyə beynəlxalq investisiyalar üçün böyük yol açıb. Ümumilikdə, 2026-cı il qlobal risklərlə dolu olsa da, bizim qazandığımız üstünlükləri qoruyub saxlamaq üçün milli birliyimizi, xalq–dövlət birliyini, milli ideologiyamızın sağlam şəkildə həyata keçirilməsini və dövlətçilik prinsiplərinin qorunmasını təmin etmək vacibdir. Bu amil həmrəylik amilidir
İdarəetmə sistemində, praqmatik diplomatiyada və iqtisadi şaxələndirmə sahəsində qətiyyətli addımlar atılıb. Möhtərəm Prezidentimiz bu prosesləri mükəmməl şəkildə həyata keçirir. Biz xalq olaraq, vətəndaş olaraq nəticəsi olan, uğurlu və qalib siyasi Liderin arxasında möhkəm dayanmışıq və bu etimadı, bu birliyi daha da müdrik formada inkişaf etdirməliyik.
Bu, hamımızın dövləti olan Qüdrətli Azərbaycan, şanlı Vətənimiz üçün vacib siyasi faktordur. Kimlərinsə riyakar addımlarına, heç bir əsası olmayan boşboğazlıqlarına yerində və kəskin mövqeyimizi bildirməliyik. Belə bir dövrdə ölkənin möhkəmləndirilməsi, təhlükəsizlik və yaşama strategiyası üçün qarşıya qoyulan konsepsiyanı müdafiə etmək borcunu dərk etməli, bütün varlığımızla dövlətimizin yanında olmalıyıq. İqtisadi təhlükəsizlik üçün fiskal intizam qaydalarını və maliyyə siyasətini anlayışla qarşılamalı, iqtisadiyyatımızın siyasi təzyiq alətinə çevrilməsinə imkan verməməliyik.
Bəzən dövlət elə addımlar atır ki, bu gün vətəndaş həmin addımı bəyənməyə bilər. Lakin emosiyalara və aldadıcı çağırışlara uymadan, bu addımların xarici iqtisadi təzyiqlərə qarşı müdafiə mexanizmləri yaratdığını və gələcək illər üçün mühüm əhəmiyyət daşıdığını anlamalıyıq.
Dəyərli soydaşlar, tam əmin olun ki, milli maraqlara zidd sanksiyalardan yayınma siyasətini həyata keçirmək indiki dövr üçün çox mürəkkəb prosesdir. Biz hələ çox uğurların və çox qələbələrin şahidi olacağıq. Bu, bizim birliyimizdən, həmrəyliyimizdən və böyüklüyümüzdən irəli gəlir. Bu dəyərlər ətrafında birləşərək xalqımıza xoşbəxt gələcəyin təminatını bəxş etməliyik.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Bu mövzuda digər xəbərlər:İngiltərədə universitetlərin 40 faizdən çoxu maliyyə çətinlikləri ilə üz üzədir
08 May 2025 19:10
İnsanların arıqlamaqda əsas çətinlikləri
30 Aprel 2025 11:03
Maliyyə çətinlikləri ürəyi sürətlə qocaldır
30 Dekabr 2025 00:31
Netanyahu Trampın səbrini tükədib İsrail lideri qlobal təcrid riski ilə üz üzə bildirilir İsrail lideri qlobal təcrid riski ilə üz üzə KONKRET
20 May 2025 20:41
Qəzanın qaçılmaz olduğu ərazinin sürücüləri təhlükə ilə üz üzə: Funksiyası olmayan dairə
14 İyun 2025 22:42
Baxış sayı:25
Bu xəbər 16 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















